GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səlim Müslimov hədəfdə

Səlim Müslimov hədəfdə

Tarix: 15-12-2012, 13:38 Bölmə :Manşet Baxış: 1 141
Səlim Müslimov hədəfdə

Fond rəhbəri 2013-cü il “qurbanlıqları”nın sırasında

gundemxeber.az Artıq on ildir ki, Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edən Səlim Müslümovun hədəfə alınması ilə bağlı məlumatları bir müddət əvvəl diqqətinizə çatdırmışdıq. İndi isə bu münaqişənin miqyası daha da böyümək üzərədir. Bu barədə qəzetimizə məlumat verən hakimiyyət içindəki qaynaq iddia edir ki, Səlim Müslümovun əslində PA ilə toqquşmasında səbəb kimi göstərilən arqumentlərin heç biri əsas olanı deyil. Xatırladaq ki, bu günlərdə DSMF ilə Prezident Administrasiyasının işlər idarəsi arasında bir məhkəmə qalmaqalının baş verməsi ilə bağlı məlumat vermişdik və bildirmişdik ki, fonda köçürmələrdə borclanan PA-nın sözügedən qurumuna qarşı iddia qaldıran Səlim Müslümovun idarəsi, eyni zamanda PA-nın digər təşkilatlarına qarşı da anoloji ittihamları irəli sürməyə hazırlaşır.
Bunun isə PA rəhbərliyində qəzəb yaratdığı söylənilir. Mötəbər mənbələrin bilgisinə görə, artıq Səlim Müslümova qarşı hərəkətə keçən bəlli cinah hətta Səlim Müslümovu əvəz edəcək kadrı da hazırlamaqla məşğuldur.

Fond rəhbəri iki gücün çəkişməsində

Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edən Səlim Müslümova qarşı kampaniyanın miqyası daha da böyümək üzərədir. Bu barədə qəzetimizə məlumat verən hakimiyyət içindəki qaynaq iddia edir ki Fond rəhbəri həm də Mehdiyev üçün rəqibə çevrilən FHN şefi Kəmaləddin Heydərovun kadrı kimi də hədəfə gəlib. Bildirək ki, Səlim Müslümov DSMF-yə qədər Dövlət Gömrük Komitəsində sədr müavini postunu tutub və günü bu gün də keçmiş Gömrük Komitəsinin sədri, indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərovla gözəl münasibətləri var. Hələ də gömrük orqanlarının general-mayoru olan Səlim Müslümova birbaşa dəstək də hər zaman FHN şefindən gəlib və indi də belə olacaq. Bu barədə danışan mənbəmiz iddia edir ki, Səlim Müslümova qarşı kampaniyanın durdurulması üçün Kəmaləddin Heydərov nəzarəti altında olan mətbuatı müvafiq qaydada təlimatlandırıb. Bu barədə mənbənin söylədikləri: «Bəllidir ki, iqtidara birbaşa və dolayı yollarla bağlı olan mətbuatı kimin maliyyələşdirməsindən, hansı qüvvənin bu maliyyəni ayırmasından asılı olmayaraq, istənilən halda siyasi yönlü təlimatlar PA-dan verilir. Amma Kəmaləddin Heydərov bu müstəvidə hər zaman əlahiddəliyini qoruyub və bu dəfə də fond rəhbərinə qarşı start düyməsi verilən kampaniyaya qarşı ən böyük əngəl rolunu elə FHN şefinin özü oynayıb. Hər halda, bu gün Kəmaləddin Heydərov böyük bir KİV şəbəkəsini maliyyələşdirən əsas fiqurlardan biridir». Əldə etdiyimiz məlumatlarda o da deyilir ki, amma PA rəhbərliyi bu məsələni heç də unutmaq fikrində deyil və DSMF rəhbərliyinə qarşı fərqli problemlərin yaradılması gözlənilir.

Antikorrupsiya şousunun baş qəhrəmanı

Hökumət içindəki məlumatlı mənbənin sözlərindən belə məlum olur ki, əslində antikorrupsiya tədbirlərinin daha çox DSMF sistemində cərəyan etməsi də ilk başdan planlaşdırılıb. Hər halda, hansısa dövlət qurumu zəif bənd kimi seçilməli idi. Və prosesə nəzarət edən qüvvələrin DSMF rəhbəri Səlim Müslümovla ədavətdə olmaları bu strukturlara daha çox təlaşlı anların yaşadılması ilə müşaiyət olundu.
Hər halda, bu gün korrupsiyaya qarşı mübarizə idarəsi üçün ən münbit fəaliyyət ünvanları yetərincədir. Yəni boğaza qədər korrupsiyaya bulaşmış gömrük, səhiyyə, təhsil sistemlərinin varlığı şəraitində DSMF-nin bir nömrəli hədəf kimi müəyyən olunması heç də təsadüfi deyil və burada konkret sifariş var. Məlumatlı mənbə bildirir ki, həmin sifarişin müəllifləri indi də Səlim Müslümovun özünü hədəfə alıblar: «Artıq vaxt yetişib. Bu vaxta qədər yalnız var-gəl edən rəqibləri Səlim Müslümova həlledici zərbəni vurmağa hazırdırlar». Məlumatlara görə, məhz korrupsiyaya uğraması səbəbindən DSMF-nin özündə yoxlamaların həyata keçirilməsi planlaşdırılır:»Hazırda korrupsiyaya qarşı mübarizə idarəsinin əlində ciddi faktlar var və bu materiallar əsasında fondda yoxlamalar aparılacaq. Buna paralel olaraq isə Səlim Müslümov vəzifəsindən azad ediləcək. Hətta ola bilsin ki, fondun ümumiyyətlə ləğv edilərək əmək və əhalinin sosial müdafiəsi nazirliyinə birləşdirilməsinə qərar verilsin. Bu məsələyə sonradan aydınlıq gətirilə bilər». Mənbəmiz bütün bunların sentyabr ayına qədər cərəyan edəcəyini də xüsusi olaraq vurğuladı.

Büdcədən mənimsənilən 23 milyon

Redaksiyamıza daxil olan məlumata görə Dövlət Sosiai Müdafiə Fondunun bir neçə mərkəzində Respublika Prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən yoxlamalara başlanılır. Mötəbər qaynaq iddia edir ki, artıq bu yoxlama anonsundan Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümovun da xəbəri var: «Xəbərinin olması bir yana, aldığı məlumat DSMF rəhbərini əməlli-başlı şoka salıb. Çünki yoxlama qərarı ilə birdən-birə fonda aid təxminən 20 struktur təftiş olunacaq».
Mənbəmiz iddia edir ki, konkret şikayətlər olsa da, DSMF-də korrupsiya yoxlamalarının həyata keçirilməsi hər halda, siyasi sifariş olmadan imkansızdır: «Əslində DSMF-nin strukturları hakimiyyətin başlatdığı atikorrupsiya tədbirlərinin ilk hədəflərindən oldu. Amma bu dəfə total yoxlama həyata keçirilə bilər ki, bunun da nəticəsində nəinki yerli idarə müdirləri, hətta DSMF-yə aid rəhbər şəxslər, habelə qurumun prezidenti Səlim Müslümovun özü də hədəfə çevrilə bilər».
Mənbəmiz bildirir ki, söhbət təxminən büdcəyə aid 23 milyon manatın mənimsənilməsindən gedir: «Bu qədər vəsait pensionerlərdən oğurlanıb. Davamlı olaraq edilən şikayətlər əsasında aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, əslində həmin pullar banklara yatırılmayıb və DSMF rəhbərliyi tərəfindən mənimsənilib. Bu işdə isə DSMF-yə aid 20-yə yaxın struktur əlbir olub, proses isə rəhbərliyə aid şəxslərin nəzarəti altında həyata keçirilib».

Səlim Müslümov həbs oluna bilər

Məlum olduğu kimi bir müddət əvvəl prezident İlham Əliyev «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiqlədi. Bildirək ki, artıq belə bir sərəncamın imzalanması bir çox hakimiyyət dairələrində böyük narahatçılıq yaradıb. Təsadüfi deyil ki, bəzi ekspertlər 2013-cü il prezident seçkiləri ərəfəsində atılan bu addımı seçkiqabağı dönəm üçün hakimiyyət daxilində yeni təmizləmə kampaniyasının əsas açarı kimi təqdim etməkdədirlər.
Nazirlər Kabinetindəki bilgili qaynaq tərəfindən ötürülən informasiyada deyilir ki, əslində sözügedən fəaliyyət planı birbaşa olaraq rəsmi Bakının antikorrupsiya tədbirlərinin birinci dalğasının yekunu kimi də qiymətləndirilə bilər: «Birinci dalğa boyunca daha çox hədəfə alınanı Dövlət Sosial Müdafiə Fondu və hərbi komissarlıq işçiləri oldular. Bu dəfə isə sözügedən cinah üzrə antikorrupsiya hərəkətlənməsi daha da yuxarı instansiyalara doğru irəliləyəcək».
Konkret olaraq 2013-cü ilin prezident seçkiləri ərəfəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun hədəfə alınacağını bildirən mənbəmiz vurğuladı ki, hətta DSMF şefinin həbsi belə gözləniləndir: «Çünki beynəlxalq qurumlar da daha samballı tədbirlər tələb edir. Və belə bir şəraitdə artıq birinci antikorrupsiya sezonunda qol-budağı yetərincə budanmış Səlim Müslümov ən uğurlu «qurbanlıqdır»..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümovun qohumu polis rəisi təyin olunur

    Səlim Müslümovun qohumu polis rəisi təyin olunur ...

    25-11-2013, 15:54

  • 
  • Səlim Müslümovun müavininin  “huşsuzluğu”

    Səlim Müslümovun müavininin “huşsuzluğu” ...

    25-11-2013, 14:29

  • 
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümovun fondunda loqo qalmaqalı

    Səlim Müslümovun fondunda loqo qalmaqalı ...

    25-12-2012, 13:15

  • 
  • Səlim Müslümovun adamlarından yeni maxinasiyalar

    Səlim Müslümovun adamlarından yeni maxinasiyalar ...

    27-11-2013, 16:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu