GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Cəmil Həsənli xalqın istədiyi namizəddir”

“Cəmil Həsənli xalqın istədiyi namizəddir”

Tarix: 10-09-2013, 14:43 Bölmə :Manşet Baxış: 578
 “Cəmil Həsənli xalqın istədiyi namizəddir”

«Azərbaycan vətəndaşları iyirmi illik idarəçilikdən boğaza yığılıb»
Hikmət Hacızadə: «Ölkədə normal seçki mühiti yoxdur. Amma demokratik qüvvələr sona qədər mübarizə aparmaq niyyətindədirlər»



Milli Şura prezidentliyə namizəd Cəmil Həsənlinin imza vərəqələrini artıq MSK-ya təqdim edib. Hazırda demokartik düşərgə seçki kampaniyasının təbliğat mərhələsinə start vermək üçün hazırlıq işlərini tamamlamaq üzrədir. Imzatoplama kampaniyası zamanı Milli Şura təmsilçilərinin birbaşa əhali ilə təmasda olması C.Həsəliyə əhalinin münasibətinin necə olduğunu qiymətləndirməyə imkan verdi. Ümumiyyətlə, Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alınması ilə bağlı problemlər həllini tapmadığından, C.Həsənlinin namizədliyinin irəli sürülməsi cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Müsahibimiz Müsavat Divanının üzvü, politoloq Hikmət Hacızadə də hesab edir ki, C.Həsənlinin cəmiyyətdə böyük nüfuza sahib olması normal seçkilər keçirilərsə, Milli Şuranın qələbə şanslarını artırır.

- Mən Cəmil Həsənlini şəxsən tanıyıram. Onun insani keyfiyyətlərini çox yüksək qiymətləndirirəm. Cəmil Həsənlini böyük alim, ləyaqətli insan kimi xarakterizə edərdim. Cəmil Həsənlinin başçılığı altında müxalifət düşərgəsinin, demokratik dəyərlərin uğur qazanmasını istəyirəm. Mən Cəmil Həsənlinin namizədliyini dəstəkləyirəm.

- Cəmiyyət Cəmil Həsənlinin namizədliyini necə qarşılayır? Milli Şuranın ölkədə reallaşdırmaq istədiyi islahatlara yanaşma necədir?

- Cəmil Həsənli məhz ona görə demokratik qüvvələrin vahid namizədi kimi irəli sürülüb ki, toplum dəyişiklik, yeni sima istəyirdi. Bu yanaşmanın nə dərəcədə düz və ya səhv olduğunu mübahisə predmeti etmək istəmirəm. Son iyirmi il ərzində müxalifətin nail ola bilmədiyi birlik ortadadır. Cəmiyyət son iyirmi ildə müxalifətin əvvəlki taktika ilə bir nəticə əldə edə bilməyəcəyini düşünür. Digər tərəfdən, toplum özü də ölkədə baş verənlərə biganə yanaşırdı. Ona görə müxalifətin bir mərkəzdə birləşməsi ideyası, yeni simanın irəli sürülməsi bu qədər rəğbət qazandı. Ona görə belə düşünüldü ki, Azərbaycan cəmiyyətində həmişə proseslərə qatılmayan, susan çoxluğu hərəkətə gətirmək üçün ziyalılardan birinin namizədliyi irəli sürülsün. Cəmiyyətdə bir çoxları yeni namizədin irəli sürülməsinin ölkədəki proseslərə müsbət təsir edəcəyini düşünür. Ona görə cəmiyyət Cəmil Həsənlini dəstəkləyəcək. Cəmil Həsənli xalqın istədiyi namizəddir. Mən deyərdim cəmiyyətin istədiyi namizəd gəldi. Demokratik qüvvələr hər seçkidə proseslərdən kənarda qalan, aktiv fəaliyyət göstərməyən çoxluğu nəzərə alaraq ölkədə gözlənilən, istənilən dəyişiklikləri reallaşdırmaq üçün Cəmil Həsənlinin namizədliyini irəli sürdü.

Normal seçki olsa...

- Hikmət bəy, sizcə ölkədə normal, demokratik seçkilər keçirilərsə, Milli Şuranın namizədi Cəmil Həsənli neçə faiz səsə iddia edə bilər?

- Düşünürəm ki, normal seçki ifadəsinə ehtiyatla yanaşmaq lazımdır. Normal seçkinin keçirilməsi üçün gərək ən azı bir il əvvəlcədən hazırlıq işlərinə başladılsın. Bütün namizədlərə bərabər imkanlar yaradılmalı, müxalifət liderlərinin teleçıxışlarına, rayonlara səfərlərinə imkan yaradılmalıdır. Seçki qanunvericiliyi təkmilləşdirilsə, seçki komissiyaları normal fəaliyyət göstərərsə, demokratların istənilən namizədi hakimiyyət namizədindən çox səs toplayacaq. Mənim izlədiyim sorğularda da nəticələr belədir ki, müxalifətin namizədi ən azı 30, iqtidarın namizədi isə 10-15 faiz səs toplaya bilər. Əlbəttə ki, bu zaman ikinci tur keçirilməlidir. Bu zaman da müxalifətin namizədi daha çox şanslıdır. Çünki cəmiyyətdə narazılıq böyük, hakimiyyətin yürütdüyü siyasətə qarşı etiarz daha çoxdur. Azərbaycan vətəndaşları iyirmi illik idarəçilikdən boğaza yığılıb. Cəmiyyətdə, əhali arasında, sosial şəbəkələrdə gedən müzakirələr göstərir ki, demokratlar seçkidə daha çox səs yığa bilər.

- Indiyə qədər heç zaman prezident seçkilərində 21 namizədin irəli sürülməsi olmamışdı. Əksəriyyəti hakimiyyətin göstərişi ilə hərəkət edən bu sayda namizədin irəli sürülməsində məqsəd nədir?

- Aydın məsələdir. Burada məqsədin nədən ibarət olduğunu bilmək üçün ümumilikdə bu prosesi kimin idarə etməsinə diqqət yetirmək lazımdır. Elə şəxslər özləri namizədliyini irəli sürür. Onların məqsədləri bəllidir. Amma hakimiyyətin təzyiqi ilə irəli sürülən və səsləri parçalamağa hesablanan namizədlər də az deyil.

“Hakimiyyət təbliğatı ilə əsas rəqibinin məhz Milli Şura olduğunu etiraf edir”

- Hazırda hakimiyyətin nəzarətində olan bəzi KIV-lər belə təbliğat aparırlar ki, Milli Şurada baş verənlər təşkilatın sonunu yaxınlaşdırır və təşkilat parçalanma ərəfəsindədir. Əslində bütün təbliğat resurslarını Milli Şuraya qarşı yönəldən hakimiyyət bununla əsas rəqibinin məhz bu təşkilat olduğunu sübut etmirmi?

- Əlbəttə, bu təbliğatın əsas məqsədi Milli Şuranı hədəfə alıb, onu nüfuzdan salmaqdır. Bu seçkidə hakimiyyətin əsas rəqibi məhz Milli Şuranın olacağı şübhəsizdir. Hakimiyyət yenə ənənəvi təbliğatını işə salır. Burada məqsəd müxalifət düşərgəsində intriqalar salmaqdır. Hakimiyyət bununla məhz Milli Şuranın namizədinin onun rəqibi olduğu, məhz Cəmil Həsənlidən çəkindiyini göstərir.

- Imzatoplama kampaniyasının maraqlı cəhətlərindən biri onun bir qədər sönük keçməsidir. Cəmil Həsənli və bir neçə başqa namizəd istisna olmaqla imzatoplama kampaniyasının getdiyini hiss etmədik. Halbuki namizədliyi irəli sürülən 21 namizədin hərəsinin qanunla nəzərdə tutulduğu qaydada da ən azı 40 imza toplaması ümumilikdə bir milyon imza deməkdir. Bu isə o anlama gəlir ki, Azərbaycanda seçicinin sayına əsasən hər iki qapıdan biri döyülməli idi...

- Bu prosesin sonunu gözləmək lazımdır ki, digər namizədlər imzatoplama kampaniyasını necə başa vuracaqlar. Tələb olunan imzaları görək onlar necə təqdim edəcəklər. MSK saxta imzaları qəbul edəcəkmi? Bütün bu sualları yaxın günlərdə cavablandıra biləcəyik.

- Ötən müddət ərzində baş verənləri, hakimiyyətin addımlarını nəzərə alarıqsa, Azərbaycanı qarşıda hansı seçkilərin gözlədiyini demək olar?

- Seçki prosesinə hakimiyyət tam nəzarət edir. Ölkədə hələ də heç bir siyasi azadlıq təmin edilməyib. Siyasi liderlərin fəaliyyətin məhdudlaşdırırlar, əyalətlərə səfərləri məhddlaşdırırlar, əyalətlərdə müşavirələrə imkan vermirlər. Buna heç cür seçki mühiti demək olmaz. Ölkədə normal seçki mühiti yoxdur. Amma demokratik qüvvələr sona qədər mübarizə aparmaq niyyətindədirlər.

- Hakimiyyət nümayəndəsi Əli Əhmədov bəyan edib ki, dövlət başçısı seçki kampaniyası zamanı öz iş qrafikinə dəyişiklik etməyəcək. Yəni əvvəl də bəyan olunduğu kimi Ilham Əliyev seçki kampaniyasında bilavasitə iştirak etmək niyyətində deyil. Halbuki dünya praktikasında ikinci dəfə namizədliyini irəli sürən ölkə başçıları seçki kampaniyasına vaxt ayırır və seçki yarışında bilavasitə özləri iştirak edirlər. Azərbaycandakı fərqli durumu necə dəyərləndirmək olar?

- Bu fakt göstərir ki, hakimiyyət özündən çox arxayındır. Ümumiyyətlə, hakimiyyətə heç bir seçki və təbliğat kampaniyası lazım deyil. Seçkinin nəticələrini artıq özləri üçün müəyyən ediblər və nə vaxt istəsələr, onu televiziyadan elan edəcəklər.

“Regionumuzda vəziyyət qəlizdir”

- Hikmət bəy, hazırda gündəmdə olan xarici siyasətlə bağlı baş verən hadisələrlə əlaqəli suallar vermək istərdim. Ermənistanın Avrasiya Ittifaqına daxil olması region üçün nə vəd edir? Çünki regionumuzda Rusiya ilə yanaşı Qərbin, ABŞ-ın da maraqları var. Toqquşan maraqlar Cənubi Qafqazda hansı proseslərə səbəb ola bilər?
- Ermənistanın Avrasiya Ittifaqına daxil olması regionda situasiyanı heç cür dəyişməyəcək. Onsuz da Azərbaycanın yerləşdiyi regionda durum qəliz və xoşagəlməzdir. Ermənistan Avrasiya Ittifaqına deyil, Qərbə, Avropaya üz tutsaydı, biz deyərdik ki, hansısa dəyişiklik baş verə bilər. Çünki bu zaman Rusiyanın regionda təsiri müəyyən dərəcədə azalar və Qarabağ probleminin həlli istiqamətində addımlar atıla bilərdi. Çünki Qarabağ probleminin həllini Rusiya dondurub. Amma Qərbin təsiri güclənsəydi problemin həllində yeni variantlar müzakirə edilə bilərdi. Amma indi regiondakı status-kvo saxlanacaq və heç bir dəyişiklik baş verməyəcək. Bu da, əlbəttə, bizim üçün pisdir.

- Putinin Bakı səfərindən öncə MDB-nin icraçı katibi Lebedev müsahibəsində belə məqam vurğulamışdı ki, Azərbaycanın Avrasiya Ittifaqına tam hüquqlu üzvlüyünə ehtiyac yoxdur. Rusiya Azərbaycanla Avrasiya Ittifaqının proqramları çərçivəsində aktiv əməkdaşlıq edə bilər. Belə əməkdaşlıq nə dərəcədə mümkündür?

- Bu mesaj Azərbaycana yaxşı heç nə vəd etmir. Çünki bu o deməkdir ki, Azərbaycan Avrasiya Ittifaqının bir sıra layihələrində iştirak etməlidir. Bu proqramların mahiyyəti, məqsədi isə hələ bəlli deyil. Azərbaycanın hazırkı qeyri-müəyyən siyasəti, Avropa istiqamətində addımlar atmaması vəziyyəti kritikləşdirir.

- Ukrayna prezidenti Yanukoviç Avrasiya Ittiafqına üzvlüklə bağlı məsələnin referenduma çıxarıla biləcəyini istisna etməyib. Azərbaycanda necə belə hal ola bilərmi?
- Azərbaycanda da bu istiqamətdə referendum ola bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda referendumu hakimiyyət nəzarəti altında saxlayır. Azərbaycanda seçki deyilən bir şey yoxdur. Əhali tam susdurulub. Vətəndaşlara haqları uğrunda mübarizə aparmaması üçün iqtidar əlindən gələni edib. Yanukoviç referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı “hə” deyəndə öz ictimaiyyətinə arxalanır, ictimaiyyətinə hesabat verir. Çünki cəmiyyət müxtəlif kəsimlərdən ibarətdir. Ukraynada Rusiyanın təklifi ilə bağlı açıq ictimai müzakirələr gedir. Hər bir siyasi qüvvə öz mövqeyin bəlli edir. Amma bizdə belə bir ifadə azadlığı üçün şərait yoxdur.

("Azadlıq" qəzetinin saytı)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

    Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə ...

    12-09-2013, 16:26

  • 
  • Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatdı

    Cəmil Həsənlinin imzatoplama kampaniyası başa ...

    4-09-2013, 12:35

  • 
  • Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər

    Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər ...

    1-09-2013, 11:21

  • 
  • Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim olunacaq

    Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim ...

    23-08-2013, 21:56

  • 
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu