GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin seçki cinayəti

Hakimiyyətin seçki cinayəti

Tarix: 16-12-2012, 12:50 Bölmə :Manşet Baxış: 656
Hakimiyyətin seçki cinayəti

Xalqın səsləri üzərindən alver edənlərə kim hökm oxuyacaq?

gundemxeber.az Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə Sabir adına Kitabxananın keçmiş müdiri Sevinc Babayeva arasında gedən dialoq hələ yəqin uzun müddət siyasi gündəmin əsas mövzusu olacaq.. Biri o birini əmin edir ki, yeni formalaşan parlamentdə təmsil olunacaq, özü də Komissiya sədri olacaq. Həmin dialoqdan bəzi hissələri yenidən xatırlatmağa dəyər.
Sevinc Babayeva: «Mən özüm bilirsən niyə sakitəm? Ona görə ki, onun əsas işində Ramiz durur. «Vsyo», o dedi, qurtardı. Qorxma deyirəm sənə. «Vsyo», qorxma da... Sən «uje» onunla işləyirsən. Qorxma. Mənim yanımda pul verdi. Gözümlə gördüm ki, pulu qəbul elədi» -- deyə qarşı tərəfi əmin edir.
Bu, Fransada mühacirətdə yaşayan, sabiq rektor Elşad Abdullayevin yaydığı ilk video deyil. Sentyabrda o, deputat seçilməsi üçün apardığı sövdələşməylə bağlı videoyazılar yaymışdı. Orda deyilirdi ki, Elşad Abdullayev parlamentə düşmək üçün bir milyon dollar verməlidir. Həmin pulun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatdırılacağı anlaşılırdı. Sözügedən videogörüntüdə də Sevinc Babayeva və deputat Gülər Əhmədovanın olduğu deyilən iki qadın iştirak edirdi. Bu video yayıldıqdan sonra dələduzluqla bağlı cinayət işi açılıb. Hakim Yeni Azərbaycan Partiyasından olan Gülər Əhmədova deputat mandatından imtina edib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyilənləri böhtan adlandırıb.
Qayıdaq son videoya. Videoda söhbət 2005-ci il parlament seçkiləri zamanı Elşad Abdullayevlə eyni dairədən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Arzu Səmədbəylidən gedir. Başqa bir epizodda Gülər Əhmədovanın seçki rəqibi Eldar Namazova qalib gəlməsi üçün protokolların dəyişdirildiyindən söz açılır.
Sevinc Babayeva: «O (Gülər Əhmədova nəzərdə tutulur – Ş.B.), qapını bağladı. Ramiz müəllimə zəng elədi. Dedi ki, Azər mənə kömək eləmir. O da dedi ki, bir dəqiqə gözlə. Bunu qulağımla eşidirəm. Ramiz zəng etdi. Dedi mən bilmirəm, orada hər şeyi həll et. Polis gəldi məntəqələrin qabağına töküldü. Polislər Eldarın adamlarını vurdular. Polis Gülərin adamlarının birinə əl vurmadı. Qoçular gəlmişdi eee…».
Həqiqətən də 2005-ci il parlament seçkilərində səsvermə günü məlum olanda ki dairələrin əksəriyyətində müxalifət qalib gəlib, hakimiyyətin qərarı ilə ora polis, qoçu dəstələri tökdülər. Çalışdılar ki, müxalifətdən olan və müstəqil müşahidəçiləri, komissiya üzvlərini ordan uzaqlaşdırsınlar, protokolları əldən alsınlar. Hücumlar oldu, bıçaq çəkdilər, təhlükəli məqamlar yaşandı. Ancaq bu təzyiqlərə baxmayaraq, onlar bir çox məntəqələrin protokollarıni oğurlaya bilmədilər. Ona görə həmin axşam seçkiləri saxtalaşdırmaq mümkün olmadı. Əsas saxtakarlıq 2 gün sonra baş verdi. Bu işə daha sonra Avropa Məhkəməsində baxıldı. Azərbaycan hökuməti cərimələndi.
Yeri gəlmişkən, 2005-ci il parlament seçkilərindən sonra Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 40-a yaxın müraciət göndərilib. Strasburq Məhkəməsi 11 şikayətçinin azad seçki hüququnun pozulduğunu tanıyıb... Azərbaycan hökuməti daha 7 nəfərin şikayətində göstərilən pozuntuları tanıdığından Avropa Məhkəməsi onları baxılan işlərin siyahısından çıxarıb. Beləliklə, 18 nəfərin seçki saxtakarlığı ilə üzləşdiyi təsdiqlənib. Bunlar isə, müşahidəçilərə görə, YAP-çılara ciddi rəqib sayılırdı: AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, onun müavini Arif Hacılı, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, xalq artisti Flora Kərimova və başqaları var.
Hökumətin Avropa Məhkəməsinin qərarı ilə deputatlığa namizədlərə yüksək təzminat ödəməsi də faydasız oldu və növbəti parlament seçkilərinin gedişatına və nəticələrə təsir etmədi. Əksinə, 2010-cu il parlament seçkiləri daha pis vəziyyətdə keçdi və beynəlxalq qurumların qınaqları ilə üzləşdi. Hökumət Avropa Məhkəməsinin bircə qərarını yerinə yetirib: eks-namizədlərə təzminat ödəyib. «Amma seçkilərin saxtalaşdırılmasında əli olan seçki komissiyaları üzvlərini cəzalandırmayıb -- o qərardan çıxan nəticə budur. Seçkilərin dürüst keçirilməsi üçün ayrıca önəm daşıyan qanunvericilik və inzibati təcrübə dəyişməyib. Seçkilərin nəticələrinə də yenidən baxılmayıb və təkrar seçki keçirilməyib və ya müddəti nəzərə alaraq, həmin seçki dairələrindən deputat təyin olunmuşların mandatı ləğv edilməyib...».
Bəs son iki ayda ölkə mediasının və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən videogörüntülərdən sonra vəziyyət dəyişə bilərmi? İstintaq onlardan necə yararlanmalıdır? Bu, böyük siyasi qalmaqaldır. Bu, siyasi sistemi, elitanı çatlada biləcək, ciddi ziddiyyət yaradacaq məsələdir. Bu işi edən hökumət dərhal istefaya getməlidir. Ancaq bu da mümkün deyil. Cinayət kimi yanaşsaq, hansı müstəntiqdən, hakimdən umaq bunu...
Respublika Prokurorluğundan əvvəlki videolarla bağlı istintaqın nə yerdə olduğunu öyrənmək cəhdləri sonuc vermədi. Yeni videonun cinayət işinə əlavə edilib-edilməyəcəyi məsələsi də, hələ ki, cavabsız qalıb.

Şahnaz Bəylərqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayeva adi kitabxanaçı deyilmiş

    Sevinc Babayeva adi kitabxanaçı deyilmiş ...

    17-12-2012, 23:34

  • 
  • “Mən Sevinc Babayeva deyiləm, söz verirəm, ölməyəcəyəm”

    “Mən Sevinc Babayeva deyiləm, söz verirəm, ...

    12-11-2013, 14:19

  • 
  • İnterpol Sevinc Babayevanı axtarışa verdi

    İnterpol Sevinc Babayevanı axtarışa verdi ...

    25-12-2012, 13:29

  • 
  • Sevinc Babayevanı İnterpol axtaracaq

    Sevinc Babayevanı İnterpol axtaracaq ...

    27-12-2012, 08:29

  • 
  • Sevinc Babayeva harada və necə saxlanılır?

    Sevinc Babayeva harada və necə saxlanılır? ...

    23-12-2012, 11:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu