Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalif Müsavat Partiyasını antidemokratik addımlarda ittiham edib.
APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinin qətnaməsinin tənqidi zamanı S.Novruzov bildirib ki, 20 ildir müsavatçıların hüquqlarını müdafiə edən Novella Cəfəroğlu hesabata qarşı çıxdığı üçün onu partiyadan çıxarmaq istəyirlər.
O qeyd edib ki, Müsavat Partiyası ədalətdən çox uzaqdır: “Bu addımlarla bəs onların ədaləti hardadır? Vaqif Səmədoğlu, Şirzad Əyyub, Aynur Camalqızı onların istədikləri, amma səs toplamayan namizədlərinin əvəzinə deputat seçildiyi üçün partiyadan çıxarılıblar. Budur onların ədaləti?”
S.Novruzov müxalifətin aksiya məsələsinə də toxunub: “Milli Məclisdən 10 dəqiqəlik məsafədə mitinq keçirmək üçün gözəl yer var. Amma bunlar elektoratları olmadığı üçün yeri bəhanə edirlər. Yaxud bir sıra insanlar barədə hələ məhkəmə qərarı verilməyib, nə üçün öncədən belə bir bəyanat verirlər? Bu, demokratiya məsələsi deyil, iqtisadi maraqlarına görə belə qərarlar verirlər. Avropada Azərbaycanı istəyən yüzlərlə deputatlar var. Onların bəziləri Avropa Parlamentinin də üzvləridir. Bizim Avronest Parlament Assambleyasında, digər qurumlarda deputatlarımız var, onlar fəal olmalıdırlar”.
Sorğu
Yeni dizaynımız necədir?