Milli Şuranın avqustun 18-də keçirilən mitinqində təşkilatçılıq baxımından bir neçə gözlə görünən qüsurlar var idi.
Bunlardan biri də Milli Şuranın Mitinq Komitəsinin toplantısında mitinqin aparıcısı olaraq təyin edilən İbrahim İbrahimlinin aparıcılığı oldu. O, bir neçə dəfə çıxışlarında səhvə yol verdi.
Bu mitinq iştirakçıları tərəfindən də xoş qarşılanmadı. Mitinq iştirakçıları daha təcrübəli bir nəfərin mitinqi idarə etməsini istəyirdilər. İbrahim İbrahimlinin mitinqi idarə etməsinə narazı olanlardan biri də Müsavat Partiyası başqanın müşaviri Mustafa Hacıbəyli oldu.
O da İ.İbrahimlinin aparıcılıq edərkən buraxdığı səhvlərə və onu mitinqin aparıcısı seçməkdə israr edən siyasətçiyə öz etirazını bildirib və növbəti dəfə başqa bir nəfərin seçilməsini təklif edib. M.Hacıbəyli narazıçılığını belə bildirib: "İbrahim İbrahimli mitinqdə Mirmahmud Mirəlioğlunu Mirmahmud Fəttayev kimi, Liberal Partiyasını Liberal Demokrat Patriyası kimi, KXCP-ni KAXCP kimi, Nərgiz Yaqublunu Nigar Yaqublu kimi təqdim etdi.
O, əvvəl Tural Abbaslının azadlığa çıxdığını dedi, sonra səhvini ona azadlıq tələb etməklə düzəltdi. Tempraturun 32-dərəcə olduğu halda, bunu da şişirdərək 40 dərəcə olduğunu deməsinin bizə hansı faydasının olduğunu deyə bilmərəm. Amma bəzən dostlarımızın aksiyada adi meqafonla yarada bildiyi coşqunu İbrahim İbrahimli mitinqin aparıcısı olaraq yüksək səsgücləndiricilərə qoşulan mikrafonla yarada bilmədi.
Onun səsləndirdiyi şüar isə iştirakçıların dilinə yatmadı. İbrahim İbrahimlinin hər dəfə aparıcı olmasına təkid edən siyasətçiyə təklif edirəm ki, gələn dəfə ya Fuad Qəhrəmanlının, ya Asəf Quliyevin, ya Sahib Kərimlinin, ya da bir başqasının namizədliyinə təkid eləsin". virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?