GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun biznesinə sarsıdıcı zərbə

Kərəm Həsənovun biznesinə sarsıdıcı zərbə

Tarix: 19-08-2013, 22:17 Bölmə :Manşet Baxış: 2 951
Kərəm Həsənovun biznesinə sarsıdıcı zərbə
Komitə sədrinin şirkətləri tenderlərə tamarzı qalacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus "Azinko" şirkəti bir müddət əvvəldən başlayaraq dövlət investisiya layihələrinin icrasından tədricən uzaqlaşdırılmağa başlayıb. Hazırda şirkətin əlində çox cüzi dövlət sifarişləri var. Bu isə Kərəm Həsənovun şirkətini maliyyə sıxıntısı ilə üz-üzə qoyub. Məlumatı redaksiyamıza etibarlı mənbə verib.GUNDEMİNFO.AZ yazır ki, 2006-cı ildən fəaliyyətə başlayan "Azinko Holdinq" MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - "Klass Az Ko " MTK, "Xəzər Az Ko" MTK, "Sahil Az Ko" MTK, "Az-İn-Ko " MMC və "Regional İnşaat" MMC daxildir. "Yarandığı vaxtdan "Azinko Holdinq " MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin, biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur. 2010-cu ildən isə Bakıda çeşidli söküntü və tikinti işləri "Azinko" vasitəsilə həyata keçirilib. Həmin dövrdən keçən iki il ərzində Kərəm Həsənovun şirkəti bir çox dövlət layihələrinin icrasını həyata keçirib və bu zaman fantastik məbləğlərlə müşahidə olunan vəsait əldə edib".
Mənbə deyib ki, əslində "Azinko" şirkətinin tədricən dövlət investisiya layihələrindən uzaqlaşdırılması ilə bağlı qərar da son 2 ildə Kərəm Həsənovun holdinqinin Bakıda həyata keçirdiyi layihələrlə bağlı vətəndaşlardan kütləvi narazılıqların daxil olması və projelərin icrası zamanı ayrılan vəsaitlərin bir hissəsinin mənimsənildiyinə dair şübhələrin yaranmasından irəli gəlib: "Kərəm Həsənovun eyni zamanda deputat olan qardaşı Malik Həsənovun faktiki rəhbərliyi altında fəaliyyət göstərən "Azinko" xüsusilə Bakının mərkəzindəki söküntülər zamanı vətəndaşlarda ciddi narazılıq yaradıb. Məsələn, "Neftçilər" prospekti-61 ünvanında vətəndaşlara heç bir sənəd təqdim edilmədən onlara məxsus evlər başına uçurulub. Hətta həmin vaxt sözügedən ünvandakı sakinlər dəyəri 300 min manatdan çox əşyanın "Azinko" əməkdaşları tərəfindən gecə vaxtı evlərdən oğurlandığını iddia edirdilər. Paytaxtın mərkəzindəki Şəmsi Bədəlbəyli və Mirzağa Əliyev küçələrində olan 100-dən artıq evin sahibləri onlara gəlinən hədə-qorxu nəticəsində çölə atılıb. Qalan 110 evin sakinləri isə evlərində ola-ola onların mənzilləri sökülüb. Hətta "Azinko"nun işçilərinin mənzillərindən çıxara bilmədikləri sakinlərin evlərini yandırdıqlarına dair də o dövrün mətbuatında ilginc iddialar vardı.
Mənbəmiz qeyd edir ki, müşahidələr tam əminliklə deməyə əsas verir ki, Bakı şəhərində bir neçə yerdə "Azinko" şirkəti zorakı formada söküntü və ya tikinti işləri aparıb. Bu zorakılıq aşağıdakılardan ibarət olub: şirkətin işçiləri heç nəyə əhəmiyyət vermədən mənzillərdə əhali otura-otura evlərini onların başına uçurublar, şirkətin işçiləri evlərdən oğurluq etməklə və sakinlərə məxsus külli miqdarda əşyaları oğurlamaqla onlara maddi-mənəvi zərər yetirir və s. zorakılıqlar həyata keçiriblər. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə saysız-hesabsız şikayətlər, foto və video görüntülər ünvanlanıb. Komitə sədrinin şirkətindən narazılıqların, incikliklərin kütləviliyi, həmçinin ayrılan dövlət vəsaitlərinin mənimsənildiyinə dair iddialar (vətəndaşlara müəyyənləşdirilən kompensasiyaların ya az verilməsi, ya da ümumiyyətlə verilməməsi və s.) Kərəm Həsənovun iqtidar içindəki rəqiblərinə "Azinko"nu "vurmaq" üçün ciddi bəhanə verib".
Mənbənin sözlərinə görə, "Azinko"nun dövlət investisiya layihələrindən kənarda qalması Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin maddi kapital baxımından zəiflədilməsinin bir halqası hesab oluna bilər. Başqa bir iddiaya görə, sözügedən şirkətin Kərəm Həsənovun nəzarətindən çıxarılması da mümkündür.
Belə ki, Həsənovun hökumət kulislərindəki opponentlərinin adıçəkilən şirkəti dövlət investisiya layihələrindən kənarda saxlamaqla "Azinko"nu ciddi maliyyə problemləri ilə baş-başa qoymaq istəməsi realdır: "Bununla da komitə sədri şirkəti satmaq məcburiyyətində qala bilər. Ən pis halda təzyiqlər qarşısında geri çəkilən Kərəm Həsənov hakimiyyət içində daha ciddi siyasi problemlər qarşısında qalmamaq üçün "Azinko"dan könüllü imtina edə də bilər".

Hər bir halda, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin şirkətinin ciddi problemlərlə, maliyyə sıxıntıları ilə baş-başa qaldığı reallıqdır. "Azinko" şirkəti ətrafında proseslərin isə Kərəm Həsənovun ən önəmli biznes quruluşuna başqa güc və ya güclərin əl qoyması ilə yekunlaşıb-yekunlaşmayacağını isə zaman göstərəcək.

Malik
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - Komitədə dəyişiklik gözlənilir

    Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - ...

    24-01-2014, 15:31

  • 
  • Kərəm Həsənovun gizlinləri faş olur

    Kərəm Həsənovun gizlinləri faş olur ...

    15-03-2013, 10:57

  • 
  • AZİNKO yetkililəri köçkün düşərgəsində

    AZİNKO yetkililəri köçkün düşərgəsində ...

    9-04-2013, 11:38

  • 
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu