“Eldar Namazovun Respublika Prokurorluğunda dindirilmə prosesi artıq 4 saatdır davam edir. Biz bu durumdan çox narahatıq”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev deyib.
Yada salaq ki, avqustun 29-u saat 15-dən Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Respublika Prokurorluğunda dindirmədədir. O, rəhbərlik etdiyi “El” hərəkatının keçmiş üzvləridən biri Əflan İbrahimovun bir neçə gün öncə “Eldar Namazov Bakıda iğtişaşlar hazırlayır” ifadəsinə görə baş prokurorluğa çağırılıb. Prokurorluq dindirmə faktını təsdiqləsə də, bu haqda əlavə heç bir açıqlama verilmir.
Zəfər Quliyev onu da deyib ki, Eldar Namazov dindirməyə gedərkən vəkildən könüllü şəkildə imtina edib: “Səslənən sözlər o qədər qeyri-ciddidir ki, biz hər hansı müdafiə haqda da düşünməyi gərəkli saymırıq. Hələlik Eldar bəy dindirmədədir. Yəqin ki, yaxın saatlarda duruma aydınlıq gələcək”. Müxbirimiz Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova israrla telefon açıb, vəziyyəti öyrənmək istəyib. Lakin xidmət rəhbəri hər dəfə zəngləri yarımçıq susdurub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?