GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cəmil Həsənliylə bağlı “qara piar” kampaniyası hakimiyyətin əleyhinə çevrildi

Cəmil Həsənliylə bağlı “qara piar” kampaniyası hakimiyyətin əleyhinə çevrildi

Tarix: 20-09-2013, 22:57 Bölmə :Manşet Baxış: 1 680
Cəmil Həsənliylə bağlı “qara piar” kampaniyası hakimiyyətin əleyhinə çevrildi

Yaxud, kimdir saxtakar: Cəmil Həsənlimi yoxsa hakimiyyətmi?

Seçki prosesinə start verilərkən bəlliydi ki, müxalifətin yeganə birliyi olan Milli Şuranın president seçkilərində irəli sürəcəyi vahid namizəd üçün heç də asan olmayacaq. Hər halda bu rejimin mahiyyətini, nəyə qadir olduğunu bilənlərin hamısı həmin namizədə qarşı əvvəlki seçkilərdə müşahidə olunan “qara piar” kampaniyasının təkrarlanacağını gözləyirdi. Onlar üçün fərqi olmayacaqdı; namizəd kimdir, necə adamdır-bütün potensiallarını işə salaraq ucuz anti-təbliğat vasitəsilə gözdən salmağa çalışacaqdılar. Qərarlıydılar və mütləq belə olacağına kimsənin də şübhəsi yox idi.
Hələ Rüstəm İbrahimbəyovun vahid namizəd olduğu çox da uzaq olmayan keçmişi xatırlayın. Sanki hakimiyyətin hər şey yadından çıxmışdı-onlar üçün bircə hədəf vardı: Rüstəm İbrahimbəyov. İqtidar bütün şər aparatını kinorejissorun üzərinə yönəıltməklə az qala hər gün yeni bir “kompramat” icad edirdi. Rüstəm İbrahimbəyov geri çəkildi, Milli Şura bundan sonar Cəmil Həsənlinin namizədliyi üzərində dayandı. Onun namizədliyi bir neçə aspektdən uğurlu seçim idi-başlıcası isə bu şəxs haqqında iqtidarlı-müxalifətli hər kəs hörmətlə danışmağa məcbur idi. Professor kiməsə bunun əksini etmək üçün kiçicik bir səbəb belə verməmişdi. Amma rejimin mahiyyətindən tam xəbərdar olanlar yenə deyirdi: Hətta Cəmil müəllim haqda da nəsə “tapacaqlar”. Hamı maraqdaydı: axı nə? Bu adam siyasətdə olan azsaylı şəxslərdəndir ki, reputasiyası tamamilə ləkəsizdir, professordur, beynəlxalq aləmdə alim kimi böyük nüfuza malikdir və s. Amma hakimiyyətin “ideya generatorları” bu sınaqdan da “üzüağ” çıxdılar. Uzun axtarışdan sonar “tapdılar” və həmin “tapıntı” Əli Əhmədovun iştirakıyla hamıya nümayiş olundu. Nə tapmışdılar? Guya Cəmil Həsənlinin vaxtından qabaq pensiyaya çıxmasında saxtakarlıq olub və bu “çox böyük və bağışlanmaz günah” imiş. Sanki özləri İsa Məsihin yerdəki kölgələridir.
İTV-də təşkil olunan debatda YAP-ın “namizədi” Cəmil Həsənlinin xəstə olduğunu, onun vaxtından qabaq təqaüdə çıxdığını bildirmişdi. Ardından da sənədləri payladılar. Nəymiş, nə var o “sənəd”lərdə? İddia edirlər ki, Milli Şuranın vahid namizədi “diabetik angiopatiya” xəstəliyinə mübtəla olduğundan uzun-uzun işləyə bilməzmiş. Demə, prezident olan şəxsin işi çox uzun olurmuş. Etiraz etməyəcəyik, amma biz hər gün keçmiş “Moskva” prospektinin səhər 11, axşam 18 radələrində bağlandığını gördüyümüzdən bu işin nə qədər asan olduğunu fikirləşirdik.… Sən demə, belə deyilmiş.
Sonra iddia edirlər ki, Cəmil Həsənli bu xəstəliklə çox işləyə bilməz, olmaz, sağlamlığı imkan verməz. Amma nədənsə demirlər ki, o, bu diaqnoz qoyulandan sonra gözünü zilləyib neçə kitab yazıb. Demirlər ki, el üçün ağlayan iki gözdən olar. Demirlər… Demək istəyirlər ki, professor Cəmil Həsənli saxtakarlıq edib, həkimdən saxta arayış alıb. Amma yenə də necəsini demirlər. Deyə bilmirlər!..Çünki “necəsini” demək, bunu açıqlamaq özlərinin ifşasıdır. Lap tutaq ki, səsləndirilən ittihamlar həqiqətdir, bu zaman cavabının hökmən verilməsi tələb olunan bir sıra suallar yaranır. Axı, saxta olduğu ehtimal edən həmin sənədi Cəmil Həsənli özünə özü düzəltməyib, bu mümkün deyil. Həmin sənədi bu hakimiyyətin müvafiq işlərlə məşğul olan rəsmi strukturu verib Cəmil Həsənliyə. İndi kimdir saxtakar: Cəmil Həsənlimi yoxsa bu sənədi ona verən hakimiyyətmi? Sualın cavabı o qədər sadə və bəllidir kid aha bu istiqamətdə hansısa araşdırma aparmağa belə lüzum qalmır. Amma bunların həyasızlığı o həddədir ki, əlavə olaraq bir sıra qaranlıq nüanslara da işıq salmağa ehtiyac yaranır.
İxtisasca həkim deyilik, adıçəkilən xəstəliyin müalicəsinin mümkün olub-olmadığını da bilmirik. Amma dəqiq bilirik ki, bu gün Azərbaycanda sağlam adama “xəstə” diaqnozu qoyan həkimlər sonsuz saydadır. Onu da bilirik ki, xəstə gənci “sağlam” adı altında hərbi qulluğa yollamaq da dəbdədir. Hər halda bununla bağlı çoxsayləı faktlar da göstərmək olar. Belə bir ölkədə yaşayırıq və hesab edirik ki, bu məmləkətdə kiməsə “sənin həkimdən aldığın arayış saxtadır” demək nanəciblikdir. Əslində həkimdən aldığımız arayışın doğruluğuna şübhə etməliyik. Əlbəttə, vicdanını para-pula satmayan ağ xalatlı soydaşlarımız da yox deyil. Amma neyləyək ki, daim qarşımıza çıxmırlar… Bəs bunun günahkarı kimdir? Həkimini, müəllimini, ziyalısını ələbaxan öyrədən, rüşvətlə yaşamağa məcbur edən hakimiyyət yoxsa Cəmil Həsənli? Cavab hər kəsə aydın olduğundan təkrarçılıq etmək niyyətində deyilik.
Hakimiyyət illərlə tər töküb savadsız zümrə yetişdirib. İndi o zümrənin meyvəsindən nübar edirlər! Aldığımız həkim arayışından tutmuş, şəxsiyyət vəsiqəsinədək hər şey əleyhimizə işləyə biləcək durumdadır. Və birdəfəlik anlamaq lazımdır ki, bunun günahkarı vətəndaş deyil və ola da bilməz. İndi
Azərbaycanda minlərlə insan həqiqi diaqnozunu bilmədən yaşayır. Cəmil Həsənli də onlardan biridir. İllərlə bəlkə də ona “biçilən” xəstəliyin adını belə bilməyib. Bəlkə də hakimiyyətdə qaz vurub – qazan dolduran erməni əsilli məmurlar onu Azərbaycan tarixini dürüst yazmasından əndişələnib vaxtından əvvəl təqaüdə yollayıblar!
Yenə yazımızın ənənəvi sualına qayıdaq, indi kimdir saxtakar? Xalqı üçün gözünün nurunu itirən, amma yenə də bu yolda irəliləyən Cəmil Həsənlimi, yoxsa ona və onun kimi sadə azərbaycanlıların hər birinə qeyri-dəqiq diaqnoz qoyulmasına səbəbkar olan hakimiyyətmi? Kimdir xalqı aldadan? İllərlə xəstəliyinin adını belə bilməyən elm adamımı, yoxsa hər sahəni rüşvətə bulayıb bununla varlanan zümrəmi? Cəmil Həsənli həm də ona görə prezident olmalıdır ki, o da hər bir sadə azərbaycanlı kimi bu problemləri yaşayan birisidir! O da hamı kimi BƏSDİR deyən birisidir!
Əslində, hakimiyyət elm adamı və ziyalı olan Cəmil Həsənlidən bu qədər böyük siyasi iradə və istedad gözləmirdi. YAP-ın ideoloqları müsahibələrində də eyham vururdular ki, liderlərlə müqayisədə Cəmil Həsənliylə mübarizə aparmaq onlara sərf edir. Amma Cəmil Həsənli İTV-dəki ilk teledebatca onlara yanıldıqlarını xatırlatdı. Milli Şuranın namizədi Cəmil Həsənlinin ilk televiziya çıxışı hakimiyyət üçün tərs sillə effekti yaratdı. Hər kəsin alim, araşdırmaçı-tarixçi kimi , mülayim təbiətli insan kimi tanıdığı Cəmil müəllim millət və dövlət məsələsi müzakirə mövzusu olduğu zaman heç kəsə mülayim davranmayacağını ortaya qoydu. Kitablarından gerçək tarixi oxuduğumuz alim Milli Şuranın namizədi seçildiyi gün elan etdiyi "Yolumuz Rəsulzadə Elçibəy yoludur” şüarına sadiq qaldığını göstərərək zülmkar bir sistemin birbaşa pik nöqtəsini hədəf aldığını isbatladı: "Korrupsiyanın başında İlham Əliyev durur”...

Hakimiyyətin “qara piar” maşını anındaca hərəkətə keçdi və Əli Əhmədov danışdı. Sən demə, Cəmil müəllim özünə saxta pensiya düzəldibmiş. Ayıbdı! Görün millətin ziyalısın nədə ittiham edirsiz. Kitablarının çəkisi bəlkə də YAP funksionerinin fiziki çəkisindən çox olan alim buna ehtiyac duymamalıydı. Hanı bəs "anoloqu olmayan” ölkənin sosial proqramları, hakimiyyətin ziyalıya qayğısı...
Görünür Ə.Əhmədovun çıxışı ilə rejimin qəzəbi soyumayıb və bu cılız ittihamı öz media təmsilçisi olan Eynulla Fətullayev vasitəsi ilə ictimailəşdirdi... və həmkarımız da bu fakta özünəməxsus bəzək vurub. Sənədləri şərh edən virtualaz.org yazır: "Burada nəsə yerində deyil deyə ziddiyyət yaranır. Cəmil Həsənli ya demək olar ki, kordur, ya da yalançı. İstənilən halda ikinci variantdır”. Yəni Cəmil müəllim yalançıdı...
“Gündəm-xəbər” olaraq biz də araşdırma apardıq və E.Fətullayevin "yalançı” adlandırdığı Cəmil müəllimin 2009-cu il sentyabrın 30-da millət vəkili kimi parlament tribunasından etdiyi çıxışı tapdıq. Həmin çıxışdan bir hissəni olduğu kimi diqqətinizə çatdırırıq: "Qənimət Zahidin üzünə duran şəxsin axtarışda olduğu hələ o dövrdə bəlli idi. Digər baş redaktor Eynulla Fətullayev də eyni saxta ittihamla bu gün həbsdədir. İstedadlı gənclərin susdurulması üçün hüquq mühafizə orqanları neçə belə saxta ittiham uydururlar. Belə işlə məşğul olan orqan işçiləri ilə bağlı ciddi qərarlar verilməlidir”.
Bəli, ciddi qərarlar verilməlidir! Həm də dünənini unudanlar haqda…
Sonda bir vacib məqamı vurğulamaq istərdik. Bəllidir ki, həm dünyada, həm də MDB məkanında fəaliyyət göstərən istiqlalçı deputatlara xüsusi diqqət və qayğı var. Eks prezidentlərlə bağlı qəbul olunan qərarlar kimi, istiqlalçı deputlarla bağlı da qərar qəbul olunur. Xaricdə bu deputatlara seqment deputalar deyilir. Azərbaycanda isə istiqlalçı deputatlara nəinki bu güzəştlər yoxdur, əksinə aşağılayıcı bir münasibət göstərirlər.
Bu səbədən də Azərbaycanda bu kimi imtiyazları olan deputatlara nəinki imtiyaz, heç pensiya da verilmədi. Məsələn, 45 deputatın içində yeganə xanım olan 75 yaşlı Məryəm Həsənovaya verilən 100 manat pensiya nəinki özünü dolandıra bilmir, hətta bu ahıl yaşında xəstəliklərinin də müalicəsinə imkan vermir. Bu məsələ zaman-zaman gündəmə gətirilsə də Azərbaycan hakimiyyəti çox laqeyid münasibət bəsləyib. Milli Məclisə verilən o imtiyazlar uğrunda mübarizə aparan deputatlar özləri bu imtiyazlardan məhrum olublar. Bu absurddur. Bu hakimiyyətin istiqlalçı deputatlara bir başa qərəzi ilə bağlıdır. Haqq ədalət bu gün də olmasa, hakimiyyət dəyişikliyindən sonra bərpa olacaq. Cəmiyyətdəki qarşıdurmalıq aradan qalxması üçün, sistem dəyişilməlidir və demokratik cəmiyyət qurulmalıdır.
Həm bu, həm də digər taleyüklü problemlərinmizin həlli isə seçicinin 9 oktyabr tarixində seçki məntəqəsinə gələrərək, saxtakar rejimə “yox” deməsi lazımdır. Həmin gün səsləriylə sözünü deyən hər bir vətəndaşımız bununla həm də ağaıdakı sualın da cavabını vermiş olacaq: KİMDİR SAXTAKAR: CƏMIL HƏSƏNLİMİ YOXSA HAKİMİYYƏTMİ? .
Orxan HƏSƏNLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə almağa məcbur olacaqlar”

    Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə ...

    12-07-2013, 14:42

  • 
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34

  • 
  • CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU

    CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU ...

    23-08-2013, 17:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu