Həbslərdə Elşad Abdullayevin açıqladığı videomaterialların müstəsna rolu olacaq
gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin başlatdığı videoqalmaqal həbslərə nədən ola bilər. Bildirək ki, məlum videoçəkilişdə keçmiş deputat Gülər Əhmədovanın ortağı kimi görünən Sevinc Babayevanın qeybə çəkildiyi söylənilir və onun arandığı bildirilir. Doğrudur, bu barədə rəsmi qaynaqlar heç bir izahat verməsələr də, Sevinc Babayevanın əslində kimlərsə tərəfindən gizlədildiyi bildirilir. Daxil olan informasiyalardan aydın olur ki, bütün bunlara rəğmən yenidən eyni proses üzərində manevrlər edən iqtidariçi qüvvələr hətta həbslərə belə qərar veriblər: «Təbii ki, hazırki durğunluq birbaşa olaraq əks qütbün marağındadır. Bu səbəbdən vəziyyət dəyişməlidir. Kimin həbs olunacağını isə zaman göstərəcək. Amma həbslərdə Elşad Abdullayevin açıqladığı videomaterialların müstəsna rolu olacaq». Xatırladaq ki, bu vaxta qədər sabiq rektor Gülər Əhmədova, Ramiz Mehdiyev, Sevinc Babayeva, DİN-in 7-ci bölməsinin əməkdaşı və bir sıra şəxslər barəsində ilginc faktlar açıqlayıb. Yəni bu isə o deməkdir ki, qolları qandallanan şəxs məhz bu çevrədən olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?