GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Şuranın Tiflis Zirvəsində İsa Qəmbər qələbəsi

Milli Şuranın Tiflis Zirvəsində İsa Qəmbər qələbəsi

Tarix: 31-07-2013, 13:10 Bölmə :Manşet Baxış: 1 271
Milli Şuranın Tiflis Zirvəsində İsa Qəmbər qələbəsi

Müsavat Başqanı Rüstəm İbrahimbəyov qarışıq hamını onu gözləməyə məcbur etdi; Vahid namizədlə bağlı ictimai rəydə yaranan suallara son qoymaq üçün Rüstəm İbrahimbəyovla İsa Qəmbərin ikilikdə görüşü olacaq

Müxalifətin Tiflis zirvəsi öncəsi ölkə siyasətində yeni proseslər cərəyan etdi. İqtidar müxalifətlə dialoqa hazır olduğunu açıqladı. Hakimiyyət seçkiqabağı gərginliyə son qoymaq üçün Milli Şurada təmsil olunan partiyalarla təmas qurmağa hazırlıq görür. Hakimiyyət Milli Şuranı rəsmi təbliğatda legitim saymasa da, nəzarətində olan KİV-lər, iqtidaryönlü deputatlar, YAP mənsublarının çıxışları məhz bu quruma köklənib. Odur ki, dialoq labüddür və tərəflər arasında belə bir toplantı olacağı mütləqdir.

Dialoq olacaq

Belə bir vaxtda isə Milli Şuranın 15 nəfərlik nümayəndə heyəti Tiflisə - Rüstəm İbrahimbəyovla görüşə getdilər. Görüşün yekun nəticələrinə nəzər yetirməzdən əvvəl vurğulamaq yerinə düşər ki, yaxın günlərdə iqtidar-müxalifət dialoqu baş tutacağı rəsmən təsdiqlənib. Hətta görüşdə R.İbrahimbəyovun da iştirak istisna deyil.
“Seçkilərin elə mərhələsinə daxil oluruq ki, müxalifət partiyaları ilə təmaslar qaçılmazdır”. Bu açıqlamanı jurnalistlərə Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
PA rəsmisi bu cür təmaslara ehtiyac olduğunu deyib: “Biz bu sahədə ATӘT-lə danışıqlar aparırıq. ATӘT-in müxtəlif partiya funksionerlərini bir araya toplayaraq seminarlar keçirməsi, seçkilərlə bağlı narahatlıq doğuran məsələlər olanda, onların şəffaf müzakirə olunub qərar qəbul edilməsi təcrübəsi mövcuddur. Yəqin ki, biz seçkilər ərəfəsində bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik”.
YAP-çı deputat Siyavuş Novruzov dialoqa qarşı çıxıb. Onun sözlərinə görə, bundan öncə daxili məsələlərlə bağlı bir neçə dəfə dialoq təklif edilsə də, müxalifət tərəfi buna reaksiya verməyib.
Hakim partiya funksioneri bildirib ki, builki prezident seçkiləri ilə bağlı dialoqa ehtiyac yoxdu: “Seçki prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun keçirilir. Burada heç bir dialoqa ehtiyac yoxdu. Hər bir partiya qanunvericiliyə uyğun olaraq öz namizədini irəli sürə bilər. Seçkiöncəsi görüş olsa da, söhbət seçkidən getmir. Biz öz mövqeyimizi ortaya belə qoyuruq”.

MŞ üzvü buraxıldı, Arif Hacılı ad çəkdi

İyulun 29-na keçən gecə Bakı aeroportunda saxlanılan və 19 saat dindirmədən sonra sərbəst buraxılan Milli Şuranın Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu “Yeni Müsavat”a müsahibə verib. Dediyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (MCQMİ) onunla çox norma davranılıb və hər hansı təzyiqlə üzləşməyib.
Saxlanılmasının səbəblərinə gəldikdə, Y.Qəhrəmanoğlu deyib ki, bu barədə konkret bir söz deyilməyib: “Amma sözsüz ki, saxlanmağım siyasi fəaliyyətimlə əlaqədar idi. Məqsəd odur ki, məni siyasi fəaliyyətdən çəkindirsinlər, sındırsınlar, proseslərdən uzaqlaşdırsınlar. Bu da mümkün deyil, olmayacaq da”.
Saxlanması ilə bağlı təfərrüatları bölüşən Y.Qəhrəmanoğlu Azərbaycana gəlişinin səbəbləri, buradakı görüşləri, planları, həmçinin Milli Şuranın Ukraynadakı təşəbbüs qrupunun görəcəyi işlərlə bağlı ətraflı danışıb. Qeyd edib ki, saxlanması həbsdə olduğu saatlarda Kiyevdəki məsləkdaşları böyük bir yığıncaq keçirib və narahatlıqlarını ifadə ediblər.
Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı bildirib ki, İbrahimbəyovun namizədliyinin qeydə alınmasında problem olarsa, digər namizədlər barəsində düşünülməlidir: 2 illik keçid hökumətində təmsil olunmaq baxımından namizədlər var ki, onları Milli Şurada hər kəs qəbul edə bilər. Mehman Əliyev, Cəmil Həsənli, Milli Şurada təmsil olunmayan akademik Rafiq Əliyev müxalifətin vahid namizədi ola bilər. Amma mən ümid edirəm ki, Rüstəm İbrahimbəyovla bağlı məsələ müsbət həllini tapacaq”.
Rəsul Quliyev: “Rüstəm bəy düz elədi Bakıya gəlmədi”
“Tiflisdə görüş hökmən lazım idi. Çünki vahid namizədin həbsinin nə ilə nəticələnəcəyini bilən bir sıra Milli Şura üzvləri Rüstəm İbrahimbəyovla onun ölkəyə qayıdışı və digər məsələlər barədə müzakirə aparmalıdırlar. Ona görə bu görüş hökmən olmalı idi. Təəssüf ki, görüş Azərbaycanda yox Gürcüstanda keçir”.
Bu sözləri açıqlamasında Milli Məclisin keçmiş sədri Rəsul Quliyev bildirib. MM-nin sabiq sədri R.İbrahimbəyovun Azərbaycana gəlməməsinin düzgün addım olduğunu deyib: “Rüstəm İbrahimbəyov Azərbaycana gəlib saxlanılsaydı, şansını itirərdi. Rüstəm İbrahimbəyov əgər prezident seçkilərində iştirak etmək fikrindən daşınmasa, hökumət onu həbs etmək niyyətindədir. Bu məsələnin belə olmadığını iddia etmək gülüncdür. İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının bir ildə 30 min manat vergidən yayınması barədə cinayət işi sözsüz ki, ona qarşı qondarma cinayət işidir. Bu külli oğurluqda müqayisədə 0,30 min qəpikdir. Özü də bu təşkilat pulu qaytarmaq istədiyini də elan edib”.

APA-nın informasiya təxribatı

Milli Şuranın Tiflis toplantısının keçiriləcəyi “Vere Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsus olması və hazırda onun oğlu tərəfindən idarə edildiyi barədə məlumatlar yayılıb. APA-nın məlumatına görə, A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir. Minval.az isə məlumat verdi ki, otel milliyyətcə gürcü Manana Şaraçidzeyə məxsusdur, direktoru isə Serqo Kapanadzedir.
Musavat.com Tiflisdə olan müxbiri Aygün Muradxanlı ilə əlaqə saxlayıb, otellə bağlı iddiaların hansısa bir əsasının olub-olmamasını soruşub. Müxbirimiz deyib ki, səhər saatlarında jurnalistlər arasında Azərbaycan müxalifətinin toplandığı otelin erməni iş adamına məxsus olması barədə xəbərlər dolaşıb: “Lakin axşam saatlarında, məsələnin artıq ciddi ittiham xarakteri aldığını gördükdən sonra biz sahibkarı dəqiqləşdirmək qərarına gəldik. Otel rəsmiləri şəxsən mənə bildirdilər ki, bura Vera məhəlləsi adlanır, burada ancaq cürcülər və azərbaycanlılar yaşayırlar. Otelin rəsmi sahibi isə Manana Şaraçidzedir. Otelin direktoru da gürcüdür - Serqo Kapanadze”

ADR-in zalında iclas

Nəhayət görüş Tiflisin mərkəzində yerləşən “Vera Palace” otelində təşkil olunub. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu gətirən Moskva-Tiflis uçağı axşam saatlarında Tiflisə çatıb. Eldar Namazov musavat.com-un əməkdaşına deyib ki, otel rəhbərliyi ilə aparılan danışıqlardan sonra Milli Şuranın yığıncağının Vere Palasda keçirilməsi qərara alınıb. Onu da bildirək ki, Milli Şura üzvləri Tiflis toplantısını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi zalda keçirmək istəsələr də, Gürcüstanın hökumət qurumları bunun üçün rəsmi müraciət istəyib:
“İndi həmin bina muzey kimi istifadə olunur. Biz bu gün Milli Şura sədri Rüstəm İbrahimbəyovun imzası ilə gərəkli müraciəti ünvanına çatdıracağıq. Böyük ehtimalla sabah Milli Şura üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixi binada toplantı keçirəcək”.
E.Namazovun sözlərinə görə, Rüstəm İbrahimbəyovla Milli Şuranın toplantısından sonra təkbətək görüşləri də nəzərdə tutulub: “Müsavat başqanı İsa Qəmbərlə, eyni zamanda digər partiyalardan olan təmsilçilərlə Milli Şura sədrinin təkbətək görüşləri nəzərdə tutulub. Mənim də Rüstəm müəllimlə təkbətək görüşüm olacaq”.
Milli Şuranın Tiflis toplantısının keçiriləcəyi “Vere Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsus olması və hazırda onun oğlu tərəfindən idarə edildiyi barədə məlumatlar yayılmışdı. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir. Minval.az-ın məlumatına görə, otel milliyyətcə gürcü Manana Şaraçidzeyə məxsusdur, direktoru isə Serqo Kapanadzedir.

İsa Qəmbərin jesti, İbrahimbəyovun susqunluğu

Tiflis vaxtı ilə saat 18.00-da Milli Şura üzvləri Vere Palaced-nin toplantı zalına toplansa da, yığıncağı başlamaq mümkün olmadı. Səbəb Müsavat başqanı İsa Qəmbərin toplantı keçirilən zala gəlməməsi idi. 20 dəqiqə sonra yığıncağa qatılan İsa Qəmbər bildirdi ki, ona toplantının 18.30-da keçiriləcəyi bildirilib və o, yığıncaq zalına deyilən vaxtdan 10 dəqiqə tez gəlib. Yığıncağa gecikən şəxslər sırasında Turan İA-nın direktoru Mehman Əliyev də var. Mehman Əliyev bu saata qədər də yığıncağa qatılmayıb.
Yığıncaq başlanan zaman jurnalistlərin zaldan görüntü almasına icazə verildi. Daha sonra toplantının qapalı keçiriləcəyi bildirilərək jurnalistlər zaldan çıxarıldı. Onu da qeyd edək ki, Gürcüstandakı yerli və beynəlxalq media Azərbaycan müxalifətinin toplantısına ciddi maraq göstərir. Çoxsaylı jurnalistlər Azərbaycan media təmsilçiləri ilə bərabər yığıncağın başa çatmasını gözləyir.
İsa bəyin gəlişi gözlənilən zaman jurnalistlər Rüstəm İbrahimbəyova sual vermək istəsələr də o, yumşaq şəkildə cavabdan imtina etdi: “Sual verə bilərsiz, ancaq cavab olmayacaq”.

