Hakim Yeni Azərbaycan Partiyası (YAP) kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi elan olunmasına münasibət bildirib. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına açıqlamasında R.İbrahimbəyovun Milli Şuranın vahid namizədi olmasını YAP üçün əhəmiyyətsiz hadisə sayıb.
S.Novruzovun sözlərinə görə, İbrahimbəyov da daxil olmaqla Milli Şura YAP-ın heç rayon təşkilatı ilə də bacara bilməz:
“Onlar kimi istəyirlər vahid elan eləsinlər. Rüstəm İbrahimbəyov bizim üçün hər hansı ciddi fiqur deyil. Biz Rüstəm İbrahimbəyovu alternativ görmürük. Hamısı bir yerdə bizə rəqib ola bilməzlər. Onlar nə qədər guya, birləşsələr də bizim bir rayon təşkilatı qədər də deyillər. Qoy, elan eləsinlər. Amma bunun heç bir nəticəsi olmayacaq. Rüstəm İbrahimbəyovu qəti şəkildə özümüzə rəqib görmürük. Onlar YAP-ın heç rayon təşkilatının alternativi ola bilməzlər”-deyə YAP rəsmisi vurğulayıb.
Qeyd edək ki, R.İbrahimbəyov Milli Şuranın bu gün keçirilən ikinci sessiyasında vahid namizəd elan edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?