GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məmurlar bölgələrdə yeni televiziya kanalarlı açır

Məmurlar bölgələrdə yeni televiziya kanalarlı açır

Tarix: 14-09-2013, 14:36 Bölmə :Manşet Baxış: 1 486
Məmurlar  bölgələrdə yeni televiziya kanalarlı açır
Rayonları himayədalığa götürən məmurlar həmin rayonlarda özlərinin biznes şəbəkələrini qurur və rayonlarda ən xırda obyektləri belə əldən buraxmırlar. Rayonlar kurasiyalığına alan məmurlar hazırda himayədarlıq etdikləri rayonlarda yeni bizneslərini qururlar. Beləki, həmin himayədarlar rayonlarda regional televiziya kanalları yaratmaq üçün hazırlıq işləri görürlər.Bəzi rayonların himayədarları artıq televiziya yaratmaq üçün tamamlama işləri belə görüblər.Bəzi məmurlar isə bu TV kompaniyasına yeni başlayıblar. Rayonlarda telekanallların açılması üçün ölkə rəhbərinin razılığı da alındığı bildirilir.
Qusarda Etibar pirverdiyev yeni televiziaynın açılması üçün hazırlıq işləri gördürür.
Qusar rayonuda bütün rayonlar kimi məmurların birinə himayəyə verilib. Qusarın himayədarı Azərenerjinin prezidenti Etibar Pirverdiyevdir. Digər himayədar məmurlar öz kurasiyalığ etdiyi rayonlarda özlərinə yaratdıqları çərait kimi E.Pirverdiyev də Qusarda özünə yaxşı şərait yaradıb.Beləki,rayonda 1000 hektarlarla torpaq zəbt etmiş obeyktlər tikdirmiş və ələ keçirmişdir. Bu dəfə isə Etibar Pirverdiyevin Qusarda tv sahəsinə maraq yaratığı üzə çıxıb.Mənbəmiz bildirir ki, Etibar Pirverdiyev Şimaıl bölgəsində təkcə Qubada iki telekanalın Xaçmazda bir telekanalın olmasınından həvəsə gəlib və Qusarda da TV açmaq fikrinə düşüb. Daha dəqiqi Azərenerjinin şefini icra başçısı Şaiq Alxasov bu fikirə salıb. İcra başçısı rayonda bir tv-yə ehtiyacın olduunu və yerli sakinlər eləcədə qonşu rayonlarda öz təbliatlarını aparmaqları üçün TV-nin gözəl bir vasitə olduunu bildirmiş və E.Pirverdiyev də bu fikirlə razılaşaraq yuxarılardan bunun üçün razılıq alıb. Mənbəmiz bildirir ki,yuxarılardan qeyri rəsmi icazə alan Azərenerji şefi Alamniyadan TV üçün avadanlıq belə gətizdirb. Bildirilir ki, Etibar Pirverdiyevin gətizdirdiyi avadanlq ən müasir avadanlıqdır ki bu aparaturadan demək olar ki, azərbaycan TV məkanında az bir miqdardadır.Mənbəmiz bildirir ki, avadanlıq gətizdirən Etibar Pirverdiyev indi yeni açılacaq TV-nin inzibatı binasının tikintisi üçün göstəriş verib.Hazırda yeni binanın tikintisi üçün hazırlıq işləri görülür.Mənbəmiz bildirir ki, seçkilərdən sonra Etibar Pirverdiyevin Qusarda yaratdığı telekanal fəaliyyətə başlayacaq.Mənbə onuda bildirdi ki, yaxın vaxtlarda Milli Televiziya və Radio Şurası Qusarda telekanal yaranması üçün müsabiqə elan edəcək və elan olunan müsabiqəni Qusar rayon sakini udacaq.Həmin müsabigənin qalibi Azərenerjinin prezidentinin yaxın qohumudur. Bundan sonra yeni yarancaq telekanal öz işinə başlayacaq.Qusarda yeni yaranacaq telekanalın adı hələdə açıqlanmır. Mənbəmiz bildirir ki, yeni telekanal üçün yaxın vaxtlarda işçi qəbulu elan olunacaq.Bu TV-də bölgədəki tv mütəxəsisləri iıə yanaşı paytaxtanda ora məşhur tv aparıcılar da aparılacaq. Həmi yerni TV-nin yayım radiusi təkcə bölgə deyil paytaxtda da yaımlanması nəzərdə tutulur.
Hazırda Qusarda İdman komleksinin və Hərbi hissənin yaxınlığındakı ayrılmış yerlər nəzərdən keçirilib.Tikinti mütəxəsislər Çəhərin mərkəzindəki yeri məqbul sayıblar.Belə ki, yeni TV 4 mərtəbəli binadan ibarət olacaq.Mənbəmiz bildirir ki. Yeni TV-nin işçi qəbulu Qusar rayon mədəniyyət evində aparılacaq. Onuda bildirək ki, Etibar Pirverdiyevin Almaniyadan gətirtdiyi avadablıqlar özə məxsus olan “Pioner” restoranlar şəbəkəsinin inzibati binasına gətirilib.

Şabran İcra başçısı ilə deputatın şərikli “Şabran” TV

Bundan əlavə Şimal bölgəsində bütün rayonlarda televiziyaların fəaliyyət göstərməsi və bu yaxınlarda Qusarda da yeni bir televiziyanın şimal əhalisinin görüşünə gələcəyi Şabran rayonunda da icra başçısını hərəkətə gətirib. Şabranın icra başçısı Novruz Novruzov rayondan deputat seçilmiş Tahir Süleymanovu inandıra bilib ki, rayonda bir TV-nin fəaliyyətinə ehtiyac var və bunun üçün lazımı instansiyaların qarşısında təkliflə çıxış etsin.Bildirək ki, Novruz Novruzov Şabranan yeni başçı gələndən rayonda TV açmaq fikirində olub.Bunun üçün ilk vaxtlarda Milli Televiziya və Radio Şurasına təklif vermiş lakin qurumdan bu təkilifə “YOX”cavabı verilmişdir. Novruz Novruzov bundan sonra tv açmaq üçün dəfələrlə cəhd etmiş lakin bu cəhdləri boşa çıxmışdır.Bundan sonra Şabran rayonundan Milli Məclisə deputat seçilmiş Tahir Süleymanla münasibətlərini düzəldərək hətta rayonda bir çox obyektləri belə şərikli olaraq işlədirlər. Bundan sonra icra başçısı həll olunmayan məsələləri deputat Yahir Süleymanovun köməkliyi ilə həll edir.Məhz Şabranda televiziya açmaq istəyən lakin bu layhəsini gerçəkləşdirə bilməyən Novruz Novruzov bu dəfədə deputat və biznes şəriki olan Tahir Süleymanova üz tutub.TV layhəsini deputata danışan icra başçısının layihəsini bəyənən deputat bununla bağlı lazımı adamlarla danışacağını və bu məsələdə də müsbət nəticəyə gələcəklərini icra başçısına bildirib.
İcra başçısı bundan sobra Şabran rayonun mərkəzindəki sovet dönəmindən qalma köhnə unvermaq binasını təmir etdirməyə başayıb. İki mərtəbəli binanının təmirini başa vuran Novruz Novruzov yeni yaradacaqları TV üçün nələrin lazım olduğunu bilmək üçün paytaxt TV-lərin birinin məsul işçiləri ilə görüşərək bu yöndə məsləhətləşmələr aparıb.Beləliklə İctimai televiziynın adı açıqlanmayan məsul əməkdaşı Novruz Novruzovun layihəsinin ciddi olduğunu və bu TV layhənin dəqiqliyindən sonra TV üçün rayonda təmir olunmuş iki mərtəbəli binaya baxış keçirib bu binada lazımı otaqların və studiyaların yenidən düzəlməsini icra başçısına bildirb. İcra başçısı bu məsələni də həll etmək üçün hazırda lazımı işlər gördürür.Bundan sonra İctimai TV-nin adı açıqlanmayan məsul işçisi avadanlkıqların alnmasında da icra başçısına köməklik göstərib.TV avadanlıqlar Gürcüstan dövlətindən gətizdirilib. Mənbəmiz bildirir ki, ən müasir”sifravoy” ötürücü belə alınıb gətrilib. Mənbəmiz bildirir ki, ümumi dəyəri 200 min manatdan çox olan avadanlıqlar gətirilərək artıq Şabranda fəaliyyət göstərəcək TV nin yeni binasında quraşdırılıb. Bu arada mənbəmiz bildirir ki, Şabranda da Qusar rayonunda olduğu kimi işçi qüvvəsi toplanır. Mənbəmiz qeyd edir ki, Şabrandakı yeni TV üçün işçilərin toplanmasında regionda fəaliyyət göstərən televiziyanın köməyindən istifadə olunacaq. Həmin tv də işçi elanı verildikdikdən sonra ora müraciət edənlərin seçimi elə regionda fəaliyyət göstərən tvəməkdaşları seçim edəcəklər. Mənbəmiz bildirir ki,Şabran rayonunda televiziyanın fəaliyyət göstərməsi üçün Tahir Süleymanov öz himayədarına bildirb. Deputatın himayədarı bu fikri müsbət qarşılayıb və kömək edəcəyinə söz verib.Mənbəmiz bildirir ki. Biznesmen deputatın himayədarı fövqəladə hallar naziri Kəmaləddinj Heydərovdur. Tahir Süleymanovun deputat seçilməsində və biznes fəaliyyətinin qurub genişlənməsində fövqəladə halların şefi himayədarlıq edir. Beləliklə Şabran rayonundakı Novruz Novruza yaxın olan etibarlı mənbəmiz bildirir ki, Şabran rayonunda fəaliyyət göstərəcək televiziya kanalının adı da artıq bəllidir.Beləki , icra başçısı ilk əvvəl telekanalın adını “Bölgə TV” “BTV” olmasını istəyib və bu təklifi şəriki Tahir Süleymanova bildirb. Lakin deputat icra başçısı və həmin vaxt deputatın rayonun “Qalaaltı”istirahət mərkəzində olan digər 3 deputat həmkarları müzakirə apararaq yeni yaradılacaq televiziya kanalının adını elə rayonun adı ilə “Şabran TV” “ŞTV” adlandırılmasının məqsədə uyğun olduğunu bildirblər.Mənbəmiz bildirir ki, bundan sonra yeni televiziyanın sənədləri hazırlayan icra başçısı həmin “Şabran TV” nin sənədlərini deputata verib.
Mənbəmiz bildirir ki, fövqəladə şefi Milli Televiziya və Radio Şurasının rəhbəri ilə bu haqda fikir mübadiləsi aparıb və beləliklə nazirlə qurum rəhbəri Nuşəravan Məhərrəmli razılıqa gəliblər.

Milli Televiziya və Radio Şurası tərəfindən hər iki rayona TV tezlik və lisenziya verəcək

Bildirilir ki, Şimal bölgəsində Qusar və Şabranda yeni televizya kanallarının açılması üçün bir yerdə iki müsabiqə elan olunacaq və beləliklə hər iki rayonda TV aşılmasına “yaşıl işıq” yandırılacaq. Bildirək ki, Qusar rayonunda da Etibar Pirverdiyevə də eyni üsulla TV razılığı verilib. Yəni rayonda müsabiqə elan olunacaq və bundan sonra TV açılması realaşa bilər. Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Televiziya fəaliyyəti üçün lizsenziya verməlidir. Bundan əlavə həmin yeni yaradılacaq TV üçün boş tezlik olmalıdır və bu boş tezliyin alınması üçün Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elan olunur və müsabiqənin qalibi həmin tezliyə sahib olduqdan sonra TV fəaliyyəti üçün lisenziya alır.Təbbi ki, Azərbaycan reallığında kimsə televiziya üçün boş tezlik və lisenziya ala bilməz . Hazırda təsadüf hallarda Milli Televiziya və Radio Şurası tərəfindən boş tezlik müsabiqəsi elan olunur.Buda hansısa məmurun sifarışı əsasında baş tutur. Onuda bildirək son illər yalnız bölgələrdə televizya açılması üçün icazə verilir. Paytaxtda televiziya açilmasın isə hazırda hakimiyyət qəti qadağan edib. Yalnız bölgələrdə icazə var.O da həmin bölgə televiziyasının açılmasını istəyən məmura ölkə rəhbəri icazə verməlidir.

Dövlət məmurları 7 rayonda telekanal açır
Bundan əlavə hakimiyytə yaxın çmənbəmiz bildirir ki, prezident seçkilərindən sonra ölkənin bir çox rayonlarında yeni televiziyaların açılması gözlənilir.Beləki, Salyan, Qəbələ, Qusar, Şabran, Göyçay, Qazax və Gədəbəy rayonlarında yeni televiziyaların açılmasına icazə veriləcək. Mənbəmiz bildirir ki, bu bölgə televiziyaların hamsının arxasında məmur və deputatlar durur.Bundan əlavə Mənbəmiz bildirir ki, paytaxt Bakıda da yeni bir televiziyanın açılacağı da gözlənilir.
Bölgələrdə televiziya açlması konpaniyası həmin rayonlara himayədarlıq edən məmurların təbliğatı ilə məşğul olacaq. Belə ki, hazırda rayonları kurasiya edən məmurların bölgələrdə gördüyləri işləri paytaxt televiziya kanallarının vasitəsi ilə işıqlandırılması çətin bir prosesə çervrilib.Yəni kurassiyalrı olduqları rayonlardakı gördükdükləri işləri həmin rayonların sakinlərinə göstərilməsi üçün paytaxt TV-lərinin rəhbərləinə xahiş etməli olurlar.Buda hərdəfə olmur. Buna görədə rahat üsul yerlərdə televiziya kanalları açaraq öz öz gördükləri işlərin təbliğatını aparmaq daha münasib variant olduğunndan bu kompaniayay start verilib.Bununla bağlı rayonları kurasiyalığa götürənm məmurlar ölkə rəhbərinə də bu haqda məlumat veriblər və ölkə rəhbəri rayonlarda televiziya kanallarının açılmasına razılıq verib.Mənbəmiz bildirir ki, bu yalnız seçkidən sonra reallaşacaq.
Göründüyü kimi artıq məmurlar bölgələrdə TV sahəsini də öz kurasiyalarına aldılar. Həmin TV(lər)-də tv jurnalistlər məmurların diqtəsi ilə işləyəcək necə ki, digər bölgələrdə belədir.


Səhifəni hazırladı Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəzi rayonlarda qaz olmayacaq

    Bəzi rayonlarda qaz olmayacaq ...

    4-05-2016, 00:21

  • 
  • Bakıda yağış, rayonlarda qar

    Bakıda yağış, rayonlarda qar ...

    28-03-2016, 14:20

  • 
  • Hakimiyyət bölgə üzrə qubernatorlarını dəyişir

    Hakimiyyət bölgə üzrə qubernatorlarını dəyişir ...

    31-10-2013, 10:32

  • 
  • Rayonlarda iş axtaranların nəzərinə!

    Rayonlarda iş axtaranların nəzərinə! ...

    28-09-2015, 22:47

  • 
  • Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”

    Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı ...

    8-01-2014, 16:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu