Eldar Namazov İsa Qəmbər və Əli Kərimli bununla bağlı bu gün görüşəcəklər
“Milli Şuranın növbəti sessiyasında vahid namizədin seçki qərargahının yaradılması ilə bağlı məsələ müzakirə ediləcək. Sessiyanın vaxtının müəyyənləşməsi üçün Eldar Namazov partiya rəhbərləri ilə danışıaqlar aparır.”.
Bu barədə Modern.az-a Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, sessiyanın vaxtı və digər məsələlərlə bağlı Eldar Namazov partiya rəhbərləri ilə danışıqlar aparır.
“Eldar Namazov dünən də müzakirələr aparıb, bu gün də partiya rəhbərləri görüşərək bu məsələ ətrafında danışıqlar aparacaqlar. Müzakirələr gedir”.
Milli Şuranın üzvü daha sonra növbəti sessiyada müzakirə olunacaq məsələlərdən danışıb:“Növbəti sessiyada əsas təşkilati məsələlər müzakirəyə çıxarılacaq.Komissiyaların, komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunacaq. Eyni zamanda bir neçə sessiyadır ki, Milli Şuraya yeni üzvlərlə bağlı müraciətlər daxil olur, bu məsələyə də baxılacaq”,
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?