GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kamaləddin Heydərovun Zaqatala yalanları faş oldu

Kamaləddin Heydərovun Zaqatala yalanları faş oldu

Tarix: 18-12-2012, 17:22 Bölmə :Manşet Baxış: 924
Kamaləddin Heydərovun Zaqatala yalanları faş oldu

Zaqatalada vəziyyət gərgin olaraq qalır
Kamaləddin Heydərovun Zaqatala yalanları faş oldu
Fövqəladə Hallar Nazirlyinini virtual raportu
Fövqəladə Hallar Nazirliyinin saytından:

“Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300,0 mln. manat vəsait ayrılmışdır.

1 noyabr 2012-ci il tarixinə kimi 28680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilmişdir. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çoxmənzilli yaşayış binasının sökülüb yenidən tikilməsi, 4099 fərdi yaşayış evinin, 9 kommunal çoxmənzilli yaşayış binasının bərpası nəzərdə tutulmuşdur. Hazırda evlərə və sosial obyektlərə texniki baxışlar davam edir. Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 olmaqla, cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evlərinin tikintisinə başlanılmışdır. Artıq 15 noyabr 2012-ci il tarixinə 682 fərdi yaşayış evi tikilib sakinlərin istifadəsinə verilmişdir. Bunlardan, 557 ədəd Zaqatalada, 119 ədəd Qaxda və 6 ədəd fərdi yaşayış evi Balakən rayonunda tikilib istifadəyə verilmişdir.

Bundan başqa, sosial obyektlərdən 35 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılmışdır. 15 noyabr 2012-ci il tarixinə 2820 şagird yerlik 9 məktəb binası, 55 yerlik 1 uşaq baxçası tikilib istifadəyə verilmişdir. Belə ki, 2540 şagird yerlik 7 məktəb və 55 yerlik 1 ədəd uşaq baxçası Zaqatala rayonunda, 80 şagird yerlik 1 məktəb Balakən və 200 şagird yerlik 1 məktəb binası Qax rayonunda tikilib istifadəyə verilmişdir. Hazırda 1 dekabr 2012-ci il tarixinə Zaqatalada 4, Qaxda 6, Şəki şəhərində 2, cəmi 12 məktəb binasının tikilib təhvil verilməsi gözlənilir”.

Zaqatalada FHN-nin inşa etdirdiyi ev uçdu

Bu ilin may ayında Zaqatalada baş verən zəlzələ zamanı ucan evlərin tikintisi başa çatmayıb. Qarlı – şaxtalı havalarda evi dağılmış yüzlərlə sakin çadırlarda, mal tövlələrində və ya öz vəsaitləri hesabına inşa etdirdikləri daxmalarda yaşayır. Fövqəladə Hallar Nazirliyi isə bölgədə 600-dan artıq evin inşa edildiyini, digər evlərinsə dekabrın sonunadək təhvil veriləcəyini açıqlayır. Zaqatalada olarkən FHN-nin verdiyi açıqlamanın əksinə olaraq evlərin inşa edilmədiyinin, yüzlərlə evin inşasına isə hələ başlanmadığının şahidi olduq. Rəsmilər zəlzələdən zərər çəkənlərə, bu il inşa edilməyən evlərin gələn ilin mart ayından etibarən tikiləcəyi vədi veriblər.

Polis ustanın ölümünü gizlədir

Zaqatalanın Danaçı kəndində zəlzələ zamanı uçan evlərin tikintisinə cəlb edilən Sabirabad sakinini bu il dekabrın 8-i ə axşam saatlarında maşın vurub. Adəm adlı ustanın cəsədi sonradan aşkar olunub. Hadisənin şahidi olmadığından qəzanı törədən sürücünün kimliyini müəyyən etmək mümkün olmayıb. Kənd sakinlərinin sözlərinə görə Adəm kimi tanıdıqları sabirabadlı usta Danaçı kəndində oğlu, kürəkəni və digər həmyerliləri ilə birlikdə kirayədə qalıb və evlərin tikintisində işləyib. Rayon rəhbərliyi və polis hadisəni ictimaiyyətdən gizli saxlayıb. Apardığımız araşdırma zamanı məlum olub ki, həlak olan ustanı Danaçı kəndində Adəm kimi tanıyıblar. O kirayədə yaşadığı evdə, nisyə mal götürdüyü mağazada adını Adəm kimi göstərib. Lakin adının acıqlanmasını istəməyən polis nəfərinin bizə verdiyi məlumata görə, ustanın əsl adı Aqil olub. Məsələ ilə bağlı Zaqatala Polis Şöbəsi ilə əlaqə saxladıq. Növbətçi hissənin Sultanov soyadlı əməkdaşı bizə istintaq bölməsinin rəisi İlqar müəllimlə əlaqə saxlamağı məsləhət gördü. Gün ərzində İlqar müəllim etdiyimiz telefon zənglərinə cavab vermədi.

Danaçı kəndində inşa edilməkdə olan ev uçub

Zaqatala rayonunun Danaçı kəndində dekabırın 9-da Knyaz adlı şəxsin (şirkətlərin adları gizli saxlanıldığından tikinti şirkətinin adını və sahibkarın soyadını müəyyən etmək olmadı-Ə. M) rəhbərlik etdiyi şirkət tərəfindən inşa edilən ev uçub. Hadisə 2-ci mərtəbənin damının döşəməsinə beton tökülərkən baş verib. Evin divarları betonun ağırlığına tab gətirməyərək dağılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Evin sahibi Ayişə Nuhyevanın bildirdiyinə görə, evin 1-ci mərtəbəsi tikilib başa çatdıqdan sonra qəza baş verib: “Evin ikinci mərtəbəsinə monolit beton tökürdülər. Pompa ilə beton vururdular. Bu zaman ev dağıldı. Sonra şirkətin işçiləri dağılmış evin qalıqlarını maşınla daşıyıb apardılar. Bizə söz veriblər ki, ev tikiləcək. Amma indi qışdır, qar yağır, şaxta var. Belə havada neçə ev tikmək olar?”. A. Nuhyeva ev inşa edilərkən fəhlələrə bir ay yemək verdiyini də bildirdi: “Başqa rayonlardan gələn fəhlələrdir. Şirkət fəhlələrə yemək vermir. Bir ay hər gün 10 nəfərə gündə üç dəfə yemək vermişəm. Sonunda da ev dağıldı. Şirkətin sahibi deyib ki, yenidən ev tikəndə fəhlələrə yemək verəcəklər”. A. Nuhyeva hazırda ailəsi ilə birlikdə mal tövləsində yaşadıqlarını bildirdi: “Mal damının baş tərəfində otaq düzəldib orda yaşayırıq. Çox çətindir. Yayda havalar isti olanda nisbətən rahat idi. İndi qış gəlib, qar yağır, bir tərəfi çadırla örtülən evi qızdırmaq olmur”.

“Evimi söküb ailəmi çadırda qoydular”

Zəlzələ zamanı zərər görən evlərin böyük əksəriyyəti may- iyun aylarında FHN-nin qərarı əsasında sökülüb. Lakin həmin evlərin heç də hamısının tikintisinə başlanılmayıb. Evi sökülən ailələr isə çadırlarda yaşayır. Zaqatala şəhəri Vaqif küçəsi ev 40 ünvanında yaşayan Cobanovlar ailəsinin evi may ayının 27-də sökülüb. Ailə başçısı Tahir Cobanovun bildirdiyinə görə, ev söküldükdən sonra onunla maraqlanan olmayıb: “FHN-nin qərargahına dəfələrlə müraciət etdikdən sonra evin qalıqlarını təmizləyib, ərazini düzəltdilər. Mənə bildirdilər ki, evin inşasına başlanılacaq. Lakin sonradan məlum oldu ki, FHN-nin ev layihələri mənim həyətimə uyğun gəlmir. Həmin ev çox böyükdür. Sentyabr ayında davamlı şikayətlərimdən sonra, Bakıdan Layihə İnstitutdan nümayəndələr gəldi. Həyətimi ölcüdülər və mənə bildirdilər ki, xüsusi layihə hazırlanacaq. Ondan sonra mənimlə maraqlanan olmayıb. FHN-nə, yerli qərargaha, Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm. Lakin müraciətlərim nəticəsiz qalıb. Evimi söküb, ailəmi çadırda qoyublar”. T. Cobanov hazırda ailəsi ilə birlikdə qonşusunun həyətində çadırda yaşadığını söylədi: “Qonşuluqda Rusiyada yaşayan ailənin həyətində çadırda yaşayıram. Qonşumun evi də qəzalı vəziyyətdədir, evdə yaşamaq təhlükəlidir. O evə də baxan yoxdur. May ayının 27-dən çadırdayıq. Həyat yoldaşım şəkər xəstəsidir. Havalar soyuyub. Gecələr çadırda soyuqdan donuruq. Elektrik sobası çadırı qızdırmır. Qaz peci isə qoymaq olmaz. Çıxılmaz vəziyyətdə qalmışıq”.

“Xəstə oğlumla dəmir vaqonda yaşayıram”

Zəlzələ zamanı dağılmış evlərin bir qisminin tikintisi gələn ilin mart ayına saxlanılıb. Yerli sakinlərin bildirdiyinə görə, tikinti şirkətləri havaların soyuq olmasını bəhanə edirlər. Evi gələn il tikilməsi nəzərdə tutulanlardan biri də Çar kənd sakini Cəmilə Ömərovadır. C. Ömərovanın bildirdiyinə görə, evi gələn il inşa ediləcək: “Evə baxdılar mənə dedilər ki, bu evdə yaşamaq olmaz. Amma evimi tikmədilər. İndi də deyirlər ev gələn il tikiləcək. Yayda həyətdə çadır qurub yaşadıq. İndi soyuqlar düşüb. Çadırda yaşamaq olmur. Mənim birinci qrup əlil oğlum var. Xəstə uşaqdır. Məcbur olub dəmir vaqon aldım. O vaqonun pulunu da tam verə bilməmişəm ”. C. Ömərova vaqonun alınması üçün dövlət tərəfindən yardım edilmədiyini söylədi: “Nə vaqon almağa, nə də başqa vaxt dövlət mən yardım etməyib”.

320 milyon manatdan yardımçı binaların bərpasına pay düşməyib

Zəlzələ zamanı dağılan evlər FHN tərəfindən yoxlanılsa da yardımçı binalara, həyat hasarlarına, iaşə obyektlərinə və mal tövlələrinə dəyən zərər hesablanmayıb. Bir sıra kəndlərdə əhaliyə ucan hasarların və mal tövlələrinin bərpa edilməsi üçün cüzi miqdarda sement verilib. Misal üçün, Zaqatala rayonu Aşağı Tala kəndində mal tövləsinin bir hissəsi və 30 metr uzunluğunda hasarı dağılan sakinlərə 80 kiloqram sement verilib. Mamrıx kəndində isə dağılan mağazalardan biri dövlət tərəfindən inşa edilib. FHN-nin Zaqatala rayonunda olan qərargahının adının çəkilməsini istəməyən rəsmisi hər kəndə 1 mağazanın inşa ediləcəyini bildirib. Rayon sakinlərinin böyük əksəriyyəti heyvandarlıqla məşğul olduğundan, onları daha çox mal tövlələrinə dəyən zərər narahat edir.
Car kənd sakini Məhəmməd Kaştayev 10 baş mal-qara saxladığını söylədi: “Mənim mal tövləm böyükdür. 100 iri şiferlə üstü bağlanıb. Zəlzələ zamanı tövlənin divarları, və damı zərər çəkib. Qar çox yağsa tövlə ağırlığa davam gətirməyib uçacaq. FHN-nin nümayəndələri evlərə baxırlar. Lakin tövlələrə, yardımçı tikililərə baxmırlar. Tövlələr dağılsa əhali mal-qaraya baxa bilməyəcək. Mənim tövləm uçsa on baş heyvanın tələf olacaq. Bu hal həm kənd təsərrüfatına zərər verəcək, həmdə əhalinin məşğulluq problemini artıracaq. Tövlələri, yardımçı binaları, həyat hasarları ucan yüzlərlə ailə var. Lakin heç bir köməklik göstərilmir. Hökumət bu məsələlərə də diqqət göstərməlidir ”.

FHN-nin acıqlamaları həqiqəti əks etdirmir

Yuxarıda qeyd etdiyimiz kimi, FHN rəsmi açıqlamasında zəlzələ bölgəsində 600-dan artıq evin inşa edilərək təhvil verildiyi və digər evlərin dekabr ayının sonunadək təhvil veriləcəyi bildirilib. Rayonda zəlzələdən ən çox zərər çəkən iri yaşayış məntəqələrində apardığımız müşahidələr zamanı FHN-nin açıqlamasının həqiqətdən uzaq olduğunu müəyyən etdik.

Zaqatala şəhəri - təhvil verilən ev yoxdur
Aşağı Tala kəndi – təhvil verilən ev yoxdur
Yuxarı Tala kəndi – təhvil verilən ev yoxdur
Danaçı kəndi- 25 ev rəsmən təhvil verilib, 150 evə sakinlər özləri köçüb
Mamrıx kəndi – 30 ev təhvil verilib, 40 evin inşası başa çatır
Ələskər kəndi- 1 ev inşa edilir, digər evlərin inşasına başlanmayıb
Muxax kəndi- 30 ev rəsmən təhvil verilib, 20 ailə özü köçüb, 200 evin inşa davam edir

Prezident Ilham Əliyevin bir neçə dəfə səfər etdiyi Gözbarax kəndində də vəziyyət ürəkaçan deyil. Kəndə 2 və 3 otaqlı 25 ev, 2 mərtəbəli 5 otaqlı bir ev rəsmi şəkildə təhvil verilib. Həmin 2 mərtəbəli evin açılışında prezident İ. Əliyev də iştirak edib. 2-3 otaqlı 25 evdə isə tamamlama işləri görülür. Prezidentin diqqət mərkəzində olan Gözbarax kəndində yalnız yol kənarındakı evlər inşa edilir. Kəndin içərisində olan evlərin inşası isə demək olar ki, aparılmır. Yerli sakinlərin sözlərinə görə, 4-5 otaqlı 2 mərtəbəli evlərin tikintisində ciddi problemlər yaranıb. Şirkətlərin rəhbərləri yerli sakinlərə tikinti materiallarının və texnikanın çatışmadığını bildirməklə kifayətlənirlər. Rayonun digər kəndlərində də mənzərə eynidir.

Onu da qeyd edək ki, “Kür” Vətəndaş Qərargahının zəlzələ bölgəsi barədə hesabatından sonra rayon ərazisində tikinti işləri sürətləndirilib. Usta və fəhlələrin maaşlarının verilməsi əvvəlki dövrlərə görə yaxşılaşıb. Hesabatdan əvvəl ev sahibləri tikinti materiallarının gətirilməsi üçün özləri bazaya gedirdilər. İndi isə iş icraçıları özləri tikinti materiallarını gətirirlər. Tikinti işlərinin sürətləndirilməsi isə keyfiyyətə mənfi təsir göstərib. 6 ay ərzində aparılmayan tikinti işlərini 1 aya tamamlamaq istəyən şirkətlər ciddi nöqsanlara yol verirlər. Bundan əlavə iş icraçılarının böyük əksəriyyəti inşaatçı deyil, başqa sahələrin mütəxəssisləridir.

Əksər hallarda isə iş icraçılarının orta ixtisas və ali təhsilləri yoxdur. Bunun nəticəsind
ə Danaçı kəndində tikilməkdə olan ev uçub. Digər evlər də eynən qüsurlu inşa edilir. Mənzillərin divarlarına vurulan suvaq qurumamış, rəngsaz işləri görülür. Bu da yaxın gələcəkdə mənzillərin yararsız hala düşməsinə səbəb olacaq. Evlərin mətbəxlərinə kanalizasiya və su xətləri çəkilmir. Həmin xətlərin çəkilməsi üçün şaxtalar quraşdırılmayıb. Sonradan su xətlərinin çəkilməsi isə evlərin təməllərinin və divarların zədələnməsinə səbəb olacaq. Yeni inşa edilən evlərə istilik sistemləri quraşdırılmayıb. Qaz sobalarının tüstü boruları üçün yerlər isə açılmayıb.

Bir sıra kəndlərdə inşa edilən evlərin pilləkənləri üstü örtülməyib. Halbuki layihələrdə pilləkənlərin üstünün örtülməsi nəzərdə tutulub. Evlərdə hamam tualetlər inşa edilməyib. FHN rəsmiləri bunu kəndlərdə kanalizasiya xətlərinin olmaması ilə əsaslandırırdı. Lakin kanalizasiya xətti olan Zaqatala şəhərində də inşa edilən evlərdə hamam və tualetlər quraşdırılmır.

Əfqan MUXTARLI
Zaqatala
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada yaşayış evində partlayış olub, yaralanan var

    Zaqatalada yaşayış evində partlayış olub, ...

    28-12-2013, 01:29

  • 
  • Prezident İlham Əliyev ehtiyat fondundan 5.5 milyon manat ayırdı

    Prezident İlham Əliyev ehtiyat fondundan 5.5 ...

    4-05-2016, 00:53

  • 
  • Müharibə əlilləri və şəhid ailələrinə xoş xəbər

    Müharibə əlilləri və şəhid ailələrinə xoş xəbər ...

    22-12-2015, 13:21

  • 
  • Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM

    Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM ...

    13-10-2015, 18:21

  • 
  • Zabitlər evində yanğın

    Zabitlər evində yanğın ...

    9-02-2016, 11:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu