GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Professorun pis tələbəyə tərs şapalağı

Professorun pis tələbəyə tərs şapalağı

Tarix: 29-09-2013, 12:02 Bölmə :Manşet Baxış: 910
 Professorun pis tələbəyə tərs şapalağı

Prezidentliyə namizədlərin 6-cı teledebatında professor Cəmil Həsənlinin “professor” Siyavuş Novruzova məcazi mənada tutuzdurduğu tərs şapalaq gerçəkdən sarsıdıcı oldu.

O, bunu gözləmirdi. Professorun belə bir cavab verəcəyini heç kəs gözləmirdi. Ancaq iş belə gətirdi. “Professor” özü qaşındı.

Belə olanda C.Həsənlinin ona BDU-da qiyabi təhsil aldığı vaxt tarix imtahanından üç dəfə kəsildikdən sonra yeddi dəfə tapşırılaraq “tarmvay altında qalan bir 3 (kafi)” aldığını xatırlatmalı oldu.

Bu, sağ sifətə ilişdirilən tərs şapalaq kimi bir şey idi. Bunun üstündən professorun opponentinə “sənin nə ağlın, intellektin, düşüncən var ki, gəlib burda mənimlə debata çıxırsan” deməsi sol sifətə çəkilən şillə kimi oldu.

1 saatlıq debatın son dəqiqələrinə qədər o şapalaqların izi illərdən bəri ərş-gürşlə əlləşən, həftədə 7-10, ildə 365-500 arası müsahibə, açıqlama, bəyanat verərək bütün opponentlərinə həqarətli, ironik səpgidə sözlər toxuyan “professor”un üzündən çəkilmədi. Onun üzündə beş barmağın beşinin də yeri görünmürdü, amma pərtlik həmin pərtlik idi.

Deputat Novruzovun elmi titulunun dırnaq arasında göstərilməsi təsadüfi deyil. Bu adam ali təhsil aldığı illərdə, aspiranturada oxuduğu dövrlərdə yalnız fiziki qüvvəsi, idmançılığı ilə seçilib, təhsil sarıdan həmişə autsayder olub. Bunu Novruzovu tələbəlik dövründən tanıyan şəxslərin hamısı təsdiqləyir.

Ancaq 1993-cü ildə ölkədə siyasi hakimiyyət silahlı qiyamla, zorakılıqla dəyişdirildikdən sonra minlərlə başqaları kimi Siyavuş Novruzovun da çiçəyi çırtladı. Sanki Surət Hüseynov bu qiyamı S.Novruzovun adi cangüdəndən deputata, uğursuz aspirantdan “professor”a çevrilməsi üçün törətmişdi.

Budur, o, özü demişkən, “ictimaiyyət” tərəfindən tanınan bir adamdır, aspirantların yataqxanasından canı qurtarıb, komfortlu bir villada yaşayır, hər cür varidatı var (özünə qismət). Bəlkə həyat təcrübəsi, hiyləgərliyi də artıb, amma savadı həmin savaddır – Cəmil müəllimin həmkarlarının onu “tramvay altında qalmış 3-ə” layiq gördüyü vaxt olan səviyyədə.

İndi YAP belə bir şəxsi hansısa mülahizələri əsas götürərək debata göndərir. Başqası yoxdurmu? 600 min üzvü olduğu iddia edilən hakim partiyanın 3 ən savadlı adamlarından biri də budurmu? Prinsipcə, YAP-da yüzlərlə alim, akademik, professor olmalıydı və onlar namizədlərin teledebatına dövlət başçısının vəkili olaraq çıxa bilərdilər.

YAP isə Siyavuş Novruzovu qabağa verib. Niyə? Ona görə ki, bu partiyanın qarşısında duran məqsəd debatlaerda intellekt savaşına çıxmaq deyil, o qorxur ki, savadlı və abır-həyalı professor tənqidçi opponentlərin qarçısında susub durar, cavab verə bilməz, ancaq Novruzov və onun kimilər haqq-nahaq cavab verəcək, ənənvi ittihamları səsləndirərək qarşılarındakını şərləyəcək, pisikdirəcək.

Bu dəfə isə alınmadı. Beyninin qırışları, dərin savadı, çalışqanlığı, yorulmazlığı hesabına professor olan Həsənli günortadan sonra YAP-ın hesabına, arxa qapıdan keçməklə “professor” olmuş Novruzovu əlinin dalıyla yerində oturtdu.

Əlbəttə, eyni zərbəylə Mübariz Qurbanlıya, Aydın Mirzəzadəyə bir şey etmək olmazdı. Onların siyasi mövqeyi bir tərəfə dursun, savadları normaldır. Onların cığallıqla olsa belə, Cəmil müəllimlə opponentlik etməyə savadları çatardı, Novruzov kimi nokauta düşməzdilər.

Bununla belə, insan nə qədər ağıllı, savadlı, erudisiyalı olursa-olsun, əgər o, mazutun ağ olduğunu sübut etmək zorunda qalıbsa, çox gücənəcək, hıqqanacaq və tamaşaçıların gözündə rəzil duruma düşəcək. Çünki elə aksiomlar var ki, onlarla barədə mübahisə etmək, müzakirə açmaq mümkün deyil, ya razılaşıb susmalısan, ya da susub razılaşmalısan.

Əlbəttə, uzun illərdən bəri siyasi opponentlərini lağlağı hədəfinə çevirməyə çalışan deputat aldığı zərbədən özünə gələcək, yenə öz ampluasına sadiq qalacaq, ona-buna dil uzadacaq, ancaq artıq onun ən zəif yeri üzə çıxdı. İndi opponentləri ona tez-tez “tramvay altında qalan 3”-ü xatırladacaqlar.

Bir tələbə məzun olduqdan sonra nə qədər ucalırsa, ucalsın, müəlliminə həmişə sayğılı olmalıdır, onun qarşısında dil-dil ötüb, yuxarıdan getməməlidir. Ustad şapalağı sarsıdıcı olur.
Xalid Kazımlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli işdən çıxarıldı

    Cəmil Həsənli işdən çıxarıldı ...

    2-12-2013, 14:40

  • 
  • Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim olunacaq

    Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim ...

    23-08-2013, 21:56

  • 
  • Cəmil Həsənlinin 27 oktyabr mitinqində çıxışı- Video

    Cəmil Həsənlinin 27 oktyabr mitinqində çıxışı- ...

    28-10-2013, 00:11

  • 
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24

  • 
  • Cəmil Həsənlinin gəclərlə görüşü təxirə salındı

    Cəmil Həsənlinin gəclərlə görüşü təxirə salındı ...

    26-09-2013, 11:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu