GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ABŞ Fazil Məmmədova cinayət işi qaldıra bilər?

ABŞ Fazil Məmmədova cinayət işi qaldıra bilər?

Tarix: 13-12-2012, 11:28 Bölmə :Manşet Baxış: 658
ABŞ Fazil Məmmədova cinayət işi qaldıra bilər?

Vergilər Nazirliyinə qarşı beynəlxalq korrupsiya ittihamı yenidən gündəmə gəlir; nazir federal hakimiyyətə 11,4 milyon dolları ödəmək zorunda qalıb

gundemxeber.az Bir müddət əvvəl Azərbaycanın adı beynəlxalq korrupsiya qalmaqalında hallandı. O zaman enerji şirkətlərinə xidmət göstərən "Tidewater Inc"in Azərbaycan Vergilər Nazirliyinə milyonlarla rüşvət verdiyini bəyan etdi. ABŞ şirkəti cinayət məsuliyyətindən qurtulmaq üçün federal hakimiyyətlə danışıqlara gedərək milyonlarla dollar ödəmək istədi.
Bu barədə məlumatı isə "The Maine Custice" portalı bir müddət əvvəl ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasının (United States Securities and Exchange Commission - SEC) şirkət barədə apardığı yoxlamaların nəticəsində hazırlanmış protokoluna və "Tidewater Inc"in press-relizinə istinad yaymışdı. Xatırladaq ki, "Tidewater Inc" dünyada enerji sektorunda işləyən və geniş imkanlara malik olan ən iri şirkətlərdən biri kimi tanınır. Şirkətin mərkəzi ofisi ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yerləşir. "Tidewater Inc" 350-dən çox iritutumlu gəmiyə malikdir, dünyanın 60-dan çox ölkəsində işləyir, bp, "Statoil", "ExonMobil" kimi iri şirkətlər onun müştəriləri arasındadır.
Bir neçə il əvvəl isə şirkətə qarşı sözügedən korrupsiya ittihamı irəli sürülüb. ABŞ-ın hüquq-mühafizə orqanlarının apardığı yoxlamalar zamanı aşkar edilib ki, şirkət Azərbaycanda aldığı sifarişlərlə bağlı gəlirlərini az göstərib, bu zaman yerli vergi instansiyalarına milyonlarla dollar rüşvət verib və nəticədə həm ABŞ büdcəsinə köçürülməli olan vergiləri gizlədib, həm də Xarici Korrupsiya Aktını pozub. Xarici Korrupsiya Aktı Amerika şirkətlərinə və vətəndaşlarına biznes qurduqları xarici ölkələrdə yerli hakimiyyətlərə rüşvət verməyi qadağan edir və bunun üçün cinayət məsuliyyəti nəzərdə tutur. Hüquq-mühafizə orqanları şirkətə qarşı cinayət işi qaldırmaq üçün materialları toplayarkən "Tidewater Inc" Azərbaycanın Vergilər Nazirliyinə rüşvət verdiyini etiraf edib və federal hakimiyyətlə anlaşma təklifi ilə çıxış edib. Aparılan danışıqlar nəticəsində razılaşdırılıb ki, şirkət ona qarşı cinayət işinin qaldırılmamasının əvəzində mülki cərimələr şəklində 11,4 milyon dollar, habelə gəlirlərinin gizlətdiyi hissəsini dövlətə ödəsin.
SEC bu sövdələşmə şərtlərinə razılıq versə də şirkət məsələni ABŞ Ədliyyə Nazirliyi ilə razılaşdırmağı lazım bilib. Çünki SEC-lə əldə edilən istənilən razılaşma şirkətə qarşı rəsmi ittihamların irəli sürülməsi və iri məbləğdə cərimə sanksiyaları üçün əsas rolunu oynaya bilər. Bildirilir ki, şirkət Azərbaycanda vergi orqanlarına rüşvət verilməsini aparılan daxili təhqiqatlar nəticəsində təsdiqləyib. Bu araşdırma "Steptoe & Cohnson LLP" audit şirkəti tərəfindən aparılıb. Məlum olub ki, Azərbaycanda şirkət öz gəlirlərini aşağı göstərmək və vergilərdən yayınmaq üçün aidiyyəti rəsmi qurumlara qanunsuz ödənişlər edib. Daha sonra SEC tərəfindən aparılan araşdırmalar da bu faktı təsdiqləyib. Şirkət uzun müddət federal hakimiyyətlə bu məsələnin məhkəməyə çıxarılmadan həll edilməsi üçün çalışıb. Lakin bir nəticə əldə olunmayıb.
Dünən isə "Gündəm Xəbər"ə məsələ ilə bağlı kifayət qədər etibarlı mənbələrdən daxil olmuş məlumatlarda bildirilir ki, sözü gedən cinayət işi ilə bağlı araşdırmalar zamanı daha ilginc korrupsiya cinayətlərinin üstü açılıb. Məlumatlara görə, burda birbaşa Azərbaycanın vergilər naziri Fazil Məmmədovun da adı keçir. Bildirilir ki, vergi cinayətlərinin araşdırılması istiqamətində ABŞ-ın hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar zamanı şirkətin azərbaycanlı nazir Fazil Məmmədova milyonlarla rüşvət verdiyi təsdiqlənib. Bundan sonra cinayət işi federal hakimiyyətə təqdim edilib. Məsələdən artıq Fazil Məmmədov da xəbrdardır. Elə bu səbəbdən vergilər naziri köhnə qüvvədə olan anlaşma təkliflərini yenidən irəli sürüb. Fazil Məmmədov özünün elçilərini ABŞ-a yola salaraq şirkətə qarşı cinayət işinin qaldırılmamasının əvəzində mülki cərimələr şəklində 11,4 milyondan da artıq vəsaiti özü tərəfindən odəyəcəyini təklif edib. Bircə bu məsələnin ictimailəşməməsininin qarşısı alınsın. Nazir ehtiyyat edir ki, bunu ona Azərbaycan hakimiyyəti bağışlamaya bilər. Çünki Fazil Məmmədov milyonlarla dövr edən korrupsiya əməliyyatlarını Azərbaycan hakimiyyətindən gizlədib. Bu isə o deməkdir ki, Fazil Məmmədov "obşi kotolydan" milyonları gizli şəkildə mənimsəyib.
Digər maraqlı məlumatlardan biri isə Fazil Məmmədovun cinayət işinin ört-basdır edilməsi üçün Qərblə müxtəlif məsələlərdə anlaşdığı bildirilir. Bir sözlə ABŞ Fazil Məmmədovun cinayətlərinə göz yummaqla onu "verbovat" edə bilib. Nəzərə alsaq ki, bu gün Qərblə Azərbaycanın münasibətləri elə də ürək açan deyil. Bir müddət əvvəl Fərhad Əliyevə stavka edən Qərb indi Fazil Məmmədov faktorundan istifadə etmək niyyətindədir. Məlumat üçün bildirək ki, Fazil Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasına daxildir. Kəmaləddin Heydərovun isə bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzayla səfirlikdə görüşü və məlum olmayan müzakirələri belə deməyə əsas verir ki, ABŞ-ın Azərbaycanda məmur-oliqarxlardan ibarət planı var. Plana əsasən ehtimal etmək olar ki, Qərb Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlıq görür. Görünür ABŞ bir neçə məmur-oliqarxları öz tərəfinə çəkməklə bunu tez bir zamanda reallaşdırmağa can atır. Məlumatlarda həmçinin bildirilir ki, dünən Bakıya gəlmiş ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya Azərbaycanda bir sıra hüquq-müdafiəçiləri ilə görüşündən sonra vergilər naziri Fazil Məmmədovla da gizli görüşüb. Amma bu görüş barədə ictimaiyyətə nədənsə məlumat verilməyib.
Yeri gəlmişkən azərbaycanlı nazirlərdən Samir Şərifovun da Qərbmeyilli olduğu bildirilir. Hələ bir müddət əvvəl ABŞ-ın Müstəqillik Günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə hökuməti maliyyə naziri Samir Şərifov təmsil etdi. Adətən bu tip tədbirlər siyasi xarakter daşıyır. Və belə tədbirlərdə Azərbaycanı ölkə başçısı, parlamentin spikeri, vitse-spiker və ya başqa siyasi vəzifə daşıyan şəxs təmsil etdiyi halda tədbirə Samir Şərifov dəvət edilmişdi. Hətta bayram məclisində maliyyə naziri Samir Şərifov çıxış edərək siyasi fikirlər də səsləndirmişdi.
Xatırladaq ki, məhz sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də ABŞ səfirliyinin keçirdiyi bayram tədbirində iştirak edərək ciddi siyasi bəyanatlar verməklə sonda ona qarşı olan hakimiyyətdaxili qrupların hərəkətə keçməsinə səbəb oldu. Fərhad Əliyevin rəqibləri onun haqqında Qərbmeylli kadr imici formalaşdırmaqla onun baş nazir postuna, bir qədər də uzağa gedərək prezident kürsüsünə iddialı olması barədə kammpaniyaya başladılar. Və dövlət başçısı İlham Əliyevi də buna inandıra bildilər. Sonda Fərhad Əliyev dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edildi.

Fuad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-dan 1 milyardlıq rüşvət ittihamı: Gülnarə Kərimova hədəfdə

    ABŞ-dan 1 milyardlıq rüşvət ittihamı: Gülnarə ...

    29-04-2016, 17:29

  • 
  • Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş rəhbəri həbs olundu

    Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş ...

    5-11-2015, 20:56

  • 
  • ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi

    ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi ...

    12-06-2015, 08:30

  • 
  • Mərkəzi Bankdan dollar AÇIQLAMASI

    Mərkəzi Bankdan dollar AÇIQLAMASI ...

    11-11-2015, 19:52

  • 
  • ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

    ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb ...

    23-05-2014, 10:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu