Bu gün günortaya qədər hesabımıza müxtəlif şəxslər tərəfindən 509 manat pul köçürülüb.
Bu sözləri Milli Şuranın bugünkü sessiyasında Seçki Qərargahının rəhbəri Arif Hacılı seçki kampaniyası haqda məlumat verərkən deyib. O bildirib ki, imzatoplama prosesi başa çatmaq üzrədir: “Biz seçki hesabını imza toplanmasına başlanmazdan 3 gün əvvəl açmışıq. Mətbuatda bu barədə yazılan məlumatlar həqiqətə uyğun deyil”.
Onun sözlərinə görə, sosial şəbəkələrdə Rüstəm İbrahimbəyovun təklif etdiyi Milli Şuraya dəstək üçün "1 manatlıq" aksiyası ilə bağlı 4 gəncin iştirakı ilə qurum yaradılıb. Bu seçki kampaniyasının tərkib hissəsidir: “Bu quruma Azad Gənclik Hərəkatının rəhbəri Ülvi Həsənli rəhbərlik edir. Bu qrup artıq fəaliyyət göstərir. Maliyyə toplanması ilə bağlı təkliflər irəli sürülüb və müəyyən miqdarda toplanıb. Bu gün günortaya qədər hesabımıza müxtəlif şəxslər tərəfindən 509 manat pul köçürülüb. Seçki şüarının müəyyənləşdirilməsi, platformanın, seçicilərə müraciətin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparılır. Bu günkü toplantıda da bu məsələlərin müzakirə olunmasını istərdik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?