GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » KİVDF: Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!

KİVDF: Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!

Tarix: 28-08-2019, 17:21 Bölmə :Manşet Baxış: 655
KİVDF: Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!


Azərbaycanda ciddi islahatlara ehtiyacı olan qurumlardan biri də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur (KİVDF).

Bu haqda uzun illərdir yazılır. Yəni, yarandığı gündən indiyə qədər bu qurum mətbuatın inkişafı naminə heç bir uğurlu addım atmayıb, əksinə, mənasız, tərəfli müsabiqələr, tədbirlər keçirməklə fəaliyyətini “yola verməyə” çalışıb. Hətta, bu “yola vermə” o həddə çatıb ki, özünün heç bir proqressiv addımı olmayan bu qurum zaman-zaman ölkə başçısının, mediaya birbaşa aidiyyəti olan şəxs və qurumların gördüyü işləri də öz uğurları kimi təqdim etməyə çalışır.

Ölkə başçısının mediaya diqqəti, imkansız jurnalistlərin mənzil probleminin həlli ilə bağlı son illərdə gördüyü işləri də KİVDF adlı bu qurum özünün “qəhrəmanlığı” və fəaliyyəti kimi qabardır. Nəticə isə göz qabağındadır: hətta Prezidentin apardığı bu uğurlu islahatları, gördüyü işləri öz maraqlarına uyğun icra etməklə narazılıq müstəvisi yaradıblar. Soruşan da yoxdur ki, axı bu vəsaitlər sizin şəxsi malınız-mülkünüz deyil, ölkə başçısının qayğısıdır...

Əcəba, düşünmürlərmi niyə son bir neçə ildə ölkənin bir çox tanınmış media nümayəndələri, ictimai xadimləri, deputatlar artıq dilə gəliblər, mediada islahatların vacibliyini vurğulayırlar? Düşünürlər, amma bu onların merkantil maraqlarına ziddir.

Hər kəs anlayır ki, bütün dünyada olduğu kimi hər bir dövlətin media siyasəti var. Amma kimlərsə dövlətin media siyasətinə öz bacarıqsızlığı, şəxsi ambisiyaları və maddi maraqları ilə kölgə salmağa çalışır. Ömründə əli qələm tutmayanların mediaya hakimi-mütləq kəsilməsi durumu bu qədər acınacaqlı vəziyyət yaradıb. Nədir bunların iş fəaliyyəti ? Özlərinə yaxın şəxsləri, heç bir sosial bazası, oxucu kütləsi olmayan media quruluşlarını, jurnalistləri önə çəkmək. Onların fəaliyyətinə irad bildirənlər isə məqsədli və düşünülmüş şəkildə “asi” elan edilərək, tədbirlərdən, dövlət əhəmiyyətli toplantılardan təcrid olunurlar.

Təsadüfi deyil ki, bir müddət öncə millət vəkilləri - Vahid Əhmədov və Fəzail İbrahimli mediada monopoliyanın olduğunu deyirdilər. Şübhəsiz ki, millət vəkillərinin bu narahatlığı əsassız deyildi. Çünki mətbuata banan, kişmiş, kartof biznesi kimi baxanlar bu monopoliyanı gerçəkləşdirməklə yüzlərlə jurnalistin iztirabları üzərində özlərinə “mətbuat malikanəsi” yaradıblar.

Deputat Vahid Əhmədovun çıxışından bir epizoda diqqət edək: "KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi konteksdə həll etmək lazımdır. Yəni, Azərbaycanda aparılan dərin islahatlar konteksində KİVDF-nin də fəaliyyətinə də baxmaq lazımdır. Bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır”.

Belə pozitiv islahatların keçirilməsində maraqlı olan şəxsləri “Səs-səsə” verib neqativ "Mövqe" ilə yükləyənlərin məqsədi aydındır. Məşhur atalar misalında olduğunu kimi, bunu el də bilir, oba da...

Mətbuatı dövlətdən küsdürməyə yönəlik bu addımları atanların, jurnalistləri “asi” elan etməyə məqam gözləyənlərin məqsədi təbii ki, dövləti deyil, özünü qorumağa hesablanıb. Onlar sanki mətbuata “Troya atı” içərisində sızdırılıblar. Ona görə sızdırılıblar ki, daxildə narazılıq yaratsınlar, mətbuatın parlaq, işıqlı, dövlətinə və dövlətçiliyə bağlı insanlarını küsdürsünlər.
Fəaliyyətləri o qədər şəffaf deyil ki, istənilən “islahat” sözü də canlarına birə kimi düşür, qan çıxana qədər qaşındırır...

Onların bu yarıtmaz fəaliyyətlərindən sonra indi vəziyyət o həddə çatıb ki, artıq bir çox media nümayəndələri, ölkənin işıqlı gələcəyi üçün çalışanlar dövlətin media siyasətini məhz Azərbaycanı humanitar sahədə böyük uğurlara çatdırmış Birinci Vitse-prezidentin səlahiyyətləri çərçivəsində görmək istəyirlər. Yanlış anlamayın, burada mediaya nəzarətdən qətiyyən söhbət getmir. Media ictimai nəzarət mexanizmidir, müstəqildir. Burada söhbət dövlətin media siyasətindən gedir. Necə ki, dünyanın hər yerində hər bir dövlətin özünün media siyasəti var: Avropada da, lap elə uzaq Amerikada da...

Bəli, islahatdan qorxurlar, o üzdən də əllərində saxladıqları media və “muzdlu mirzə”lər vasitəsilə ictimai rəyə kin saçırlar. Amma bir şeyi unudurlar: hesab varsa, kitab da var. Ədalət gec də olsa, yerini tapır. Bir gün ölkə başçısının mediaya ayırdığı milyonların “hesab-kitab günü” gələcək. O zaman çox “media xanədanlığı” çökəcək və elə altında da özləri qalacaq. Gözlərini “sahil”ə diksələr də, “xilas gəmisi” gəlməyəcək...

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının Baş redaktoru

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KİVDF ləğv olunmalı, yoxsa qurumda islahat aparılmalıdır? — Mehman Əliyevin təklifinə REAKSİYALAR

    KİVDF ləğv olunmalı, yoxsa qurumda islahat ...

    24-07-2019, 13:15

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07

  • 
  • KİVDF qəzetlər üçün müsabiqə elan etdi - Şərtlər

    KİVDF qəzetlər üçün müsabiqə elan etdi - Şərtlər ...

    15-12-2014, 21:01

  • 
  • Vüqar Səfərli özünü biabır etdi

    Vüqar Səfərli özünü biabır etdi ...

    4-05-2013, 00:52

  • 
  • KİVDF çap mətbuatını tərəvəz bağlaması edir - Prezidentə xəyanət...

    KİVDF çap mətbuatını tərəvəz bağlaması edir - ...

    29-01-2018, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu