GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin böyük güclərlə seçki anlaşması

Hakimiyyətin böyük güclərlə seçki anlaşması

Tarix: 3-07-2013, 18:51 Bölmə :Manşet Baxış: 934
Hakimiyyətin böyük güclərlə seçki anlaşması
TAP boru kəməri - bir gülləylə iki dovşan; “Nabucco”nun ləğvi Moskvanı sevindirdi, ABŞ və Avropa İttifaqı da Azərbaycanın seçimindən məmnun görünür; Seçki ilində kommersiya və siyasi uduş

Azərbaycanın öz təbii qazının Avropaya ixracı üçün TAP (Trans Adriatic Pipeline) boru kəmərini seçdiyini rəsmən bəyan etməsindən sonra bu məsələ gündəmin əsas müzakirə mövzularından birinə çevrilməyə başlayıb. Belə ki, rəsmi Bakının “Nabucco”dan imtina etməsi müəyyən qədər gözlənilməz oldu və rəsmi Bakının bu addımı hələlik siyasi maraqlarla izah edilir. Hesab olunur ki, Azərbaycan hakimiyyəti bu addımla Qərblə Rusiya arasında manevr etmək niyyətinə düşüb.Çünki TAP marşrutu rəsmi Bakı üçün ən ehtiyatlı variant kimi dəyərləndirilir. Digər maraqlı yanaşma isə ondan ibarətdir ki, rəsmi Bakı Azərbaycan qazının Avropaya ixracı üzrə müqavilənin imzalanmasını sentyabr-oktyabr aylarına qədər uzatmaq cəhdləriylə payızda keçirilməsi planlaşdırılan növbəti prezident seçkilərində Qərbi nisbətən loyal mövqeyə sövq etməyi hədəfləyib. Yəni bəzi ehtimallara görə, rəsmi Bakı seçki ərəfəsində imzalayacağı qaz anlaşmasını “Əsrin müqaviləsi-2" kimi təqdim etməyi planlaşdırır. Bu ehtimallardan çıxış edən bəzi müşahidəçilərə görə, Qərbin bu dəfə də seçkini təbii qaz anlaşmasına qurban verə biləcəyindən ehtiyatlanmaq üçün əsaslar var.
Azərbaycanın “Şahdəniz” qazının nəqli üçün Transadriatik qaz kəmərini (TAP) seçməsi bu ilin payızında keçiriləcək prezident seçkilərində Rusiyanın hakimiyyətə loyal münasibət göstərməsi baxımından həlledici ola bilər. Belə ki, TAP-ın seçilməsi Rusiyanın və şəxsən prezident Vladimir Putinin uzun müddətdir sıradan çıxarmağa çalışdığı “Nabucco” layihəsini sıradan çıxardı. Artıq Rusiyanın Avropaya qaz nəqli üçün irəli sürdüyü “Cənub axını” layihəsi üçün heç bir maneə və rəqib yoxdur. Təsadüfi deyil ki, Qərb mediası bu seçimi “Putinin triumfu” adlandırır. ABŞ və Avropa İttifaqı da Azərbaycanın seçimindən məmnun görünür. Çünki istənilən halda Avropa Rusiya qazından asılılığını azaltmaq üçün ilk dəfə alternativ marşrut əldə edir. Avropa Komissiyasının ardınca ABŞ Dövlət Departamenti də Azərbaycan qazının Avropaya nəqli marşrutunun müəyyənləşməsindən məmnuniyyət ifadə edib.
Beləliklə, Azərbaycan qazının Avropaya hansı marşrutla nəql olunacağı əvvəlcədən də kommersiyadan çox siyasi əhəmiyyət daşıyan məsələ idi. Və seçimin də siyasi olduğuna heç kimin şübhəsi yoxdur. Baxmayaraq ki, TAP-ın kommersiya baxımından Azərbaycana daha sərfəli olduğunu göstərən bir sıra ciddi dəlillər var. Bəs bu seçimin arxasında dayanan siyasi motivlər nədən ibarət ola bilər?
Bu suala cavab tapmağa çalışmazdan əvvəl Yunanıstanın DEPA və DESFA qaz şirkətlərinin satışına dair tenderdə Azərbaycanla Rusiya arasındakı kəskin rəqabətə nəzərə salmaq lazım gəlir. Bu şirkətlərə əsas iddiaçılar Rusiyanın “Qazprom” şirkəti və ARDNŞ idi. “Qazprom” tenderdə ən yüksək rəqəm təklif etsə də ABŞ və Avropa İttifaqı DEPA-nın Rusiyaya satılmasına qarşı çıxdı. Azərbaycan isə son anda DEPA-nı almaq fikrindən daşınaraq təkcə Yunanıstan qaz kəmərləri şəbəkəsinə nəzarət edən DESFA-nı almaq iddiasını ortaya qoydu. “Qazprom” isə sürpriz şəkildə DEPA-nın satışına dair rəsmi müraciət etməkdən imtina etdi. Rusiya şirkəti bunu DEPA-nın borcları ilə əsaslandırdı. Nəticədə “Qazprom”un 2 milyard avro təklif etdiyi DEPA-nın satışı baş tutmadı, DESFA-nın isə ARDNŞ-ə 400 milyon avroya satılmasına dair Yunanıstan hökuməti ilə anlaşma əldə edildi. Artıq bu anlaşmadan aydın idi ki, Azərbaycan TAP-ı seçib. O zaman bir çox ekspertlərdə belə qənaət yarandı ki, illərdir davam edən “qaz pokeri”ində (Qərbdə “Şahdəniz” qazının nəqli ətrafında gedən prosesləri bu cür adlandırırlar) həm Rusiyanı, həm Qərbi, həm Azərbaycanı qane edən orta xətt tapılıb: Azərbaycan TAP-ı seçərək “Nabucco”nu dəfn edir və beləliklə də Putinin Qərblə böyük enerji oyununda qələbə qazanmasına kömək edir. Eyni zamanda Azərbaycan “Şahdəniz” qazını Avropaya birbaşa nəql etmək üçün ilk marşruta malik olur, Avropa isə cüzi də olsa Rusiya qazına qarşı alternativ qazanır.
Rusiya “Nabucco”nun “dəfninin” əvəzində TAP-ı əngəlləməyəcəyinə dair anlaşmaya gedib. Eyni zamanda Qərb qaynaqları xəbər verir ki, Azərbaycan TAP-a dair anlaşmanın rəsmən imzalanmasını prezident seçkiləri ərəfəsinə salacaq. Bununla da Aİ-nin seçkilərdə daha loyal münasibətinə nail olmağa çalışacaq. Mümkündür ki, “Nabucco”nun “dəfninin” əvəzində Rusiya da bu seçkilərdə Azərbaycan hakimiyyətinə qarşı münasibətini dəyişəcək. Başqa sözlə, TAP-ın seçilməsi ilə Azərbaycan və onun hakimiyyəti kommersiya və siyasi baxımdan heç nə uduzmayıb, əksinə, qazanıb.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Boru yarışı və böyük savaş başladı

    Boru yarışı və böyük savaş başladı ...

    8-05-2013, 14:58

  • 
  • İlham Əliyev Azərbaycanın TAP-a pul qoymayacağını açıqladı

    İlham Əliyev Azərbaycanın TAP-a pul qoymayacağını ...

    23-01-2014, 16:52

  • 
  • Azərbaycan qazının Avropaya nəqlinə dair vacib saziş imzalandı

    Azərbaycan qazının Avropaya nəqlinə dair vacib ...

    10-12-2015, 20:43

  • 
  • Yunanıstan Azərbaycan qazının alışı üçün bütün məsələləri həll edib

    Yunanıstan Azərbaycan qazının alışı üçün bütün ...

    3-02-2016, 20:39

  • 
  • Azərbaycan 7 milyard dollar axtarır

    Azərbaycan 7 milyard dollar axtarır ...

    11-05-2016, 18:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu