GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » KİVDF çap mətbuatını tərəvəz bağlaması edir - Prezidentə xəyanət...

KİVDF çap mətbuatını tərəvəz bağlaması edir - Prezidentə xəyanət...

Tarix: 29-01-2018, 12:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 881
KİVDF çap mətbuatını tərəvəz bağlaması edir - Prezidentə xəyanət...


Dövlətin pullarını talan edən, adı oxuculara məlum olmayan qəzetlərə pul ayıran qurumun demontajı gündəmə gəlib

KİVDF PA-dakı İctimai-siyasi şöbənin “xeyir-dua”sı ilə qəzetləri maliyyələşdirir, müstəqil çap mediası isə “kəfən geyinərək” son nəfəsini verməkdədir...


Azərbaycanda çap mediası məhvə düçar olunduğundan, bu gün qəzetlərdən daha çox balıq bükməkdə, tərəvəz məhsullarının altına sərməkdə, piştaxtalarda ərzaqların üstünə qoymaqda və s. istifadə olunur. Ən pis hal odur ki, dövlət büdcəsindən maliyyələşən bir neçə qəzetlərin maddi cəhətdən təminolunmaları həyata keçirildiyindən, sadəcə olaraq həmin qəzetlərin səhifələri maraqsız yazılarla doldurulur və açıq-aşkar şəkildə heç bir oxucu marağına xidmət etmir. Daha faciəli hal isə, ölkə rəhbərimizin də şəkilinin olduğu qəzetlərdən qonşu ölkələrə daşınan pomidor yeşiklərinə məhsullar düzülərkən istifadə olunur. Yəni, həmin qəzetlər pomidor yeşiklərinin altına sərilir və xarici ölkələrdə, xüsusilə də RF-nın bazarlarında ölkəmizdə çap olunan qəzetlər məsğərəyə qoyulur. Bu da onu deməyə əsas verir ki, üzdə Prezidentin mövqeyini bəh-bəh deyərək “müdafiə edən” KİVDF, məhz ayırdığı maliyyə dəstəyi hesabına bir çox qəzetlərin işıq üzü görməsinə səbəb olsa da, atılan addımların ölkə rəhbərinə xəyanət olması danılmaz fakta çevrilir. Bundan əlavə, maliyyə təminatları adı çəkilən qurum tərəfindən tam ödənilən və işıq üzü görən həmin qəzetlərin ictimai rəyə təsir imkanları da sıfıra bərabərdir və artıq çap mətbuatı vətəndaşlara yalnız bu xidməti göstərməkdədir.
Bir tərəfdən internet mediasının sürətlə inkişafı qəzet mediasının gününü ağlar qoyubsa, digər tərəfdən hakimiyyətin yürütdüyü siyasət qəzetləri dəfn etməkdədir.

KİVDF-nin məmurlara xidməti

“Gündəm Xəbər” qəzetinin üzləşdiyi çap problemləri, nəşriyyatların çapdan imtina etməsi, dövlət tərəfindən heç bir dəstəyin olmaması, köşklərdə qəzetdən çox peçenye, bulka və s. qidaların satışı ümumilikdə bir mətbu orqanın hissə-hissə sıradan çıxmasına səbəb olur.
Ancaq Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Prezident Administrasiyasında İctimai-Siyasi şöbə tükünü də tərpətmir.
Təkcə bu qəzetin deyil, çap mətbuatının düşdüyü komadan çıxarmaq üçün heç bir addım atılmır. Sanki KİVDF ekologiya və yaxud kənd təsərrüfatı sektoruna aid qurumdur.
Bu amorb orqanın vəzifəsi mətbuata yox, mətbuata qarşı çıxan, ona təzyiq edən məmurlara dəstək olmaq, ələbaxımlılıq, köləlik, sözəbaxanlıq etdirməkdir.
Prezident KİVDF-yə maliyyə ayırmır ki, bu qurumun rəhbərliyi mətbuatı məmurlar qarşısında gözükölgəli etsin, qorxutsun.
Dövlət tərəfindən ayrılan pulların hara xərclənməsi də əslində, ayrıca mövzudur ki, KİVDF bu illər ərzində məhv olan qəzet mediasının maliyyəsini mənimsəməklə məşğul olub.

Bu qurum ləğv olunsun!

Nəticədə çap mediası dirçəlmək əvəzinə qəzetlər köşklərdə deyil, tərəvəz məhsullarının altında tapılır. Prezident isə hər zaman bəyan edib ki, dövlət kağız mətbuatına dəstək verir, inkişafına köməklik edir.
Sonuncu çıxışında da bildirmişdi ki, jurnalistlər onun köməkçiləridir və mətbuat vasitəsi ilə qanunsuzluqlardan xəbərdar olur.
Amma faktiki olaraq qəzetlər məhv olmaqdadır və KİVDF-yə ayrılan pullar çap jurnalistikasına heç bir təkan verməyib.
Ona görə də dövlət başçısının məhz onun köməkçiləri olan jurnalistləri eşitməsi, onlarla birgə mətbuatı düşdüyü durumdan çıxarması daha yaxşı olardı.
Zaman-zaman o təklifər də səslənib ki, KİVDF uğursuz layihədir və bu qurumdakı şəxslər mətbuatla dostluq yox, məmurlarla mehribançılıq edirlər.
O baxımdan ayrılan maliyyə fərqli şəkildə mətbuata paylanmalıdır və KİVDF ləğv olunmalıdır.
Bir neçə qəzet bütün çətinliklərə baxmayaraq öz müstəqilliyini bugünə qədər saxlayıb və hakimiyyətdə təmsil olan məmurların qadağalarına boyun əyməyib.
Ancaq hakimiyyətdəki bəzi məmurlar 1-2 müstəqil qəzetin varlığına da dözə bilmir və iqtisadi sanksiyalarla bu qəzetləri sıradan çıxarmağa çalışır. İndiki mərhələdə müstəqil mətbuatın çökdürülməsində KIVDF “önəmli rol” oynayır.

KİVDF çap mətbuatını tərəvəz bağlaması edir - Prezidentə xəyanət...


Səfərlinin tiraj ifşası

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli vaxtilə demişdi ki, fonddan maliyyə yardımı almaq istəyən qəzetin tirajı ən azı 2500 nüsxə olmalıdır və həmin tirajın ən azı 1000 nüsxəsi satılmalıdır.
Əslində Vüqar Səfərovun bu açıqlaması özünüifşa deməkdir. Əvvəla ona görə ki, “Gündəm Xəbər” bu parametr üzrə öndədir və ən çox satılan qəzetlərdən biridir.
Digər tərəfdən, KİVDF-nin maliyyə ayırdığı qəzetlərin böyük əksəriyyəti bu parametrə cavab vermir. Həmin siyahıda olan adların bir qismi, ümumiyyətlə, heç kimə tanış deyil.
Belə olan halda bu qəzetlər necə satıla bilər. Təbii ki, bu qəzetlərin bir qismi məcburi abunə hesabına satılır. Ümumi mənzərə onu göstərir ki, KİVDF parametrlərə cavab verməyən qəzetləri maliyyələşdirməklə məşğuldur.
Təbii ki, KİVDF PA-dakı İctimai-siyasi şöbənin diktəsi ilə fəaliyyət göstərir və hansı qəzetlərə “xeyir-dua” verilirsə, həmin qəzetlər də maliyyələşdirilir.
Bir sözlə, ölkədə azad sözün, çap mətbuatının tamam məhv edilməsi üçün hər gün iş gedir və PA-dakı bəzi məmurlar bu məsələdə israrlıdır.

Oxucu olmayan qəzetlər, bloklanan saytlar...

Çox paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən dövlət müəyyən qəzetlərə maliyyə ayırır və mətbuata dəstək ifadə olunur.
Digər tərəfdən cəmiyyətin azad mətbuat hesab etdiyi qəzetlər iqtisadi cəhətdən sıxıntı içindədir və maliyyədən məhrum edilir.
Bu siyahıda elə adlara rast gəlinir ki, həmin qəzetlərin cəmiyyətə 1 faiz də təsiri yoxdur. Qəzetlərin səyyar satışının paytaxtda məhdudlaşdırılması, əl yayımının şəhərin mərkəzinə buraxılmaması da qəzetlərin durumunu mürəkkəbləşdirib.
Xüsusilə reklamı olmayan, ancaq satışla yaşayan müstəqil və müxalif media olduqca pis günlər keçirir.
Son aylarda bloklanan saytların baş redaktorları Prezidentə müraciət ünvanlayıb.
Ölkə mediasını iflic edən şəxslərin xəyanət içində olduqlarına şübhə yoxdur. Şimaldan gələn təkidli tələblərlə azad və demokratik cəmiyyətin formalaşmasına əngəl yaradanlar, hakimiyyətdaxili çəkişmələrin də yaradıcılarıdır.
Amma, bütün bunları göz önünə alaraq, həqiqətləri dilə gətirməkdən, mətbuata dəstək adı altında baş verən rüsvayçılığı ifşa etməkdən də çəkinmək fikrində deyilik. Çünki ölkədəki neqativləri üzə çıxarmaq bizim ilk növbədə peşə borcumuzdur.
Xüsusən də bu rüsvayçılıq ölkə mediasının inkişafına dəstək verməli olan bir qurumda və prezidentin xoş niyyətindən yararlanaraq mətbuata dəstək adı altında öz gəlilərini artıran şəxslər tərəfindən həyata keçirilirsə, artıq bu haqda susmağı yersiz hesab edirik.

Talan edilən pullar

Şübhə etmirik ki, Azərbaycanda mətbuatın inkişafı Sizin maraq dairənizdə olan başlıca məsələlərdəndir. Çünki güclü mətbuatı olan ölkə informasiya savaşından hər zaman qalib çıxamağa qadirdir.
Xüsusən də müharibə şəraitində yaşadığımız indiki dönəmdə bizim güclü mediaya daha çox ehtiyacımız var. Amma təəssüf ki, prezidentin bu sahəyə ayırdığı pullar təyinatı üzrə xərclənmir, 3-5 nəfərin arasında talan edilir.
Halbuki, həmin vəsaitlə daha ciddi işlər görmək və medianın inkişafına daha böyük töhfələr vermək olar.
Fondun illik hesabatlarından məlum olur ki, KİVDF əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan maliyyələşir.
"Büdcə sistemi haqqında” Qanuna görə, Prezidentin Ehtiyat Fondunun həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən olunur.
Bu fonda transfer olunan məbləğ parlamentin ratifikasiyası olmadan, prezidentin verdiyi sərəncamlar üzrə xərclənir.
Dünya təcrübəsində mətbuata dəstək anlayışı var, amma bu, Azərbaycanda olduğundan fərqlidir. Bir çox ölkələrdə pulsuz abunə kampaniyası var.
Gənclər abunə yazılacağı qəzeti özləri seçir, abunənin pulu isə büdcədən ödənilir. Pulun kimə çatacağını oxucular, xalq müəyyən edir.
Bizdə isə reket mediası yemlənir, himayə olunur, nazirlərin, məmurların sponsorluq etdiyi qəzetlərə pul ayrılır. Yəni, KİVDF tənqidçi mətbuatın yox edilməsinə xidmət etməkdədir - gözümüz tənqid oxumasın...

Reketlərə dəstək

“Qurunun oduna yaş da yanır” deyiminə uyğun olaraq müstəqil və peşəkar mətbuat da reket jurnalistlərin ucbatından öz nüfuzunu itirməkdədir.
Buna qarşı zaman-zaman mübarizə olsa da, faktiki reket medianın tamamilə bir sinif kimi silinməsi üçün siyasi iradə nümayiş etdirilmir. Ona görə ki, həmin jurnalistləri ayrı-ayrı məmurlar, vəzifəli şəxslər indiyə kimi himayə edirlər.
Azərbaycan mətbuatında savadsız bir kütlə-"jurnalistlər" peyda olub və onlar mətbuatı korlamaqla məşğul olurlar.
Öz tərcümeyi-hallarını yazanda belə səhvə yol verirlər. Nəinki ifadə səhvlərinə, orfoqrafik səhvlərə yol verirlər. Bunlar da qəbulolunmaz hallardır.
Onu da demək lazımdır ki, məmurların fəaliyyətləri şəffaf şəkildə olmadığı üçün ölkədə “reket jurnalistika”sının kökünün tamamilə kəsilməsi bir qədər çətin olacaq. Reket jurnalistika xofu ölkəmizdə elə sürətlə yayılıb ki, artıq vəzifəli şəxslər jurnalist görəndə əllərini ciblərinə atmağa adət ediblər.
Bunun qabağını almaq üçün Mətbuat Şurasının apardığı mübarizə müəyyən təsirə malik olsa da, yetərli deyil.

“Gündəm Xəbər” dövlətin düşmənlərinə qarşı

Bir həqiqəti qeyd etmək istəyirik ki, “Gündəm Xəbər” qəzeti işıq üzü gördüyü illər ərzində, həmişə dövlətə, dövlətçiliyimizə xidmət edən bir mətbu orqan olub.
Həmişə çalışmışıq ki, ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problemləri qabardaq, onların ictimailəşməsinə də çalışaq.
Hətta, elə hallar da olub ki, dövlətçiliyimizə bu və ya digər formada zərər vura biləcək xarici qüvvələrin mərkli planlarını da ifşa etmişik, onları cavabsız belə qoymamışıq.
Çünki, “Gündəm Xəbər” qəzetinin redaksiyasında çalışan hər bir əməkdaşda, Azərbaycan sevgisi, bu millətə, bu torpağa bağlılıq hissi var.
Ancaq, bütün bunlara baxmayaraq dövlətimizi sevməyən, tənqidə dözməyən, hətta ölkə rəhbərinin yürütdüyü siyasətin əleyhinə belə mövqe nümayiş etdirən bəzi vəzifə sahibləri, bu gün də bizdən əl çəkmirlər. Biz də azad söz deməkdən çəkinməyəcəyik...

Rahib Bəxtiyarov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KİVDF mətbuat üçün “sürpriz” hazırlayır

    KİVDF mətbuat üçün “sürpriz” hazırlayır ...

    29-04-2013, 20:53

  • 
  • Qəzetləri metrodan tamamilə qovdular

    Qəzetləri metrodan tamamilə qovdular ...

    14-11-2013, 18:06

  • 
  • “GÜNDƏM XƏBƏR” NÖVBƏTİ BASQI İLƏ ÜZ-ÜZƏ QALDI

    “GÜNDƏM XƏBƏR” NÖVBƏTİ BASQI İLƏ ÜZ-ÜZƏ QALDI ...

    24-01-2018, 19:35

  • 
  • Məktəb dərslikləri İranda çap olunub?

    Məktəb dərslikləri İranda çap olunub? ...

    6-12-2012, 12:45

  • 
  • Avropa və Asiya qəzetlərinin “əli” milyonlarla oynayır

    Avropa və Asiya qəzetlərinin “əli” milyonlarla ...

    17-11-2013, 10:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu