GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » YAP-dan “prezident imtina etsin” tələbinə cavab gəldi

YAP-dan “prezident imtina etsin” tələbinə cavab gəldi

Tarix: 9-09-2013, 11:27 Bölmə :Manşet Baxış: 809
YAP-dan “prezident imtina etsin” tələbinə cavab gəldi
Yeni Azərbaycan Partiyası (YAP) müxalifətin prezidentin fəaliyyəti ilə bağlı iradlarına cavab verib.

APA-nın məlumatına görə, YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, siyasi mübarizədə nihilist və məntiqsiz mövqe nümayiş etdirən radikal müxalifətin “başbilənləri” budəfəki seçkilərdə bu tipli əcaib təklifləri ilə özlərini çox gülünc vəziyyətə qoyublar: “Axı harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir? Radikal müxalifət dairələri prezident İlham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətini dayandırmasını və faktiki olaraq işləməməsini təklif edirlər.

Məsələn, ölkəyə yeni gələn səfir öz etimadnaməsini prezidentə təqdim etmək istəyirsə, gərək etməsin, gözləsin? Yaxud maaşının artımını arzulayan vətəndaş bu fikirlərdən əl çəkməlidir ki, müxalifət hesab edir olmaz? Yollarda nəqliyyat, ölüm hadisələrinin qarşısını almaq üçün yeraltı keçid, körpü istifadəyə hazırdırsa, gərək bağlı saxlansın?

Bu siyahını çox uzatmaq olar. Bütün bunlara bir izah verilir ki, İlham Əliyev prezidentliyə namizəddir, nə iş görürsə xalqın dəstəyini qazanır, belə olmaz. Müxalifətdə hesab edirlər ki, hələ təbliğat-təşviqat dövründən öncə telekanallar prezidentin günlük fəaliyyəti ilə bağlı 50 saniyə, 1 dəqiqə xəbər verirsə, bu, normaldır, əks halda anormaldır.

Telejurnalistikadan az da olsa, baş çıxaran adam bu “arqumentə” sadəcə istehza ilə baxır. Çünki xəbər süjetinin xronometrajını xəbərin operativliyi, mahiyyəti müəyyən edir.

Bu məntiqlə prezident əgər Qarabağ danışıqları ilə bağlı xalqa mühüm mesaj çatdırmaq istəyirsə, o zaman onun danışığı efirdə yarımçıq kəsilməlidir ki, 50 saniyə keçdi. Radikal müxalifətin nəzarətində olan KİV-dən düşməyən daha bir “arqument” var: təbliğat-təşviqat üçün Seçki Məcəlləsi 21 gün vaxt verir, amma respublikanın 80-ə yaxın rayonu var, bəs hər bir rayonda olmaq üçün hakimiyyət vaxt qoymur. O zaman sual olunur ki, yaxşı, ötən prezident seçkilərindən keçən 5 il ərzində bu rayonlar niyə yada düşməyib? Ona görə də radikal müxaliflər tarixçi Cəmil Həsənlini irəli verərək onun arxasında gizləniblər. Cəmil Həsənliyə niyə buna razı olub, bunu təftiş etməyəcəm, çünki prezident seçkisində namizəd kimi iştirak etmək vətəndaşa verilən konstitusion hüquqdur”.

M. Qurbanlı bildirib bu səriştəsizlik özünü hər yerdə göstərir: “Məsələn, Cəmil Həsənli deyir ki, “o vətəndaş ki, 1 manatını bizim seçki kampaniyamıza vermək qayğısı ilə yaşayacaq, o, bizim tərəfdarımızdır”. Tərəfdarları saymaq üçün hesabı yoxlamaq da olar: cəmi 509 manat. Əgər kimsə, 1 manat yox, 2 manat veribsə, onda tərəfdarları saymaq bir az da qəlizləşir. Cəmil Həsənli bəlkə də müəllim kimi tələbələrinə pul gözü ilə baxmayıb, amma indi vətəndaşlara, məhz bu cür baxır, onları bu cür ayırır. Siyasətdə radikallığı özlərinə yol seçənlər gərək tarixdən ibrət alsınlar. Amma görünən budur ki, ibrət ala bilmirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • YAP-dan Milli Şuranın dialoq çağırışına cavab verildi

    YAP-dan Milli Şuranın dialoq çağırışına cavab ...

    27-06-2013, 14:56

  • 
  • YAP-DAN NOVELLA CƏFƏROĞLUYA MÜDAFİƏ GƏLDİ

    YAP-DAN NOVELLA CƏFƏROĞLUYA MÜDAFİƏ GƏLDİ ...

    21-06-2013, 13:47

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • YAP Rüstəm İbrahimbəyovu məsuliyyətsizlikdə ittiham edir

    YAP Rüstəm İbrahimbəyovu məsuliyyətsizlikdə ...

    14-08-2013, 12:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu