Sentyabr ayında "facebook" sosial şəbəkəsindən hər gün orta hesabla 1,01 milyard insan istifadə edib. Bu isə ötən illə müqayisədə 14 % daha çoxdur.
"Ria Novosti"i xəbər verir ki, bu barədə şirkətin ilin üçüncü rübüylə bağlı hesabatında məlumat verilib.
"Facebook"un aylıq auditoriyası 1,5 milyard nəfər təşkil edir. Hər gün mobil cihazlar vasitəsilə 894 milyon istifadəçi "facebook"a daxil olur.
"Facebook"un gəliri də artaraq 4,3 milyard dollara çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 45% çoxdur.
Qeyd edək ki, "facebook" sosial şəbəkəsi 2004-cü ilin fevralında həmin vaxt 19 yaşı olan və Harvard Universitetində (Boston, ABŞ) informatika və psixologiya ixtisası üzrə təhsil alan amerikalı tələbə Mark Zukkerberq tərəfindən yaradılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?