"Milli Şuraya inamımız heçə enib" Azərbaycanlı Siyasi Muhacirlərin Dünya Ittifaqinin Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərə muraciəti musavat.com saytına göndərilib.
Müraciətdə deyilir:
" Dəyərli İsa bəy, uzun illərdir ki, vətəndən kənarda yaşamaq məcburiyyətində olmagımıza baxmayaraq, hər zaman qəlbimiz vətən üçün vurur. Azərbaycanda baş verən ictimai siyasi prossesləri daima diqqətlə izləyirik. Qarşıdan gələn prezident seçkisinə və bu seçkidə avtoritar rejimin dəyişiləcəyinə böyük ümid bəsləyirik. Demokratik qüvvələrin cəmləşdiyi Milli Şuranın yaradılmasını da müsbət qiymətləndirməklə yanaşı inanırdıq ki, Milli Şura üzərinə götürdüyü missiyanın öhdəsindən layiqincə gələcəkdir. Son zamanlar Milli Şura və onun ətrafında baş verən prosseslər bizim Milli Şuraya olan inamımızı heçə endirib. Düşünürük ki, bütün bu oyunlar, ssenarisi vaxtilə H.Əliyev tərəfindən yazılan, rejissoru Rüstəm İbrahimbəyov olan, baş rollarda Rəsul Quliyevin, Lalə Şovkət Hacıyevanın, Eldar Namazovun oynadıgı bir tragikomediyadır. Təssüf hissi ilə qeyd etmək istəyirik ki, bu oyun nəticəsində insanlarda bir ümidsizlik sindromu yaratmaqla Milli Şura hakimiyyətin müəyyən qədər oz istəyinə nail olmasına xidmət edib. Dəyərli İsa bəy, seçkiyə az muddət qalmasına baxmayaraq, demokratik qüvvələrin bu seçkidə qalib gəlməsi üçün hələ boyük şansı oldugunu nəzərə alaraq, biz xaricdə yaşayan siyasi mühacirlər olaraq sizdən Müsavat Partiyasinin Məclisinin qərarına uyğun olaraq namizədliyinizin qəydə alıması üçün ən yaxın zamanda Mərkəzi Seçki Komisiyasına muraciət etməyinizi artıq dərəcədə xahish edirik. Əminik ki, Azərbaycanda rejimin dəyişməsini istəyən böyuk əksəriyyətin Sizi dəstəkləyəcəyinə də heç bir şübhəmiz yoxdur. “ Zamanın tələbi İsa bəylə irəli! “
Eldəniz Yusibov Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Hollandiya 22 avqust 2013"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?