GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakim komandada namizəd problemi

Hakim komandada namizəd problemi

Tarix: 26-06-2013, 00:46 Bölmə :Manşet Baxış: 716
Hakim komandada namizəd problemi

DADP alternativ namizəd irəli sürdü, hakimiyyətin bu məsələdə susması siyasi mühitdəki gərginliyi artırır, opponent və rəqibləri yanlış nəticələr çıxarmağa yönləndirir, müxalifətçilər arasında çaşqınlıq yaradır, seçkiqabağı strategiyanın müəyyənləşdirilməsinə mane olur

Payızda keçiriləcək prezident seçkilərində Mehriban Əliyevanın namizədliyinin iqtidaryönlü bir partiya tərəfindən irəli sürülməsi xəbəri aydın səmada şimşək kimi çaxdı. Xanım Əliyeva iki həftə öncə hakim partiyanın qurultayında qurumun sədr müavini seçilib. Lakin İlham Əliyev elə həmin qurultayda YAP-ın prezidentliyə rəsmi namizədi elan olundu. Məntiqlə hər şey qaydasında idi: prezidentliyə namizəd və hakimiyyətin gələcək mümkün varisi bu məntiqi sxemin içində öz yerlərini tapmışdılar.
Lakin adı da çətin tələffüz olunan hanısa cırtdan partiya (o, siyasi dairələrdə daha çox Məmməd Əlizadənin partiyası kimi tanınır) iyunun 22-də Mehriban Əliyevanı öz namizədi elan etdi. Bu partiyanın təsisçisi Məmməd Əlizadə 80-ci illər xalq hərəkatının fəal iştirakçılarından biri olub. O, Xalq Cəbhəsinin orta eşelonunda təmsil olunurdu. Həmfikirləri hələ o zamanlardan bəri müxalifət mətbuatında açıq şəkildə yazırdılar ki, guya Əlizadə KQB-nin agentura şəbəkəsi ilə sıx bağlı olub, sonra da varislik pronsipi ilə MTN tərəfə keçib. Elçibəy hakimiyyəti KQB-nin bu gün MTN-ə miras qalan arxivlərini açmadı. Buna görə də Əlizadənin xüsusi xidmət orqanları ilə bağlı olub-olmamsı məsələsi hələ də açıq qalıb. Bunu öryənmək ictimaiyyətin yox, xüsusi xidmət orqanlarının vəzifəsidir. Lakin bir şey dəqiq məlumdur: absurd adı olan (Demokratik Azərbaycan Dünyası Partiyası) bu siyasi təşkilat ilk gündən etibarən iqtidaryönlü mövqe tutub, arxasında hakim YAP-ın dayandığı bütün siyasi koalisiya və ittifaqlara daxil olub.
Lakin müxalifət qəzetləri və özünü müxalifətçi kimi göstərən mətbu orqanlar haradasa 2007-ci ildən etibarən belə bir informasiyanı tirajlamağa başladılar ki, məhz bu partiya - DADP Mehriban xanımın və Paşayevlər ailəsinin hakimiyyətə gəlməsi üçün platsdarm rolunu oynayacaq, Məmməd Əlizadə məhz bu məqsədlə Abşeron kəndlərində və Şirvan bölgəsində xüsusi iş aparır, hakim zümrənin gələcək planlarını yerinə yetirmək məqsədilə öz partiyasını gücləndirib şaxələndirir.
Ədalət naminə deyək ki, bu şayiələrin yayılmasına Əlizadə özü rəvac verirdi. Öz partiyası barədə “ehtiyat siyasi aerodrom” obrazının yaradılması şübhəsiz ki, Əlizadənin özünəvurğunluğunu artırırdı. YAP-ın funksionerləri bunu hiss edən kimi Əlizadənin üzərinə hücuma keçib onu fırıldaqçılıqda ittiham etməyə başladılar. Bir müddət keçəndən sonra Əlizadə siyasi səhnədən yoxa çıxdı. Bundan az sonra isə mətbuatda belə bir informasiya yayıldı ki, onun partiyası parçalanıb, daha sonra tam dağılaraq yoxa çıxıb.
Və birdən budur! Seçkilərə bir neçə ay qalmış, özü də hakim partiyanın təntənəli qurultayından dərhal sonra unudulmuş, parçalanan partiya birinci ledinin prezidentliyə namizədliyini irəli sürür. Bu partiyaya hazırda Sevda Xurşudova adlı hansısa sahibkar rəhbərlik edir. Burada ağıla gələn ilk şey budur: aydın məsələdir ki, bu, hansısa Xurşudovanın özfəaliyyəti, yaranmş vəziyyətdən istifadə edib “Sədərək” bazarında özünə təzə piştaxta açmaq istəyidir. Köhnə təcrübəyə və YAP-çıların ənənəvi reaksiyasına əsasən tamamilə gözlənilirdi ki, YAP-ın funksionerləri Əli Əhmədovun, Siyavuş Novruzovun yaxud Mübariz Qurbanlının timsalında naməlum biznesmen xanımın bu təşəbbüsünü rədd və mühakimə edib qınayacaq və bu müəmmalı məsələyə nöqtə qoyacaqlar. Amma olmadı! YAP-çı funksionerlərin sükutu həddən artıq uzandı. Məmurlardan və YAP-çılardan heç kəs bu siyasi cırtdanın “dəliliyinə” şərh vermək istəmir. Nə baş verir?
Belə bir absurd vəziyyətin yaranması bir daha sübut edir ki, ölkə yalnız bir neçə yüksək rütbəli məmurun, məhdud sayda insanın daxil olduğu vahid siyasi mərkəzdən idarə olunur. Onlardan başqa heç kim bu və ya digər fors-major vəziyyətlərlə, illah da birinci ledinin adının çəkildiyi vəziyyətlərlə bağlı şərh və açıqlama vermək səlahiyyətinə və iqtidarına malik deyil. Bu, təhlükəlidir! Buna görə də orta eşelon qorxur və inadla susur. Lakin bəs strateji qərarları qəbul edən şəxslər indiki halda Xurşudovanın partiyasının bu qəribə qərarına niyə reaksiya verməyiblər?
Bunun səbəbləri çox ola bilər - banal səbəblərdən tutmuş mürəkkəb səbəblərə qədər bir çox amillərin olması mümkündür. Ola bilsin ki, Xurşudova prezidentin heç gözünə görünmür və o, birinci ledinin namizədliyinin irəli sürülməsi xəbərinin doğurduğu effektə şübhə etmir. Lakin əgər hakimiyyət artıq “Xurşudova işi” ətrafında gedən ictimai müzakirələrin detallarını öyrənməyə girişibsə, bu, o deməkdir ki, belə bir vəziyyətin yaranması Bizans intriqaları üslubunda yeni hiyləgər kombinasiyanın nəticəsidir. Hakimiyyətin bu məsələdə susması siyasi mühitdəki gərginliyi artırır, opponent və rəqibləri yanlış nəticələr çıxarmağa yönləndirir, müxalifətçilər arasında çaşqınlıq yaradır, seçkiqabağı strategiyanın müəyyənləşdirilməsinə mane olur... Rəqibinin kim olduğunu bilmədən rinqə çıxmaq çox çətindir.
Daha bir versiya var. Mehriban Əliyevanın YAP sədrinin müavini seçilməsi şübhəsiz ki, əlamətdar hadisədir. Hakim ailə mümkün varis məsələsini bununla həll etmiş oldu (bu barədə əvvəlki analitik məqalələrimizdə yazmışıq). Özü də bu varis bu seçkilər üçün, indi üçün deyil, sonralar hansısa fors-majort hadisələrin yarana bilməsi ehtimalı üçündür. Hakim təbəqənin növbəti lideri bu gün faktiki olaraq vitse-prezident funksiyasını yerinə yetirən Mehriban Əliyevadır. Onun hakim komandada qeyri-rəsmi ikinci şəxs olması real faktdlr və bunu hamı bilir. Ola bilsin ki, hakimiyyət bu xəbəri cırtdan bir partiyanın dili ilə cəmiyyətə ötürməklə ictimai rəyin və bütün ölkənin həmin yeni prezidenti qəbul etməyə nə dərəcədə hazır olmasını yoxlamaq qərarına gəlib.
Yuxarıda sadaladıqlarımız yalnız versiyalar, vəziyyətin ilkin analizindən doğan qənaətlərdir. Bu gün bir şey dəqiq məlumdur: hakimiyyət seçkiyə bir namizədlə gedəcək, bu namizəd isə İlham Əliyevdir..

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüldü (VİDEO, Yenilənib)

    Mehriban Əliyevanın prezidentliyə namizədliyi ...

    22-06-2013, 22:53

  • 
  • Deputat: "Mehriban xanımın adından istifadə edirlər"

    Deputat: "Mehriban xanımın adından istifadə ...

    22-06-2013, 22:58

  • 
  • Mehriban Əliyevanın namizədliyini irəli sürdü həbs olundu- Partiya sədrinin həbs xəbəri yayıldı

    Mehriban Əliyevanın namizədliyini irəli sürdü ...

    25-07-2013, 12:18

  • 
  • Mehriban Əliyevanın namizədliyinin ciddiləşməsi nədən xəbər verir?

    Mehriban Əliyevanın namizədliyinin ciddiləşməsi ...

    15-07-2013, 12:20

  • 
  • YAP iyunun 7-də prezidentliyə namizədini təsdiqləyəcək

    YAP iyunun 7-də prezidentliyə namizədini ...

    1-06-2013, 20:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu