Bu gün Rusiya vətəndaşlığından çıxmaq prosedurunu sürətləndirmək üçün Moskvaya gedirəm. Bu, kifayət qədər uzun prosesdir və onu sürətləndirmək üçün Moskvada olmağım həddindən artıq zəruridir”, - deyə Milli Şuradan vahid namizəd Rüstəm İbrahimbəyov Turan-ın müxbiri ilə telefon söhbətində bildirib.
O qeyd edib ki, Bakıya yalnız ona görə gəlməyib ki, hakimiyyət onu saxta cinayət işi ilə əlaqədar saxlaya bilərdi.
“Onlar məndən ölkəni tərk etməmək haqqında iltizam ala və Rusiya vətəndaşlığından çıxma prosedurunu sürətləndirməyimə imkan verməyə bilərdilər. İndi mən mövcud məsələləri yoluna qoymaq niyyətindəyəm, bundan dərhal sonra Bakıya gələcəyəm”, - deyə o qeyd edib.
İbrahimbəyov həmçinin Rusiya prezidentinin onun Rusiya vətəndaşlığından çıxması haqqında müvafiq fərmanı artıq imzalaması haqqında bu gün yayılmış məlumatları da təkzib edib.
Xatırladaq ki, Rusiya vətəndaşlığından imtinanın səbəbi İbrahimbəyovun Azərbaycanda prezident seçkilərində iştirakıdır. Azərbaycan konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxsin seçkilərdə iştirakına yol verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?