GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azad Rəhimovla Arif Əsgərovun ortaq obyekti

Azad Rəhimovla Arif Əsgərovun ortaq obyekti

Tarix: 26-06-2013, 13:03 Bölmə :Manşet Baxış: 879
Azad Rəhimovla Arif Əsgərovun ortaq obyekti

Bakıda idman adına rəzalət;Biləcəridəki “Lokomotiv” kompleksi kafeyə çevrilib

“Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi Zaqafqaziya Dəmir Yolu “Lokomotiv” Yol könüllü İdman Cəmiyyətinin rayon şurasının qərarı ilə 1936-cı ildə yaradılmışdır. Sonralar 1989-cu ildə “Lokomotiv” Yol bədən tərbiyə və idman klubu kimi formalaşmışdır. 1998-ci ildə “Lokomotiv” Yol bədən tərbiyə və idman klubunun bazasında “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi yaradılmışdır.
“Biləcəridəki “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin cüdo məşqləri üçün nəzərdə tutulan zalı çayxana kimi fəaliyyət göstərir. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, artıq uzun müddətdir ki, öz qanuni təyinatından kənar şəkildə fəaliyyət göstərən “Lokomotiv” idman-Sağlamlıq Kompleksi Biləcəri ərazisindəki ən məşhur kafelərdən biri kimi fəaliyyət göstərməkdədir: “Kompleksin bir hissəsi formal da olsa idman müəssisəsi kimi fəaliyyət göstərsə də, mərkəzin cüdo məşqləri üçün nəzərdə tutulan bölümü kafe kimi fəaliyyət göstərir. Hər gün yüzlələrlə insana çay, pivə və s. təklif edən kafenin əslində idman müəssisəsi kimi fəaliyyət göstəməli olduğuni çox adam bilmir. Halbuki, bütün rəsmi məlumatlarda kompleksin bir hissəsinin çayxanaya çevrildiyi haqqında bir kəlmə də olsun məlumat verilmir. Əksinə idman-sağlamlıq kompleksinin tam gücü ilə fəaliyyət göstərdiyi, yeniyetmə idmançılar yetişdiridiyi qeyd olunur”.

800 manatlıq arenda və ya “pul olan yerdə nə idman”?

Mənbənin bildirdiyinə görə, kompleks rəhbərliyi cüdo zalının çayxana kimi fəaliyyətinin ona daha çox qazanc gətirdiyini gizlətmir və açıq şəkildə bunun idmançı hazırlığından daha gəlirli olduğunu qeyd edir: “Kompleksin təyinatının qanunsuz olaraq dəyişdirilməsini müəssisə rəhbərliyi idmanın “gəlirsiz sahə” olması ilə izah edir. “Pul olan yerdə nə idman” şüarını əsas götürən kompleks rəhbərliyi açıq şəkildə bildirir ki, çayxana fəaliyyəti ona idman fəaliyyətindən dəfələrlə artıq pul qazandırır. Ayda 800 manat məbləğində arenda haqqı aldığını qeyd edən müəssisə rəhbərliyi bildirir ki, çayxananın fəalityyətinə xitam vermək fikrində deyil. Əksinə, yaxın gələcəkdə idman zalında fəaliyyət göstərən çayxananın öz fəaliyyətini daha da genişləndirməsi nəzərdə tutulur. Artıq kompleksdə spirtli içkilərin verilməsi həyata keçirilir ki, bu da idman sektorundakı rəzalətdən xəbər verir”.

İdman zalındakı çayxananı kimlər niyə himayə edir?

Bilgili qaynağın sözlərinə görə, kompleksin çayxanaya çevrilməsi bəzi vətəndaşlar tərəfindən narazılıqla qarşılansa da, müəssisə rəhbərliyi bu narazılığa əhəmiyyət vermək fikrində deyil. “Yuxarılarda” güclü himayədara malik olduğunu bildirən kompleks rəhbərliyi kimsənin ona “gözün üstə qaşın var” deyə bilməyəcəyini qeyd edir: “Sağlam bədən və sağlam ruhun formalaşdırılmalı olduğu yerdə spirtli içkilər satdıran müəssisə rəhbərliyi “yuxarılarda” güclü himayədara malik olduğunu gizlətmir. Kompleksin rəhbərliyi bildirir ki, ona bu cür fəaliyyət üçün “yuxarılar” şərait yaradır və buna görə də kimsə ona hansısa şəkildə maneçilıik törədə bilməz. Habelə, kompleks rəhbərinin sözlərinə görə, “yuxarılarda” ona münasibət yaxşıdır, çünki “hörmət etməyi” bacarır”.
Mənbənin sözlərinə görə, sözügedən himayədarın konkret olaraq kim və ya kimlər olduğu bilinməsə də, baş verən rüsvayçılığın arxasında hansısa himayədarın olduğu birmənalıdır və əgər rəsmi qaydada müəyyən araşdırılma aparılarsa, o zaman gizli himayədarın kimliyi ortaya çıxar.

Idman zalını çayxanaya döndərənlərin ölkə başçısına xəyanəti

Mənbənin bidirdiyinə görə, “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzində cüdo məşqləri üçün nəzərdə tutulan zalın çayxana kimi fəaliyyəti yalnız adi bir qanun pozuntusu deyil, həm də ölkə başçısının idman siyasətinə xəyanət etmək deməkdir: “Şübhəsiz, əgər belə bir fəaliyyətə qanunla, rəsmi şəkildə icazə verilsəydi, baş verənləri normal qarşılamaq olardı. Lakin bu fəaliyyət qanunsuz olaraq, ölkə başçısının idmanın inkişafı ilə bağlı prinsipial mövqe ortaya qoyduğu bir zamanda baş verir ki, bu da yolverilməzdir. “Lokomotiv”də baş verən olaylar göstərir ki, rəhbərliyin etimadından sui-istifadə edən bəzi qüvvələr öz maddi maraqlarını təmin etmək üçün ölkə başçısının elan etdiyi dəstə-xəttə xəyanət etməkdən də çəkinmir, öz himayədarlarının köməyinə arxayın olaraq heç kimdən çəkinmədiklərini açıq şəkildə dilə gətirirlər. Nəticədə, idman zalında gənc nəslin sağlam inkişafına zərbə vuran, onlarda zərərli vərdişlər aşılayan kafelər meydana gəlir ki, bunun bütövlükdə xalqın gələcəyinə hansı zərərlər vəd etdiyini məxsusi olaraq şərh etməyə yəqin ki, ehtiyac yoxdur”.

İlqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdman kompleksindəki partlayışda ölən və yaralananların adı bilindi - (Yenilənib)

    İdman kompleksindəki partlayışda ölən və ...

    27-12-2013, 22:46

  • 
  • FHN Bakıdakı partlayışla bağlı məlumat yayıb

    FHN Bakıdakı partlayışla bağlı məlumat yayıb ...

    28-12-2013, 03:12

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • Gəncə Lokomotiv Deposunda saxta diplomun rolu

    Gəncə Lokomotiv Deposunda saxta diplomun rolu ...

    22-04-2016, 21:05

  • 
  • “Hafka”nın idman biznesi çökür

    “Hafka”nın idman biznesi çökür ...

    6-11-2013, 22:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu