GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Xəzərdəki qaz yatağını ruslar partladıb”

“Xəzərdəki qaz yatağını ruslar partladıb”

Tarix: 1-09-2013, 11:09 Bölmə :Manşet Baxış: 712
 “Xəzərdəki qaz yatağını ruslar partladıb”
Sensasion və qorxulu iddia; Ölkəmizə qarşı ciddi təxribat planları var; ABŞ-ın Suriyaya zərbə endirməyə hazırlaşdığı ərəfədə Rusiya-İran-Suriya xüsusi xidmət orqanları Azərbaycanın üzərinə gəlir; iqtidar əndişədə...
Azərbaycan hakimiyyətinin son günlər Bakıda təhlükəsizlik tədbirlərini gücləndirməsinin ən əsas səbəbi bəlli olub. Qeyd edək ki, “Yeni Müsavat”ın dünənki sayında dövlət orqanlarının mühafizəsinin gücləndirilməsinin səbəblərindən biri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar əsasında “Azərbaycanda "dövlət çevrilişi" həyəcanı" başlıqlı yazı dərc etmişdik. Həmin məqalədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olan amillərdən biri kimi hakimiyyətin seçki öncəsi narahatçılığı göstərilib, eyni zamanda bunun ənənəvi “dövlət çevrilişi” şousunun tərkib hissəsi olmasının mümkünlüyü vurğulanıb. Lakin əslində məsələ ciddidir, yalnız “şou” xarakterli deyil; və yalnız hədəf olaraq Azərbaycan müxalifəti götürülməyib. Azərbaycanı gerçəkdən də qarışdırmaq istəyən güclü qüvvələr, hətta dövlətlər var. Bunların başında heç şübhəsiz, Rusiya gəlir. Buraya mövcud iqtidara xüsusi mənfi münasibət bəsləyən İranı, bizimlə əbədi düşmən olan Ermənistanı da əlavə etmək lazımdır.
Lakin son aylar Azərbaycanın düşmənləri sırasına daha bir uzaq ölkə - Bəşər Əsəd Suriyası da qatılıb. Vurulmaq ərəfəsində olan rəsmi Dəməşq, himayədarı Rusiya və İranla birlikdə özünün əsas düşməni olan Amerikaya hər yerdə və bütün imkanlarda cavab vermək üçün ciddi hazırlıqlara start verib. Bu məlumatı “Yeni Müsavat”a Qərb ölkələrindən birinin diplomatı verib. O deyib ki, Suriya, Rusiya və İranın xüsusi xidmət orqanları (onlara bağlı olan radikal hörgütlər) dünyanın bir sıra ölkələrində, o cümlədən də Azərbaycanda Amerika, İsrail və rəsmi Bakının özünə qarşı (bu ölkələrlə yaxın əməkdaşlıq etdiyinə görə) təxribat və cəza xarakterli tədbirlər hazırlayıblar. Diplomat iddia edib ki, bu təxribatlar barədə rəsmi Bakı məlumatlandırılıb: “Bunlar terror xarakterli təxribat planlarıdır və olduqca təhlükəlidir. Burada bir neçə ölkənin xüsusi xidmət orqanları və onlara bağlı radikal hörgütlər də rol alıblar. Onların Azərbaycanda da müəyyən insani resursları var... Bu səbəbdən də xüsusi təhlükəli vəziyyətin yarandığını qəbul etmək lazımdır. Onlar Amerika və onun müttəfiqlərinin Xəzərdəki, Azərbaycandakı bütün obyektlərini hədəfə götürüblər. Artıq bir mesajlarını da veriblər - əgər Amerika və onun yaxın müttəfiqləri Suriyanı, onunla paralel olaraq İranı vursa, onları Xəzərdə və Bakıda nələrin gözlədiyini açıq bir dillə ifadə ediblər”. Diplomat deyib ki, söhbət “Bulla-dəniz” yatağının şimal-şərq qanadında baş verən partlayışdan və bunun nəticəsində hələ də söndürülməsi mümkün olmayan yanğından (17 avqustdan bu yana - 15 gündür!) gedir.
Qərb paytaxtlarına aid kifayət qədər mötəbər olan başqa bir qaynaq da “Yeni Müsavat”a 4 gün əvvəl demişdi ki, bu partlayış qəza deyil, terror hadisəsidir və ehtimal olunur ki, onu Rusiyanın xüsusi xidmət orqanları törədiblər. Sensasion və qorxunc olan bu məlumata rəsmilərin necə yanaşdığını Bakıda hər gün artan təhlükəsizlik tədbirləri ilə anlamaq mümkündür.
Bu məqamda deyək ki, nə qədər rəsmi Bakı ilə anlaşmış görünsə də, əslində Rusiya Əliyev iqtidarına neqativ münasibətini hələ də sıfırlamayıb.
Xatırlayırsınızsa, bir müddət əvvəl “Yeni Müsavat” Rusiyanın Azərbaycanı qarışdırmağa hazırlaşdığını yazmışdı. Avqustun 16-da dərc olunan 215 (5573) N-li ayımızda yenə də Qərb ölkələrindən birinin paytaxtımızdakı təmsilçisinə istinadən qeyd etmişdik ki, guya sosioloqlardan ibarət olan gizli missiyalı bir rus heyəti Bakıya gəlib. Məlumat o qədər təfərrüatlı idi ki, hətta heyətin yerləşdiyi hotelin ismi də yazılmışdı. Qeyd olunurdu ki, ruslar niyyətlərinin rəsmi şəkildə və beynəlxalq missiya bayrağı altında seçkiqabağı durumun monitorinqini aparmaq olduğunu bildiriblər. Mənbə isə iddia edirdi ki, əslində “çağırılmamış qonaqlar”ın əsas missiyası seçki bəhanəsi ilə regionları gəzərək, əhalinin əsasən nədən narazı olduqlarını öyrənmək, xüsusilə Rusiya ilə sərhəddə yaşayan etnik toplumların həyat şəraiti ilə maraqlanmaqdır. Yazıda göstərilirdi ki, onlar Azərbaycan bölgələrindəki “zəif nöqtələri” - xalqın ən çox narazı olduğu 30 bölgəni öyrənib, xüsusi siyasi xəritə düzəldəcəklər. Məlumatda bildirilirdi ki, ölkəmizin hansı bölgələrində insanların problemi daha çoxdur, hökumətin harada daha ciddi boşluğunun olduğu öyrəniləcək və sonradan bu bölgələrdən xaosa start vermək planı qurulacaq. Bu plan seçkidən əvvəl də, sonra da işə düşə bilər, deyə Qərb paytaxtlarından birindən gəlmiş mənbəmiz bildirirdi.

***

Həmin məlumatları bizə ötürən mənbələr indi iddia edirlər ki, Azərbaycan qəzetlərində müvafiq yazılar gedəndən sonra həmin qrup Bakını tərk edib. Lakin elə həmin gün rəsmi Bakıya və Azərbaycan sərvətlərinə ortaq olan konsorsium dövlətlərinə “qazlı mesaj” da buraxıblar: “”Bulla-dəniz" yatağındakı terrorun iki məqsədi var: 1. Ruslar və müttəfiqləri Xəzərin əsil sahibinin kim olmasını göstəriblər; 2. Müttəfiqlər Amerika və onun dostlarına mesaj veriblər ki, savaş olsa, yalnız Suriyada, İranda olmayacaq - hər yerdə və hər vasitə ilə cavab veriləcək. Bu, kifayət qədər açıq və təsirli mesajdır..." Sitat bizə verilən məlumatın mənbəsindəndir...

***

Ruslar niyə belə edir - əgər onlar Azərbaycan iqtidarı ilə anlaşıblarsa və seçkilərə rəsmi müdaxilə imkanlarından, İlham Əliyevə qarşı irəli sürdükləri namizəddən, bütün layihələrdən imtina ediblərsə, nədən Azərbaycanı qarışdırmaqda, anlaşdıqları rejimə qarşı təxribatlarda maraqlı olsunlar? Qaynağımızın cavabı təxminən budur: - “Ruslar Azərbaycan iqtidarından elə şeyləri tələb edirlər ki, onların hamısını vermək mümkün deyil. Lakin çox şeylər də aldılar. Burada isə Azərbaycan və onun iqtidarı ona görə hədəfə düşür ki, rəsmi Bakı ABŞ-la heç zaman olmadığı qədər yaxınlaşıb və tamamilə onun himayəsinə girib, bütün regional və hərbi planlarında yer alır, əməkdaşlıq edir, bundan sonra da daha böyük əməkdaşlıqlar planlaşdırılır. Rusiya, İran (son olaraq da Suriya) Əliyevin Azərbaycanına deyil, həm də və əsasən buraya tam kontrol iddiasında olan Amerika və onun müttəfiqlərinə qarşı cəbhə açıblar”. Soyuqqanlı Qərb janrında olan bu təhlilin qorxunc tərəfi budur ki, bu savaş bizim torpaqlarda açılıb və bizə baha başa gələ bilər.

***

Beləliklə də, qəzetimizin 16 və 31 avqust tarixli saylarında gedən manşetlərin mahiyyətində dayanan proses aydın olur. Hakimiyyət həm hər gün daha da fəallaşan siyasi müxalifətin basqısından, həm də Rusiya-İran- Suriya kəşfiyyatlarının, onlara bağlı hörgütlərin təxribat planlarından rahatsızdır və əndişədədir.
Buna uyğun da təhlükəsizlik tədbirləri, eyni zamanda “çevriliş şou-ssenariləri” hazırlanmaqdadır. Bu baxımdan, əlimizdə olan, lakin heç də hamısının dərci mümkün olmayan səhih məlumatlar əsasında deyə bilərik ki, ölkə ictimaiyyəti və müxalifəti bir sıra təlatüm xarakterli olaylara, basqı və repressiyalara hazır olmalıdır...
Yekunda onu deyək ki, Qərb paytaxtlarından rəsmi Bakıya ciddi anti-terror və “lojistik” dəstək var. Azərbaycanın xüsusi xidmət orqanları ilə birlikdə, olası təhlükələrin xəritəsi və buna qarşı tədbirlər planı hazırlanıb. Azərbaycan hakimiyyəti ABŞ-dan gələn terror təhlükəsi xəbərdarlığını həddən artıq ciddiyə alıb və son illərdə heç zaman olmadığı kimi, təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə aldığımız məlumatda deyilir ki, faktiki olaraq hakimiyyət hüquq-mühafizə orqanlarını və təhlükəsizlik qüvvələrini bir nömrəli antiterror hazırlığı vəziyyətinə gətirib.
Mövzu davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəşər Əsəd Azərbaycanı qarışdıra bilər

    Bəşər Əsəd Azərbaycanı qarışdıra bilər ...

    2-02-2014, 11:07

  • 
  • Bakıda təhlükəsizlik tədbirləri gücləndirildi

    Bakıda təhlükəsizlik tədbirləri gücləndirildi ...

    25-01-2015, 22:49

  • 
  • Kremlin Azərbaycana qarşı təxribat planları

    Kremlin Azərbaycana qarşı təxribat planları ...

    17-05-2013, 03:37

  • 
  • Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi”

    Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi” ...

    12-08-2013, 10:08

  • 
  • Bakıda nurçu dövlət çevrilişi

    Bakıda nurçu dövlət çevrilişi ...

    16-10-2014, 16:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu