GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cavid Qurbanovun korrupsiya şəbəkəsi

Cavid Qurbanovun korrupsiya şəbəkəsi

Tarix: 3-07-2013, 18:54 Bölmə :Manşet Baxış: 991
Cavid Qurbanovun korrupsiya şəbəkəsi
Onun müəssisəsində yol çəkilişləri və təmir-bərpa işləri ən müxtəlif fırıldaqlarla milyonlar göyə sovrulur

Biz əvvəllər də yazmışdıq ki, “Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanov ölkədə başlayan antikorrupsiya tədbirlərini saya salmır. Bu adam arxayıncasına öz maxinasiyalarını həyata keçirməkdə davam edir. Bakının və ölkənin yollarının çəkilişinə və orada baş verənlərə diqqət etməklə dəhşətli faktların şahidi ola bilərik. Bu gün Cavid Qurbanov yol çəkilişlərinə nəzarətin böyük bir hissəsini əlində cəmləşdirə bilməsini hətta nəqliyyat naziri özü də sinirə bilmir, onun müəyyən imkanlarını məhdudlaşdırmağa çalışır. Faktiki olaraq adamlar dövlətçiliyə, ilham Əliyev siyasətinə xidmət etmək əvəzinə pul davası açırlar.
Lakin Cavid Qurbanov yol çəkilişi sistemini öz əlinə keçirdiyindən istədiyi mənimsəmələri edə bilir. Məsələn, hansısa ərazidə yol çəkmək üçün rəsmi şəkildə tender elan olunur. Tenderdə iştirak edən firmalar təkliflərini göndərir. ilkin seçimdən tutaq ki, 4 şirkət keçir. (Məlum olur ki, bu şirkətlərin hər birinin sahibi özgə adamdır. Amma hamısının yaxalığında Cavid Qurbanova sədaqət andı var. Hətta bəziləri iddia edir ki, bu şirkətlərin əsl sahibi elə Cavid Qurbanovun özüdür. Bunu yəqin ki, sübut etmək mümkünsüz olar. Amma lazım olsa dövlətin özü sübut edə bilər. Tenderdən keçən şirkətlər arasında iş başlayır və qaliblər yol çəkilişinə başlayır. Hər yerdə olduğu kimi burda da “şapka” əməliyyatının hansı lormada həyata keçirildiyini bil mədiyimizdən kimin nə qədər elə bu ərəfədə qazandığını deməyimiz çətin dir. Amma bildiyimiz budur ki, Cavid Qurbanovun rəhbərliyi ilə yol çəkilişi başlayır, Ən sürətli başlayan isə mənimsəmələr olur. Yeni texnikanın alınması, materialların alınması, işçilərin pullarının silinrnəsi və sair metodlarla tutaq ki, 20 milyonluq layihənin təxminən 10 milyonu mənimsənilir. Növbəti yazılarımızda şəkilən yollar zamanı yeyilən pullardan da bəhs edəcəyik. Mənimsəmələr bununla da bitmir. Daha sohra başlanır yolların yenidən təmiri, bərpası, yamanması. Bu prosesin gedişində milyonlar yox edilir.
Son vaxtlar C.Qurbanov işinı bir az da ehtiyatlı tutmağa başlayıb. Belə ki, yol çəkilişi və digər bu kimi təmir-bərpa işləri “Azərinşaatservis” MMC ilə birgə aparılır. Məsələnin mahiyyəti isə tamamilə fırıldaqdır. Bu şirkət de-fakto Ziya Məmmədova aiddir. Lakin diqqəti yayındırmaq və mənimsəmələri pərdələmək üçün “Azərinşaatservis” MMC-yə milliyətcə kürd olan Türkiyə vətəndaşı Bülənt Karani rəhbər təyin edilib. Amma bilinmir ki, başqa ölkənin vətəndaşı hansı hüquqi əsasla Azərbaycanda böyük bir şirkətə rəhbər vəzifəyə təyin olunub. Bildirilir ki, sözügedən şirkət 2003-cü ildə iki yerli şirkət tərəfindən təsis edilib. Lakin maraqlıdır ki, təsisçi şirkətlərin adına heç yerdə rast gəlinmir və bu barədə ictimaiyyətə açıqlama verilmir. Şirkətin internet saytında yazılanlardan da görünür ki, “Azərinşaatsevis” MMC əsasən avtomobil və dəmir yollarının tikintisi istiqamətində fəaliyyət göstərir və monopolist şirkətdir.
84,3 km-lik Hacıqabul-Kürdəmir avtomobil yolu və Ələt-Astara avtomobil yolunun 22 km (80-102 km) hissəsinin tikintisini “Bakı dairəvi şose yolu”nun tikintisi layihəsini də bu şirkət həyata keçirir. Bununla yanaşı, Ələt-Masallı avtomobil yolunun 0-9 km hissəsinin yenidənqurulması, Yevlax-Gəncə Avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi, Axalkalaki-Kartsaxi (Türkiyə sərhəddi) dəmiryolu nun tikintisi layihələri də sözügedər şirkətə həvalə olunub.
Ən əsası isə odur ki, “Azərinşaatservis” dövlət təminatı ilə alınan xarici kreditləri və büdcə pullarını göyə sovurmaqla məşğuldur. Bu şirkət tender elan edir, tenderlərin hamısını kağız üzərində “Polat” şirkəti udur, lakin bütün işlər “Azərinşaatservis”ə verilir. Burada mənimsənilən məbləğlər də Ziya Məmmədovla Cavid Qurbanova çatır. Bu pulların hesabına da onlar Azərbaycanın ən iri oliqarxlarına çevriliblər.

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanov əks hücuma keçir

    Cavid Qurbanov əks hücuma keçir ...

    7-02-2013, 10:19

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Cavid Qurbanov himn yazdı - MƏTN

    Cavid Qurbanov himn yazdı - MƏTN ...

    20-10-2014, 17:14

  • 
  • Cavid Qurbanov üçün Biləsuvar-İmişli yolu... - (Fotolar, video)

    Cavid Qurbanov üçün Biləsuvar-İmişli yolu... - ...

    26-03-2014, 23:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu