GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səttar Mehbalıyevin «provsoyuz» biznesi

Səttar Mehbalıyevin «provsoyuz» biznesi

Tarix: 17-12-2012, 11:51 Bölmə :Manşet Baxış: 1 318
Səttar Mehbalıyevin «provsoyuz» biznesi

Həmkarlar ittifaqında il ərzində milyonlarla vəsait dövr edir

gundemxeber.az Azərbaycanda həmkarlar ittifaqlarının ancaq kağız üzərində mövcud olması bəlli bir faktdır. Sovet dövründə populiyar olan «prafsoyuz» anlayışı artıq unudulmaq üzrədir. Müstəqil həmkarlar ittifaqı yaranmamasında hökumətlə işəgötürənlərin maraqları tam üst-üstə düşdüyündən bu qəbildən olan ideyalar beşiyindəcə boğulur. Sovet dövründən miras qalmış həmkarlar ittifaqları isə klassik funksiyalarını icra etmək iqtidarında deyil. Bu qurumlar həmkarların əvəzinə əks cəbhəninin - hökumətin və işəgötürənlərin maraqlarını müdafiə edir. Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin millət vəkili olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssəlam. Bununla da işini bitmiş hesab edir. Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.
Azərbaycanda Həmkarlar İttifaqının korrupsiya mexanizmi vətəndaşın işə götürüldüyü andan başlayır. Təzə işçi həmkarlar ittifaqına üzv etdirilmək üçün ərizə yazır, vəsiqə alır. Üstəlik maaşından həmkarlara pul tutulması üçün də işçi ayrıca ərizə yazılmalıdır. Ancaq indi əksər idarələrdə bu prosedurlar avtomatik edilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi, onun maaşından həmkarlara pul tutulur. Əslində həmkarların büdcəsi lap əvvəldən, hələ sovet dönəmindən o qədər də «halal olmayan» əsaslarla formalaşır.
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan ilk əvvəl elə bu sahədəki qüsurlar diqqət çəkir.
Məsələn ölkə üzrə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta aylıq maaşı 100 manatdır, həmkarlara qoşulmaq üçünsə üzvülük haqqı müəllimin maaşınnın 2 faizini təşkil edir. Demək orta məktəb müəllimlərinin həmkarlara ödədiyi məbləğ ayda azı 340.000 manatdır. Bir il ərzində isə bu vəsait 4 milyon 80 min manat edir. Nə vaxtsa bu pulla müəllimləri «putyovkaya», müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə çox şey dəyişib. Əvvəla, həmkarlara yığılan pullar elə müəllimlərin «bülleten» (xəstəlik kağızı) pullarının ödənməsinə sərf olunur. Halbuki «bülleten» pulunun ayrılması qətiyyən həmkarların ittifaqlarının səlahiyyətində deyil. «Bülleten pulu» həmkarların əlində müəllimlərə təzyiq üçün bir vasitədir. Əslində «bülleten pulu» vətəndaşların vergilərindən, sığorta pulundan verilir.
Adının çəkilməsini istəməyən bir həmkarlar ittifaqı sədri deyir ki, möhür itə bilər deyə (!!!) onların möhürü adətən məktəb direktorunda olur. Ayrılan vəsait də bir qayda olaraq məktəb direktoru səviyyəsində bölüşdürülür. Halbu ki, «Həmkarlar İttifaqları haqqında» qanuna görə, idarə rəhbərliyinə daxil olan şəxslər həmin idarədə həmkarlara üzv ola bilməzlər.
Ölkə üzrə hərdənbir səsi çıxan neftçilərin həmkarlar ittifaqlarıdır, xüsusilə xarici neft şirkətlərində, baxmayaraq ki, onların səsi əslində dolayısı ilə Qeyri Hökumət Təşkilatından - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən çıxır. Ötən ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 85.000 neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 450-500 manat olduğunu nəzərə alsaq neftçilərin həmkarlara aylıq ödənişləri ayda təxminən 850 min manat edir. Bu isə il ərzində 10 milyondan yuxarı məbləğ deməkdir.
Neftçilərin həmkarlara ödədiyi pulun da bir hissəsi müəllimlərdə olduğu kimi putyovkalara və həmkarların vəzifə borcu sayılan digər məsələlərə sərf olunmalıdır. ARDNŞ rəhbərliyində təmsil olunan məmurlar istirahətlərini Avropa ölkələrində və dünyanın digər kurort zonalarında keçirirsə, sadə neftçilər ən yaxşı halda Nabrana göndərirlir. Onu da qeyd edək ki, hətta ölkədaxili sanatoriya yollayışları həmkarlar üzvələrindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. «Abşeron», «Qaranquş», «Naftalan» sanatoriyalarında istirahət edənlər insanlar arasında apardıqları sorğular nəticəsində məlum olub ki, sanatoriya yollayışları bir qayda olaraq imkanlı adamların valideynlərinə, ailə üzvlərinə və onların özlərinə daha çox satılır. Bu isə «Həmkarlar İttifaqları Haqqında Qanun»un və AHİK-nin nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.
Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm «putyovkalar»la bağlıdır. Çünki, il ərxində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən «Kurort» Səhmdar Cəmiyyəti birbaşa AHİK-nin rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balasında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə «putyovka» adı ilə silinən pullardan əlavə bu obyektlər də külli miqdarda gəlir gətirir.
AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş Həmkarlar İttifaqları haqqında qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər.
Amma müəssisələrdəki Həmkarlar İttifaqı formal xarakter daşıyır. Bu qurmların heç bir real səlahiyyətləri yoxdur, müsəsisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətlərilə bağlı yaranan mübahisələrdə həmişə Həmkarlar Təşkilatlarının çox soyuqqanlı yanaşdığının şahidi oluruq. Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı bir fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqqları mərkəzləşdirilmiş qaydada «yuxarı» ötürülür.
Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hazırda özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. Nəzərə alsaq ki, ölkədə orta aylıq əmək haqqı təxminən 100 manatdır, demək hər bir işçi ayda ən azı 2 manat üzvülük haqqı keçirir. Bu isə il ərzində 40 milyondan artıq vəsait deməkdir.

Nəsimi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Həmkarlar İttifaqı intihar edən qazinin ittihamından danışdı

    Həmkarlar İttifaqı intihar edən qazinin ...

    25-12-2013, 16:41

  • 
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb

    Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb ...

    24-11-2015, 18:34

  • 
  • Həmkarlar İttifaqının sədr müavininin evinə basqın: həyat yoldaşını öldürdülər

    Həmkarlar İttifaqının sədr müavininin evinə ...

    14-08-2013, 17:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu