ABŞ Azərbaycanı seçkilər zamanı azad, ədalətli və şəffaf prosesinin keçirilməsinə çağırıb. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf dünən bildirib.
"Birləşmiş Ştatlar bütün insanları Azərbaycanda seçki prosesində dinc iştirak etməyə, seçkilərdən əvvəl, vaxtında və sonra təmkinlik göstərməyə, həmçinin təcavüzün və ya təxribatın qarşısını almağa çağırır ", - Mari Xarf deyib.
Vaşinqton həmçinin Azərbaycan hakimiyyətini vətəndaşlarının sərbəst toplaşmaq və birləşmək, söz azadlığının qorunmasının təmin edilməsinə çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?