GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məmurlarımız Trabzon turizminə milyonlar yatırır

Məmurlarımız Trabzon turizminə milyonlar yatırır

Tarix: 21-10-2013, 17:34 Bölmə :Manşet Baxış: 923
 Məmurlarımız Trabzon turizminə milyonlar yatırır

Azərbaycanlı və ərəb iş adamları Qara dəniz sahilində tikinti biznesinə əl qoyub; əməkdaşımız Türkiyənin bu turizm şəhərində eşidib-gördüklərindən yazır...
Geridə qalan həftə Tiflis-Batumidən sonra Qara dəniz sahilində yerləşən bir Türkiyə şəhərinə yolumuzu salmaq qərarına gəldik. Əgər Bakı “küləklər şəhəri”dirsə, olduğumuz bu türk bölgəsi mütləq “yağışlar şəhəri” adlanmalıdır.

Çünki Trabzonda qaldığımız üç günün iki günü yağmurlu keçdi. Amma Trabzonda yağışın ayrı bir ləzzəti, romantikası var. Səhərdən-axşama qədər fasiləsiz yağan yağış nə şəhəri iflic edir, nə tıxaclar yaradır, nə də palçıq içində olur.

Əksinə hər kəs əlində bir çətir şəhər küçələrini dolaşır. İnsanların əksəriyyəti inanclıdır. Bunu qadınların 90 faizinin hicablı olması ilə əlaqələndirə bilərik. Mərkəzi bazarda da qadınlar üçün əsasən örtülü geyimlər, turbanlar satışdadır.

***

Ümumilikdə, Trabzonda gəzməli çox yerlər var. Zaman qısa olduğuna görə imkanımız çatdığı məkanlara baş çəkə bildik. Tiflis və Batumi ilə müqayisədə Trabzon olduqca rəngarəng, parlaq şəhərdir. Qara dəniz sahilində yerləşməsi isə xüsusi bir gözəllik qatır.

Təkcə bu ilin yayında 400 min ərəb Trabzona turist kimi gəzməyə gəlib. Onlar bu şəhəri çox sevirlər. Təkcə gəzməli yerlərinə görə yox, həm də inşaat sektoruna ciddi yatırımlar edir, sərmayə qoyurlar. Ərəb iş adamları üçün Trabzon cəlbedici bölgədir.

Dövlətin təklif etdiyi imtiyazlar onları razı salır. Trabzonda yeni binalar, holdinqlər tikilir, milyardlarla pullar dövriyyədədir. Ərəb biznesmenlər Qara dəniz sahilində nəhəng komplekslər inşa etməyi planlaşdırır.

Amma tələsməyin, azərbaycanlı iş adamları, bizneslə məşğul olan dövlət məmurları da ərəblərdən geri qalmırlar. Onlar dəniz sahilində malikanələr alır, torpaq sahələrində imarətlər tikdirirlər.

Trabzonlular danışır ki, bölgə yaxın gələcəkdə Türkiyənin ən böyük turizm zonalarında birinə çevriləcək. Onsuz da Türkiyədə 5 öndə gedən turist bölgəsi varsa, biri də Trabzondur. Bununla belə, həm dövlət, həm də biznesmenlər buranı bir nömrəli turizm məkanına çevirmək iddiasındadır.

***

Azərbaycan bələdiyyələri Türkiyə təcrübəsindən hökmən bəhrələnməlidir. “Trabzon bələdiyyəsi” yazılmış xüsusi geyimli süpürgəçilər şəhərdə bir çöp belə yerə düşməyə qoymur. Zibil qutularının üzərində “lütfən çöpünüzü mənə atın” şüarı da pozitiv fikir yaradır. İnsanlar istər-istəməz bu şüarı görəndə əlindəki tullantını yerə yox, qutuya atmaq qərarı verir.

Ümumiyyətlə, Trabzonda bələdiyyə özü boyda bir nazirlikdir. Məsələn, bələdiyyələr yolların asfaltlanmasının, evlər tikintisinin, bir sözlə, bütün kommunal problemlərin həllinin sahibidir. Üzərinə “Trabzon bələdiyyəsi” yazılmış asfalt daşıyan yük maşınlarını, asfalt vuran ağır texnikaları görəndə buna bir daha əmin olduq.

Və kimsə bələdiyyənin bu işinə müdaxilə etmir. Ona görə də şəhərdə təmizlik, səliqəli ev tikintisi görmək olar. Yoxsa Bakıda 16 mərtəbəli binanın altında 4-5 mərtəbəli ev dayanır. Belə tikinti eybəcərliyinə nə Batumidə, nə də Trabzonda rast gəldik.

İnsana xoş gələn odur ki, bu cür abadlıq Trabzonun yalnız mərkəzi küçələrində yaradılmayıb. Şəhərin ən kənar məhəlləsində belə küçələr tər-təmizdir. Bizdə isə Bakı Fəvvarələr meydanı və Milli Parkdan ibarətdir. Qalan ərazilər toz-torpaq, yağış yerə dəyən kimi gölməçə, palçıq içində boğulur.

***

Türkiyədə, eləcə də Trabzonda “dolmuş” adı ilə tanınan ictimai nəqliyyatı da xüsusi vurğulamaq yerinə düşər. Şəhərin müxtəlif yerlərində “Fiat” markalı mikroavtobuslar sərnişinləri mənzil başına daşıyır. Bizdən fərqli olaraq “dolmuş”larda oturacaqlar doldusa, sürücü əlavə sərnişin götürmür. Bakıda avtobuslar sərnişin basabasından az qala bir təkər üstə gedirlər.

Bu “dolmuş”larda gediş haqqı (1 lira, 50 quruş) 70 qəpikdir. Bizim üçün bahalı görünsə də, yerli camaat üçün gediş haqqı heç də yüksək görünmür. Şəhərdə tıxac, sürücü mədəniyyətsizliyi, maşın siqnallarının çığır-bağırını, əcaib siqnal səslərini, qışqırıb-söyüşmək görməzsiniz.

Hər yerdə insanların üzü gülür, bir-birinə qarşı olduqca mədəni davranırlar, mağazalarda satıcılar mallara baxıb almayan müştəriləri kobud şəkildə acılamırlar. Şəhərin ən mərkəzi yeri Meydan adlanır. Meydandan bir qədər irəlidə “Torqovı”, ardınca bazar başlayır. Demək olar ki, hər yerdə insanlar ticarətlə məşğuldur, bir Şərq şəhəri təəssüratı oyadır. Belə bazarı şimali İraqda olarkən görmüşdüm.

Təbii ki, Qara dəniz sahilində yerləşirsə, deməli, şəhər ən çox balıq məhsulları, yeməkləri ilə məşhur olmalıdır. Trabzonda ayrıca balıq bazarı var. Şəhərin müxtəlif yerlərində məşhur balıqçı restoranları fəaliyyət göstərir. Onların arasında məşhurları adla tanınır.

Məsələn, biz balıqçı Muradın məkanında levrek balığının qızartmasının dadına baxdıq. Olduqca tamlı olan levrekdən savayı hamsi balığı da burada məşhurdur. Küçənin ortasında, açıq havada insanlara balıq yeməkləri təqdim edirlər. Qiymətlər çox bahalı sayılmaz, iki nəfərə iki levrek, salat, ayran və s. təxminən (24 lira) 12 manat ödədik.

***

Dediyimiz ki, Trabzonda gəzib-görməli yerlər çoxdur. Amma vaxt azlığı ucbatından Atatürkün vaxtilə qərargah kimi seçdiyi bir yeri ziyarət etdik. Trabzonun ən hündür dağ zirvəsində, şəhərin 7-8 kilometrdəki yamacda “Atatürk köşkü” kimi tanınan ziyarətgahın qəribə tarixi var. Burada asılmış lövhədə yazıdan məlum olur ki, Osmanlı vətəndaşı Konstantin Kabayandis tərəfindən 1890-cı ildə inşa edilib və 1923-cü ildə balansa götürülüb.

15 iyul 1924-cü ildə buranı ziyarət edən Atatürk binanı çox bəyənib. 18 may 1931-ci ildə isə trabzonluların təklifi və şəhər rəhbərliyinin 361 saylı qərarı ilə buraya Atatürkün adı verilib. 1937-ci ildə burada sonuncu dəfə olan Atatürk qonaq qalmış, burada istifadə etdiyi bütün əşyalarını muzey olaraq oraya bağışlamışdır.

Atatürkün ölümündən sonra bina onun bacısı Makbulə xanıma bağışlanıb. 1943-cü ildə isə Trabzon bələdiyyəsi həmin binanı satın alaraq muzey olaraq “Atatürk köşkü” adlandırıb. Burada Atatürkə məxsus olan, tərəfindən istifadə olunmuş müxtəlif yataq dəsti, mundiri, qaşıq-çəngəl, yazı masası, döyüş bayrağı, xalılar və s. hələ də qorunub saxlanır.

Hətta hamam dəsmalına, vanna otağına qədər necə var, eləcə də qalıb. Həmçinin, Boztəpə, Uzungöl, Aya Sofya məbədi Trabzonda gəzib-görməli yerlər sırasındadır. Bir sözlə, Trabzon hər halı ilə gözəldir. Tiflis bizi soyuqqanlı, eqoist gürcüləri ilə qarşılamışdısa, Trabzonda tam tərs bir mənzərə ilə üzləşdik. Biz bu şəhəri sevdik, siz də sevin...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri ...

    23-07-2016, 21:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu