Milli Şuranın vahid namizədi Cəmil Həsənli həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin onun müxalifətin namizədi seçilməsi haqda verdiyi açıqlamasına bir cümlə ilə cavab verib.
C.Həsənli “Azadlıq” radiosuna müsahibəsində bildirib: “Mən onun seçiminə hörmətlə yanaşıram”.
Qeyd edək ki, F.Əliyev açıqlamasında professor Cəmil Həsənlinin prezident seçkisində Milli Şuranın namizədi olması ilə bağlı verdiyi açıqlamada qeyd etmişdi ki, Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir: "Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram.
Bununla belə, Azərbaycan Respublikası prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?