Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki təbliğat kampaniyasını həyata keçirən fəallara, eləcə də onun səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət tərəfindən təzyiqlər güclənib. Həmçinin bir çox seçki dairələrində Cəmil Həsənlinin seçki plakatları cırılır və ya yararsız hala salınır. Bu barədə Cəmil Həsənlinin mətbuat xidməti Seçki Qərargahın istinadən məlumat verib. Məlumata görə, sentyabr 23-də KXCP Tovuz rayon şöbəsindən partiyanın Ali Məclis üzvü Vüqar İsmayılov seçki kampaniyası ilə əlaqədar təşkilatı işləri yerinə yetirərkən həbs olunub və ona rayon məhkəməsinin qərarı ilə 7 sutkalıq inzibatı həbs cəzası verilib. Cəmil Həsənlinin Seçki Qərargahından verilən məlumata görə 18 saylı Nizami-Nərimanov seçki dairəsi hüdudlarında Cəmil Həsənlinin seçki plakatları kütləvi şəkildə cırılıb. Hazırda əraziyə məsul olan KXCP Seçki Qərargahının üzvləri cırılmış və ya yarasız hala salınmış plakatlar yeniləri ilə əvəzləyirlər.
Sorğu
Yeni dizaynımız necədir?