Məlumat verildiyi kimi, AXCP Gənclər Komitəsi sentyabrın sonunda ümumrespublika konfransı keçirəcək. Bu məqsədlə Gənclər Komitəsi Azərbaycanın bütün coğrafiyası üzrə təşkilat komitələri yaradır. Artıq 40-dan çox rayonda AXCP Gənclər Komitəsinin yerli strukturları formalaşıb.
Ötən gün isə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, komitənin koordinatoru Nihad Hüseyn və digər fəal gənclər növbəti konfransı keçirmək üçün Qəbələ, Yevlax və Oğuz rayonlarına yola düşüblər.
Ancaq… “Azadliq” bildirir ki, bu tədbirlərdən xəbər tutan yerli polis bölmələri səfərbər olaraq, tədbirlərin keçirilməsinə əngəl törədiblər.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, hakimiyyət bu tipli addımlarla müxalifətin fəaliyyətini məhdudlaşdırmaqda davam edir: “ Bizim 3 rayonda tədbir keçirməyimizə icazə verilmədi. Polis əməkdaşları bizə bildirdilər ki, yuxarıdan tapşırıq var, tədbiri dağıdacağıq. Ümumilikdə 7-8 müxtəlif avtomobillərlə bizi təqib etdilər və gənclər komitəsinin rəhbərliyinin konfransda iştirakına imkan vermədilər. Ancaq bütün bu basqılara baxmayaraq, biz konfrans sənədlərini yerli təşkilatlara təqdim edə bildik, Qəbələ və Oğuzda AXCP GK-nın təşkilat komitəsi yaradıldı... Biz bütün ölkə boyu təşkilatlanmağa davam edəcəyik və bu haqlı mübarizəmizdə ardıcıl olacağıq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?