Bir çox ekspertlər hətta idda edirlər ki, may ayının 8-i yenidən müharibə başlayacaq. 8 mayda müharibənin başlanacağı cəmiyyətdə də ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
gundemxeber.az bildirir ki, bununla bağlı fikrini millət vəkili Araz Əlizadə ölkə.az-la bölüşüb:
"Əgər ermənilərin hamısının başı xarab olubsa, bu müharibə olacaq, ya da ki Rusiyanın göstərişi ola bilər ki, hərbi əməliyyatlar başlasın. Ruslar yəqin istəyir ki, 9 may bizim də qələbə günümüz olsun. Ruslar SSRİ-nin qələbəsini Rusiyanın qələbəsi kimi qeyd edirlər. Ancaq bu, elə deyil. Ruslar, yəqin istəyir ki, 9 may bizim də qələbə günümüz olsun. Əgər müharibə başlasa, bu dəfə tam qələbəmiz qaçınılmazdır".
Qeyd edək ki, ermənilər aprel ayının əvvəlində baş verən döyüşlərdə məğlubiyyətdən sonra bir neçə dəfə əks həmlə edib, ancaq hər dəfə də itki verərək geri çəkilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?