GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhməd Əhmədzadə istefaya göndərilir

Əhməd Əhmədzadə istefaya göndərilir

Tarix: 14-12-2012, 11:37 Bölmə :Manşet Baxış: 1 278
Əhməd Əhmədzadə istefaya göndərilir

Partiya Komitəsinin daha bir məmuru vəzifəsilə vidalaşmaq üzrədir


gundemxeber.az Bu gün yerli ekspertlərin bir çoxu açıq şəkildə bəyan edirlər ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin fəaliyyəti şəffaf olmadığından sözügedən qurumda külli miqdarda yeyinti halına yol verilir. Məsələn, mütəxəssislərin hesablamalarına görə, 2004-2011-ci illərdə dövlət büdcəsindən (2010-cu ildə ayrılan əlavə vəsaitlər nəzərə alınmır) adıçəkilən ASC-yə 1,1 mlrd manat (2004-cu ildə 39,4 mln AZN, 2005-ci ildə 48,6 mln, 2006-cı ildə 67,3 mln, 2007-ci ildə 141,1 mln, 2008-ci ildə 153,3 mln, 2009-cu ildə 199,2 mln, 2010-cu ildə 205,8 mln və 2011-ci ildə 219,2 mln) vəsait ayrılıb.
Söz yox ki, bütün bu vəsaitlərdən sonra ölkədə su balansı normal vəziyyətdə saxlanmalı idi. Lakin son illərin acı təcrübəsi bir daha təsdiqlədi ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC və ona rəhbərlik edən Əhməd Əhmədzadə vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Ola bilər ki, bu məqamda kimlərsə bizimlə razılaşmasın. O zaman məhz bu suala məntiqli cavab tapmağa çalışın: Əgər həqiqətən də ASC-yə ayrılmış 1,1 mlrd manat aidiyyəti üzrə xərclənibsə, onda bəs, hanı işin keyfiyyəti?..

Fəhləlikdən «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədr postuna gedən yol

Məhz bu məqamda, Əhməd Əhmədzadə barəsində qısa da olsa bəzi məlumatları diqqətinizə çatdırmaq istərdik. Beləliklə, 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuş Əhməd Cuma oglu Əhmədzadə 1961-ci ildə Qaxmuğal kənd orta məktəbini, 1966-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib və mühəndis-hidrotexnik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. 1976-1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili alıb, 1978-1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK-nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK-nın birinci katibi, 1991-ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1981-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Qaxda külli ixtiyar sahibi kimdir?

Aldığımız məlumatlara görə, Əhməd Əhmədzadənin ölkənin şimal-qərb rayonlarında, daha dəqiq desək, Zaqatala, Balakən, əsasən Qaxda qiyməti milyonlarla manat ölçülən villaları, nəhəng biznes obyektləri var. Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, bu gün qaxlılar öz aralarında mütəmadi olaraq bu kəlməni işlədirlər: Əhmədzadələr Qaxın sahibləridir. rayonda ən iri restoranlar, istirahət mərkəzləri, mağaza və dükanlar məhz onlara aiddir.
Əslən Qazax rayonundan olan Qax rayon İcra Hakimiyyətinin keçmiş başçısı Abbas Göyüşovun rəhbərliyi dövründə rayonun əhalisinin hərtərəfli sıxıntı çəkdiyini deyən mənbənin sözlərinə görə, bu gün də təxminən, eyni vəziyyət hökm sürür. Belə ki, hələ də əhalinin içməli su ilə tam təmin olunması istiqamətində ciddi işlər görülməyib. Taxılçılıqda məhsuldarlıq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb: «Bildiyiniz kimi, Qax həm də abidələr yurdudur. Lakin mövcud tarixi abidələrin araşdırılması, mühafizəsi istiqamətində önəmli tədbirlər həyata keçirilmir. Zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, «Şəfa» istirahət və müalicə ponsionatı, «İlisu» ponsionatı, «Yaşıl park», «Ulu», «İmproteks», «Ballı bulaq», «Qafqaz», «Eden» Park hotel, «Səngər qala» istirahət mərkəzi, «El resort» beş ulduzlu otel, «Ulu dağ» turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti məhz Əhməd Əhmədzadənin kurasiyasındadır».

Rayondakı turizm obyektlərilə Əhməd Əhmədzadəni nə birləşdirir?

Bu gün Qaxda 53 bələdiyyənin fəaliyyət göstərdiyini deyən mənbənin sözlərinə görə, onların böyük əksəriyyətində «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədrinə yaxın olan adamlar təmsil olunur. Mənbə rayonda mövcud olan turizm obyektləri barədə məlumat verərkən bunları dedi: «Şəfa» istirahət və müalicə pansionatının rəhbəri Saadov İftixar Rəfael oğludur. Pansionat 130 yerlikdir. Pansionatda istirahət yollayış əsasında təmin edilir. Yollayışın qiyməti 540 manatdır. «Yaşıl Park» istirahət mərkəzi isə 2005-ci ildə istismara verilib. İlisu kəndində yerləşir və bura Allahverdiyev Rəsul Aydın oğlu rəhbərlik edir. «İlisu» Pansionatının rəhbəri isə Nizami Haşımovdur. «Ulu dağ» istirahət kompleksi də 2005-ci ildə istismara verilib. Buranın rəhbəri isə Əhmədov Zabit Mahmud oğludur. «Eden» Park hotel də İlisu kəndində yerləşir. 2008-ci ildə fəaliyyətə başlayıb. rəhbəri Bayramov Hüseyn Mətləb oğludur. «Ulu» istirahət mərkəzinə Əliyeva rəna Eyvaz qızı rəhbərlik edir. Qaxbaş kəndində yerləşən 5 ulduzlu «El resort» beş ulduzlu otel isə Malik Şabanovun rəhbərliyi altında fəaliyyət göstərir. Həmçinin, bu gün Qaxbaş kəndi ərazisində «Migidana» restoranı, rayonun Ü.Hacıbəyov küçəsində «Gülnur» və V.Eyvazov küçəsində «Qafqaz» restoranları fəaliyyət göstərir. Və bunların hamısı Əhməd Əhmədzadəyə və onun ətrafına yaxın olan şəxslərdir. Odur ki, bu gün Qax rayonu bütünlüklə Əhməd Əhməzadənin şəxsi mülkiyyətinə çevrilib.
Hələ bu harasıdır. «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədrinin Qaxın müxtəlif yerlərində bir neçə əzəmətli villası var. Bundan başqa, hazırda Əhməd Əhmədzadənin yaxınlarının bir çoxu rayonda mövcud olan bütün sektorlarda - səhiyyə, təhsil və digər bir sıra önəmli sahələrdə rəhbər vəzifələrdə çalışırlar...»

Əhməd Əhmədzadənin səhhəti vəzifəsini icra etməyə imkan vermir?

Diqqət yetirmisinizsə, son vaxtlar Əhməd Əhmədzadə ilə bağlı yeni və eyni zamanda, olduqca ilginc məlumatlar dolaşmaqdadır. Qeyd olunur ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədrinin səhhətində ciddi problem yaranıb. Bildirilir ki, bir müddət əvvəl beyin insultu keçirən Əhməd Əhmədzadəni həkimlər ölümdən qaytarıb. Hazırda onun vəziyyətinin o qədər də yaxşı olmadığını deyən mənbənin sözlərinə görə, həkimlərin qənaətincə, Əhməd Əhmədzadənin səhhəti vəzifəsini icra etməyə imkan vermir. Bu baxımdan, onun yaxın vaxtlarda vəzifədən azad olunacağı ehtimal olunur. Mənbənin sözlərinə görə, artıq məsələ ilə bağlı yuxarı dairələr də məlumatlandırılıb. Elə bu səbəbdən də ehtimal olunur ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədr postuna yeni təyinat ola bilər.
Məsələ ilə bağlı əldə etdiyimiz digər bir məlumatda isə birmənalı şəkildə bildirilir ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbəri Əhməd Əhmədzadə bu il baş tutacaq kadr islahatları çərçivəsində istefaya göndəriləcək. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, Əhməd Əhmədzadənin öz postuna əlvida deməsinə əsas səbəb son illər ölkədə su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çayları sahillərində bəndvurma və sahilbərkitmə işlərinin aparılması, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi və xərclənməsi barədə ətraflı məlumat əldə etmək üçün ictimaiyyətə ətraflı məlumatın verilməməsi, ictimai birliklərin sorğularını cavablandırmaması, ən başlıcası isə onun yaşının 65-dən artıq olmasıdır.

Nazim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət Əhməd Əhmədzadə ilə yollarını ayırır

    Hakimiyyət Əhməd Əhmədzadə ilə yollarını ayırır ...

    19-12-2012, 14:53

  • 
  • Əhməd Əhmədzadəyə siyasi xəyanət ittihamı

    Əhməd Əhmədzadəyə siyasi xəyanət ittihamı ...

    8-01-2013, 10:05

  • 
  • Əhməd Əhmədzadə çətin durumda

    Əhməd Əhmədzadə çətin durumda ...

    22-01-2013, 10:16

  • 
  • Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi

    Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi ...

    6-12-2012, 13:39

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu