"El" rəhbərliyi narahatdır... “Saat 15-də Respublika Prokurorluğuna dəvət edilmişəm. İndi yoldayam. İstənilən suala cavab verməyə hazıram. Çağırıldığım məsələ haqqında isə yalnız bir kəlmə deyə bilərəm – hamısı cəfəngiyyatdır. Baş verənlər bizim siyasi fəaliyyətimizi ləkələmək üçün hakimiyyətin həyata keçirdiyi basqıdır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında “El” hərəkatının rəhbəri Eldar Namazov Respublika Prokurorluğundakı dindirmələrə bir neçə dəqiqə qalmış söyləyib.
“Həbsinizi gözləyirsinizmi” sualına cavabında isə Eldar Namazov “10 dəqiqədən sonra hər şey bəlli olacaq”, - cavabını verib.
Yada salaq ki, Eldar Namazov baş prokurorluğa “Çağırış “EL” hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə bağlı çağırılıb. İbrahimov bir neçə gün öncə bildirmişdi ki, guya Milli Şura Bakıda kütləvi iğtişaşlar hazırlayır.
***** Saat 18.30-da musavat.com-un müxbiri E. Namazovun telefonuna zəng vurub. Həmin zamana qədər sönmüş vəziyyətdə olan telefona zəng gedib. Lakin Eldar bəy zənglərə cavab verməyib. Əlavə məlumat veriləcək. **** Saat 19-da musavat.com "EL" hərəkatının İdarə Heyətinin üzvü Zəfər Quliyevlə əlaqə saxlayıb. Politoloq deyib ki, Eldar Namazov 4 saatdır Baş Prokurorluqdadır, vəkildən imtina etmiş vəziyyətdə ifadə verir. Z. Quliyev deyib ki, "EL" rəhbərliyi narahatdır, Eldar Namazovla əlaqə saxlaya bilmirlər; onunla birlikdə prokurorluqda olan sürücü onlara deyib ki, Eldar Namazovdan heç bir xəbər yoxdur...
Sorğu
Yeni dizaynımız necədir?