gundemxeber.az Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin son bir həftə ərzində «Azərenrji»yə dolayısı ilə bağlı olan “Sumqayıt REŞ” MMC və onun tabeliyində olan şəbəkələrdə həbslər həyata keçirməsi diqqəti bu qurumun rəhbəri Etibar Pirverdiyevə yönəldib. Xatırladaq ki, prokurorluq orqanı əvvəlcə Xırdılan elektrik şəbəkəsinin mühəndisini 500 manat rüşvət alarkən həbs edib. Bu hadisədən bir neçə gün sonra isə “Sumqayıt REŞ” MMC -nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunu Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41.0 min manat məbləğində vəsaiti alaraq mənimsəməsi səbəbindən qandallayıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Bu və ya digər faktlarla bağlı «Reytinq»ə daxil olan məlumatda bildirilir ki, enerji sahəsində həyata keçirilən həbslərin sayı yaxın aylarda arta bilər. Burada məqsəd həm də Etibar Pirverdiyevin özünü fakt qarşısında qoymaqla, onun gələcəkdə nəzarətdən çıxmasının qarşısını almaqdır: «Son aylar hiss olunur ki, yüksək çinli məmurlar ölkədə gedən proseslərdən ruhlanıblar. Bunu nəzərə alan hakimiyyət mənsubları onların Rusiyanın istəyinə uyğun qruplarla birləşib, hakimiyyətə qarşı gizli fəaliyyətlərini artırmalarından ehtiyatlanırlar. Onun üçün də Etibar Pirverdiyevin də başının üzərində «qılınc» asılmasını düşünənlərin sayı yuxarılarda artıb. Bəziləri belə hesab edir ki, həssas məqamda Pirverdiyev Rusiyanın maraqlarından çıxış edərək, gözlənilməz addımlar ata bilər. Bu baxımdan onun rəhbərlik etdiyi qurum və ona bağlı müəssisələrdə həbslərin davam edəcəyini proqnozlaşdırmaq olar».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?