Qərarsız müzakirə

Milli Şuranın toplantısında İcra Aparatının rəhbəri Eldar Namazov söz alıb. O, nümayəndə heyətini təqdim edib. Bildirib ki, bu tədbirdə Şuranın daha çox üzvü iştirak etmək istəyib, lakin razılığa gəlinib ki, quruma daxil olan siyasi qüvvələrin təmsilçilərindən ibarət yığcam heyət seçilsin.
Sonra Milli Şuranın sədri Rüstəm İbrahimbəyov geniş çıxış edib. O, deyib ki, Bakıya gəlməməsi qətiyyən nədənsə çəkinməsi ilə bağlı deyil. Sadəcə, Rusiya vətəndaşlığından çıxmaq üçün lazım olan sənəd hazırlanır və bu prosesdə şəxsi iştirakı tələb olunur. İbrahimbəyov bu sənədi almadan Bakıya gələcəyi təqdirdə hakimiyyətin onu ölkədən buraxmaya və beləliklə də onu seçkidən kənarda saxlamaq üçün hüquqi əsas qazana biləcəyini deyib. İbrahimbəyov onu da əlavə edib ki, həbs oluna biləcəyindən çəkinmir. Əksinə düşünür ki, bu istiqamətdə ortaya atılan tezislər hakimiyyətin əndişəsini göstərir.
ACP sədri Sülhəddin Əkbər və ALP-dən Eldar Muradov çıxışlarında Rüstəm bəyin fikirlərinə dəstək veriblər və Milli Şuranın qarşısında duran cari vəzifələr, görə biləcəyi işlər barədə danışıblar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, Milli Şuranı və onun reallaşdırdığı vahid namizəd ideyasını gözdən salmağa çoxlu cəhdlər var. O, Milli Şuranın idarə olunması üçün kollegila orqanın yaradılmasını təklif edib. Fuad Qəhrəmanlı həmçinin, Şuranın komissiyalarının fəaliyyətinin gücləndirilməsi zərurətini də diqqətə çatdırıb. AXCP yetkilisi Milli Şuranın təbliğatı ilə bağlı fikirlərini də bölüşüb.
Çıxışlarda belə fikir səslənib ki, Milli Şuranın vahid namizədi ilə bağlı ictimai rəydə yaranan suallara son qoymağın zamanıdır və buna görə Rüstəm İbrahimbəyovla İsa Qəmbərin ikilikdə görüşsün.
Hüquqşünas Vidadi Mirkamal da Milli Şuranın təşkilati işlərinin gücləndirilməsi haqda danışıb və təkliflərini verib. Milli Şuranın komissiya sədri Nurəddin Mustafayev bildirib ki, başlıca vəzifə hakimiyyəti nəzərdə tutduğu, edə biləcəyi qanunsuzluqlardan çəkindirə biləcək müqaviməti yaratmaq olmalıdır. Müzakirələr digər iştirakçıların çıxışları ilə davam edib.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Kərimli Tiflisə getməyəcək, İsa Qəmbərin İbrahimbəyovla görüşü sual altındadır

    Əli Kərimli Tiflisə getməyəcək, İsa Qəmbərin ...

    29-07-2013, 13:48

  • 
  • İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: “Çox faydalı görüş oldu...”

    İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: ...

    31-07-2013, 15:26

  • 
  • İqtidar Milli Şuranın dialoq təklifinə cavab verdi

    İqtidar Milli Şuranın dialoq təklifinə cavab verdi ...

    6-09-2013, 14:21

  • 
  • Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

    Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada ...

    4-12-2013, 13:12

  • 
  • “İsa Qəmbərin namizədliyi qüvvədə qalacaq”

    “İsa Qəmbərin namizədliyi qüvvədə qalacaq” ...

    1-08-2013, 13:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu