Bir neçə saat öncə Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bir qrup naməlum şəxs Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun Hökməli qəsəbəsindəki evinə silahlı basqın ediblər. img1478872Bu barədə məlumat verən Vesti.az saytı onu da vurğulayır ki, “çağrılmamış qonaqlar”ın basqını zamanı A. Dadaşov özü evdə olmayıb və onları ev sahibinin həyat yoldaşı Elmira Xəlilqızı qarşılayıb. Basqınçılar E. Xəlilqızının ürəyinə bir neçə bıçaq zərbəsi endiriblər. O, hadisə yerindəcə keçinib. İlkin məlumata əsasən, qatillər A. Dadaşovun evinə oğurluğa gəliblərmiş və onları kiminsə qarşılaya biləcəyini ağıllarına belə gətirməyiblər. Xatırladaq ki, A. Dadaşov jurnalistdir. Uzun illər “Bakı” – “Baku” qəzetlərində çalışıb, “Ülfət” qəzetinin baş redaktoru olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?