Taner Yıldız: “Əgər biz uduzsaydıq, Bakını ələ keçirəcəkdilər”
Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin mətbuatına müsahibəsi zamanı keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışıb.
ANS PRESS-in məlumatına görə, Yıldız müsahibənin ortasında Türkiyədə “paralel quruluş” adlanan qruplaşma tərəfindən 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb. Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi.
Həmin günlər telefonu ən çox dinlərən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib: “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”,- deyə Yıldız vurğulayıb.
Yıldız 17 dekabr böhranından çıxmaq üçün geniş beynəlxalq danışıqlar apardıqlarına bildirib: “Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər”, - deyə Taner Yıldız bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?