gundemxeber.az Gülər Əhmədova ilə bağlı ziddiyyətli xəbərlər gəlməkdə davam edir. Xatırladaq ki, O, bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının sıralarından xaric edilib. Lakin DİN və Baş Prokurorluq məlumatı nə təkzib, nə də təsdiq edirlər. Dəqiq desək, DİN məlumatın olmadığını bildirir, Baş Prokurorluq isə bir qədər sonra rəsmi məlumatın açıqlanacağını bəyan edir. G.Əhmədovanın qardaşı da həbs barədə məlumatı təkzib edərək onun evdə olduğunu söyləyir. Deputat yerlərinin satışı ilə bağlı qalmaqalda adı hallanan G.Əhmədova bir gün əvvəl hakim partiyanın sıralarından xaric edilib. Deputat kreslosundan isə bundan əvvəl, ilk video yayımlandıqdan sonra məhrum edilib. Həmin videoda o, Elşad Abdullayevə parlamentə deputat seçiləcəyini vəd edərək ondan 1 mln. dollar alır. Bir neçə gün öncə isə Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev növbəti videonu yayımlayıb. Bu videoda G.Əhmədovanın köməkçisi 1 mln. dolların Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatdırıldığını və E.Abdullayevin deputat seçilmək məsələsinin «artıq həll olunduğunu» bildirir. Dünən hakimiyyətə yaxın İnternet nəşrlərin bəzisi keçmiş deputat Gülər Əhmədovanın həbs olunması haqda xəbər yayıb. Ardınca isə Baş Prokurorluq keçmiş deputat Gülər Əhmədovanın həbs olunması barədə məlumatı təkzib edib. Baş Prokurorluğun məlumatında yayılan xəbərin həqiqətəuyğun olmadığı bildirib. «Hazırda cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək», - Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasında deyilir. “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?