Milli Şuranın 20-ci sahəyə, sürücülük məktəbinin həyətinə təyin etdiyi aksiya başlayıb. “Qafqazinfo”nun məlumatına görə, aksiya keçirilən ərazi polis tərəfindən nəzarətə götürülüb. Mitinq keçirilən meydana daxil olan şəxslər polis tərəfindən ciddi yoxlanılır. Aksiyanı Milli Şuranın üzvü İbrahim İbrahimli aparır.
Aksiyaya şəhid ailələri də qatılıb. Qrup halında meydana şüar səsləndirərək daxil olan şəhid ailələrinə polis müdaxilə edib və tərəflər arasında qarşıdurma yaranıb. Onların polis bölməsinə aparıldığı bildirilir.Əsgər valideynlərindən bir neçəsinin ürəyi gedib.
***
“Qafqazinfo”nun aksiyada olan əməkdaşlarının verdiyi məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlu aksiya iştirakçıları arasındadır.
“Siyasi məhbuslara azadlıq!”, “Azad və ədalətli seçkilər!” şüarlarını rəhbər tutan mitinq iştirakçıları artıq meydana toplaşıb.
Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırov da mitinqdədir. O, aksiyanı izləyir. Artiq bəzi iştirakçıların plakatı alinıb.
*** Mitinqin aparıcısı Samir Əsədlinin sözlərinə görə, mitinqin rəsmi hissəsinin başlanması gecikdirilir: "20-ci sahə istiqamətində bütün marşrutların hərəkəti dayandırılıb". *** AXCP sədri Əli Kərimli artıq mitinqdədir.
*** Müsavat Partiyasının başqanı İsa Qəmbər və Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov da mitinqə qatıldı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?