GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər

Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər

Tarix: 7-10-2013, 11:45 Bölmə :Manşet Baxış: 5 734
Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər
Rektor Nadir Qəhrəmanov təftişlərdən yaxa qurtarmaq üçün maliyyə sənədlərini saxtalaşdırmaqdan belə çəkinməyib

Sumqayıt Dövlət Universiteti ölkəmizin ən iri ali təhsil müəssisələrindən biridir. 1961-ci ildən fəaliyyət güstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmış bu ali təhsil ocağında 7 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Hələ 2000-ci ildə burada baş verən özbaşınalıqlar, rüşvətxorluq, maliyyə yeyintiləri, Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi.
Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuzluqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi. Orada çalışan müəllimlər elə zənn edirdilər ki, 2000-ci ilin mayında bu ali məktəbə rektor təyin edilən professor Nadir Qəhrəmanov mövcud vəziyyətin aradan qaldırılması, uiversitetdə sağlam mühitin bərqərar olmasına nail olacaq. Amma ona göstərilən etimaddan daha çox öz şəxsi maraqları üçün istifadə edən Nadir Qəhrəmanovun universitetdəki özbaşınalığı son dövrlər daha dözülməz həddə çatıb. Elə bunun nəticəsidir ki, artıq SDU-da ciddi maliyyə yoxlamalarına start verilib.
Qəzetimizin ötən saylarında Sumqayıt Dövlət Universitetində yaşanan rüsvayçılıqlarla bağlı geniş məlumat vermişdik. Həmin məqalədə bildirilirdi ki, hazırda Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin Maliyyə İdarəsi ilə birgə Hesablama Palatası maliyyə yoxlamalarına start verib. Bu isə adıçəkilən qurumlara daxil olan çoxsaylı çikayətlərdən sonra reallaşıb. Əldə etdiyimiz informasiyada qeyd olunur ki, təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə gəldiyi ilk gündən ona daha çox məhz SDU-dan şikayətlər daxil olub ki, bu da öz növbəsində indiki təftişlərə səbəb olub. SDU-nun rektoru Nadir Qəhramanov isə bu yoxlamaların qarşısını almaq üçün bütün səylərini səfərbər etsə də bunu bacarmayıb. Elə bu amilin özü də belə düşünməyə əsas verir ki, təftişlərin nəticəsi olaraq Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edilə bilər. Təbii ki, bütün bunlar yalnız ehtimaldır, hər halda prosesləri qabaqlamayaq. Odur ki, biz bu yazıda daha çox SDU-dakı yoxlamalar və buna səbəb olmuş amillərdən bəhs edəcəyik.
SDU-dakı yoxlamaların səbəbinə gəlincə, mənbəmiz iddia edib ki, bu universitetdəki maliyyə vəsaitlərinin mənimsənilməsi, təmit-tikinti üçün ayrılmış çox böyük pulların təyinatı üzrə xərclənməməsi, universitetdə “ölü canlar”ın saxlanması və s bu kimi neqativ hallardır. Bu baxımdan maraqlı bir faktı da oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, bu məqsədlə küllü miqdarda vəsaitin ayrılmasına baxmayaraq son 12 il ərzində SDU-da heç bir əsaslı təmir-tikinti işləri aparılmamışdır. Əldə etdiyimiz informasiyada qeyd olunub ki, təmir-tikinti məqsədilə təkcə 2011-ci ildə SDU-ya 115.000 (yüz on beş min) manat pul köçürülmüşdür. Nəzərə alın ki, bu yalnız bir il ərzində köçürülən vəsaitdir, anoloji olaraq digər illər ərzində də kifayət qədər böyük vəsait ayrılıb. Lakin həmin pulların mənimsənildiyinə əmin olmaq üçün heç də sənədlərlə tanış olmağa ehtiyac qalmır. SDU-nun acınacaqlı görkəmin ən böyük “sənəddir” və ötəri nəzər salmaq belə kifayətdir ki, burada heç bir tikinti-təmir işinin aparılmadığına əmin olasan. Söhbət sənədlərdən düşmüşkən, bununla bağlı da maraqlı faktlar əldə etmişik.
Redaksiyamıza ötən gün daxil olmuş və hazırda gördüyünüz bu cədvəllərdən də göründüyü kimi, bu cədvəldə adları qeyd olunan şəxslərə maaş yazılsa da əslində onlar SDU-da çalışmırlar. “Ölü canlar”ın yer aldığı bu siyahıdan da göründüyü kimi, hər ay dövlət büdcəsindən böyük məbləğdə pullar silinir ki, bu da çox böyük maliyyə maxinasiyasıdır. Mənbəmiz qeyd edir ki, Hesablama Palatası və Təhsil Nazirliyinin Maliyyə İdarəsinin SDU-da həyata keçirdikləri birgə yoxlamalar zamanı bu faktları ört-basdır etmək məqsədilə rektor Nadir Qəhrəmanov ilginc çıxış yolu tapıb. Belə ki, indi sözügedən vedomastdakı adların yerinə SDU-nun əməkdaşlarının adları yazılaraq həmin cədvəl yenidən tərtib olunur. SDU rəhbərliyi işin içindən bu cür çıxmaq və bu yolla yoxlama üzvlərini aldatmağı düşünürlər. Bunun əslində belə olmadığını aşkarlamağın isə çox sadə bir yolu var. Əgər yoxlayıcılar həmin cədvəlləri maaşların ödənildiyi bank sənədləri ilə üzləşdirsələr əsl həqiqət çox asanlıqla üzə çıxacaq.
Həqiqət isə ondan ibarətdir ki, “ölü canlar” hesabına silinən həmin pullar bu günə qədər prorektorlar Əkbər Ağayev, Yadigar Hüseynov, Qafar Ramazanov və tədris şöbəsinin müdiri Sadiq Xəlilovun ciblərinə gedib. Bundan əlavə bir faktı da xüsusi olaraq qeyd etməliyik ki, 2006-cı ildən 2011-ci ilədək 401 nəfər qanunsuz olaraq Rusiyanın müxtəlif universitetlərindən SDU-nun II və III kurslarına köçürüblər. Reallıqda isə həmin tələbələr heç o universitetlərin üzlərini belə görməyiblər. Həmin tələbələr SDU-nun saxta möhürü ilə SDU-ya qəbul olunublar. Hətta kiçicik bir araşdırma belə bu kimi onlarla faktların aşkarlanmasına səbəb ola bilər.
Bütün bunlardan əlavə əldə etdiyimiz məlumatlarda SDU-nun Həmkarlar İttifaqı tərəfindən həyata keçirilmiş maliyyə maxinasiyalarından da bəhs olunur. Belə ki, Həmkarlar İttifaqının xəttiylə universitet əməkdaşlarına verilən maliyyə yardımlarının ikili mühasibatlığı həyata keçirilib. Belə ki, həmin yardımlar həm Həmkarlar İttifaqının uçotunda, həm də SDU-nun mühasibatlığının uçotunda qeydiyyata alınıb. Mənbə bildirir ki, hazırda SDU-nun mühasibatlığına möhür vurulub və bura yoxlama komissiyasının ciddi nəzarəti altındadır.
Təmir-tikinti işləriylə bağlı da SDU-nun mühasibatlığında saxta sənədlər tərtib olunub ki, elə yoxlamalara da həmin sənədlər təqdim olunub. Bir məqamı da vurğulamaq lazımdır ki, 2006-ci ildən 2012-ci ilə qədər olan müddət ərzində SDU-nun əmək haqqı cədvəlində kifayət qədər “ölü canlar” göstərilib. Bunun mexanizmi isə belədir ki, universitetdə saat hesabı ilə “dərs deyən”, lakin bundan özlərinin xəbərləri olmayan onlarla işçi aşkarlanıb. Bundan sonar isə bu sahədə “islahatlar “ aparılıb və bu şəxslərlə qarşılıqlı razılaşma əsasında iş qurulub. İndi həmin sənədlər yoxlanarsa burada hansı maxinasiyaların olduğu üzə çıxar.
Burada rüşvətxorluğun adi norma olduğunu bildirən mənbəmizin sözlərinə görə, semestr imtahanlarında fakültələrdən asılı olaraq hər tələbədən 50-100 manat tələb olunur. Həmçinin universitetin ərazisi zəbt olunub, orada çoxmərtəbəli binalar tikilir, sexlər inşa olunur, SDU-nun arxasındakı yaşıllıq məhv edilərək yerində özəl tibb mərkəzi tikilib. Məlumatda həmçinin bildirilir ki, universitetdən qazandığı pullar hesabına N.Qəhrəmanov Saray-Sumqayıt yolunun kənarında üçmərtəbəli “Yetər” şadlıq evi tikdirib.

Rektorun başqa biznes obyektlərinin də olduğu bildirilir. Müraciət müəlliflərinin sözlərinə görə, N.Qəhrəmanov bütün bu qanunsuzluqları həyata keçirərkən arxasında güclü qüvvələrin durduğunu iddia edir. Rektor qanunsuzluqlarına etiraz edənlərə bildirir ki, ona heç kim “gözün üstdə qaşın var” deyə bilməz, çünki birbaşa “yuxarılar”ın adamıdır.
Bizə məlumat verən mənbə həmçinin iddia edir ki, saxtalaşdırılmış maliyyə sənədlərinin əsas nüsxələrini yaxın günlərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və Hesablama Palatasına göndərəcəkdir. Hesab edirik ki, həmin sənədlərin araşdırılmasından sonra SDU-dakı korrupsiya faktları bütün çılpaqlığı və iyrəncliyi ilə gözlər önünə səriləcək.
Xatırladaq ki, Hesablama Palatası və TN-nin Maliyyə İdarəsinin iştirakıyla həyata keçirilən təftişlər SDU ilə yanaşı həm də Lənkəran Dövlət Universiteti, Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetlərində aparılır. Bununla bağlı qəzetimizə danışan mənbənin sözlərinə görə adıçəkilən hər bir təhsil müəssisəsində ciddi maliyyə pozuntularına dair şok faktlar aşkarlanıb. Amma ən dözülməz vəziyyətin məhz SDU-da müşahidə olunduğu bildirilir.
Məsələylə dağlı diqqət çəkən məqamlardan biri isə SDU-nun rektoru Nadir Qəhrəmanovun baş verənlərlə bağlı universitetdə formalaşdırmağa çalışdığı ictimai rəydir. O, universitet kollektivi arasında belə bir rəy formalaşdırmağa çalışır ki, guya Prezident Adminstrasiyası İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin burada baş verənlərin hamısından xəbəri var. Rektor hatta deyir ki, “Biz kimik ki? Biz yalnız R.Mehdiyevin tapşırıqlarını icra edirik”. Təbii ki, biz qəzet olaraq, bütün bu iddiaların əsassız olduğunu düşünür və rektorun buy olla “sudan quru çıxmaq” cəhdində bulunduğunu iddia edirik.
Şahin
Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər
Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər
Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı

    Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı ...

    9-12-2013, 13:08

  • 
  • İşdən çıxarılan rektor: “Almaniyaya gedəcəm”

    İşdən çıxarılan rektor: “Almaniyaya gedəcəm” ...

    9-12-2013, 13:25

  • 
  • Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb

    Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb ...

    10-12-2013, 21:45

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    29-08-2013, 19:57

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 18:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu