Seçki Qərargahı Rüstəm İbrahimbəyovun evində fəaliyyət göstərəcək Milli Şuranın sədri və qurumun vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 15-də Brüsselə gedəcək. Bu barədə məlumatı AzNews.az-a Milli Şura üzvlərindən biri verib. Onun sözlərinə görə, iyulun 16-dan R.İbrahimbəyovun sözügedən məkanda bir sıra görüşləri olacaq. Qurumun icra aparatının rəhbəri Eldar Namazov isə iyulun 16-da ABS Konqresində dinləmələrdə çıxış edəcək.
Milli Şura ilə bağlı daxil olan digər bir məlumatda isə qurumun Seçki Qərargahının məkanının bəlli olduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, Milli Şuranın Seçki Qərargahı qurumun sədri R.İbrahimbəyovun Bakıdakı evində yerləşəcək və öz fəaliyyətini buradan koordinasiya edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?