GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycana qarşı müharibəni udmaq mümkünsüzdür - 3 “dəmir” səbəb

Azərbaycana qarşı müharibəni udmaq mümkünsüzdür - 3 “dəmir” səbəb

Tarix: 31-08-2021, 12:05 Bölmə :Manşet / GündəmXəbər Baxış: 299



Ermənistan Bakı və Ankaradan gələn siqnallara və sərt gerçəkliyə adekvat cavab vermək zorunda; İrəvana bir daha “qırmızı xətt” göstərildi: “Beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdən savayı yol qalmayıb...”


Bakı və Ankara yolunu çoxdan azmış İrəvana doğru yolu, barış və əməkdaşlıq siqnalları göndərməkdə davam edir. Son olaraq bunu iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan dilə gətirdi. Ermənistan rəhbərliyini soyuq məntiqin diktəsi ilə hərəkət etməyə, “birtərəfli ittihamların yerinə realist yanaşma sərgiləməyə” çağıran qardaş dövlətin lideri bütün hallarda ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətin vacibliyini xüsusi vurğuladı.

Yəni Ərdoğan Nikol Paşinyana bir daha qırmızı xətt"i göstərdi. “İrəvan bu yöndə hərəkət etməyə hazırdırsa, o zaman Türkiyə Ermənistanla münasibətləri tədricən normallaşdırmaq istiqamətində fəaliyyətə başlaya bilər”. Bu sözləri də Türkiyə rəhbəri açıq və net şəkildə söylədi və qonşu ölkələrlə münasibətlərdə Ermənistanın beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdən savayı yolunun qalmadığını Nikol da daxil, “göylə gedən” erməni siyasi isteblişmentinə anlatdı.


*****

Əlbəttə ki, Bakı və Ankaranın İrəvana xoş məram jestləri əsla zəifliyin yox, böyüklüyün və gücün, yıxılana əl uzatmaq kimi humanist davranışın nümayişidir. Bölgədə qalıcı sülh və çoxtərəfli əməkdaşlığa görə məsuliyyətli olmaq hissinin təzahürüdür. Yetər ki, yıxılan da özünü yekəxana kimi yox, düşdüyü duruma adekvat aparsın, şansları doğru dəyərləndirsin.

Əfsus ki, Ermənistan hökuməti bu siqnalların tarixi önəmini lazımınca anlaya, zamanın nəbzini tuta bilmir, Ermənistana atılan son “xilas kəməri”ndən yapışmağa tələsmir. Bununla da olduqca qiymətli zamanı, tarixin bəlkə də axırıncı unikal fürsətini itirməklə Ermənistanın simvolik dövlətçiliyinin də sonunu yaxınlaşdırır.

Düzdür, Ermənistan hökumətinin yaxın 5 il üçün qəbul elədiyi və yeni parlamentdə təsdiqlənən proqramında Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyinə aid bənd var. Ancaq bununla yanaşı, orada Azərbaycanla hərtərəfli sülhü əngəlləyəcək məqamlar, ölkəmizə qarşı ərazi iddiası da yer alıb.

Məsələn, sənəddə deyilir ki, “Ermənistan hökumətinin vəzifəsi yaxın illərdə ”artsax xalqının təhlükəsizliyinin, Dağlıq Qarabağ münaqişəsinin dinc və hərtərəfli nizamlanmasının təmin edilməsi" olmalıdır. Qeyd edilir ki, Ermənistan hökuməti münaqişənin (hansı ki, artıq mövcud deyil - red.) yekun həllini ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında və “Dağlıq Qarabağın statusunun yaxşı məlum olan prinsip və elementlər, o cümlədən öz müqəddəratını təyin etmə” əsasında müəyyən edilməsində görür. Hökumət “artsax hakimiyyəti” ilə (oxu: Azərbaycanın ayrılmaz hissəsi ilə - red.) qanunsuz əməkdaşlığı dərinləşdirəcək, habelə yeni “əməkdaşlıq standartı” yaradacaq və İrəvan bundan sonra da “artsax xalqının təhlükəsizliyinin qarantı” olacaq. Paşinyanı hökumətinin proqramına əsasən “artsaxın və artsax xalqının” təhlükəsizliyini bundan sonra da “Özünümüdafiə ordusu” (Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə qalan qanunsuz erməni silahlı dəstələri nəzərdə tutulur - red.) təmin edəcək. Eyni zamanda Rusiya sülhməramlı qüvvələrinin regionda iştirakı “ən etibarlı təhlükəsizlik təminatı” kimi qiymətləndirilir.

*****

Göründüyü kimi, Ermənistan hökuməti Azərbaycanla yekun və ədalətli sülhü ayrı cür təsəvvür edir və rus sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindəki ərazilərimizlə bağlı, statusla bağlı hələ də təhlükəli planlar qurur. “Təhlükəsizliyin təminatçısı” qismində “Dağlıq Qarabağ müdafiə ordusuna” dəstək verəcəyini göstərir. Ayrı sözlə, ərazimizdə qalmış işğalçı ordunun tör-töküntülərini legtimləşdirmək iddiasını davam etdirir - qanunsuz dəstələri Qarabağdan təcili çıxarmaq əvəzinə.

Müşahidə edilən həmçinin odur ki, Ermənistan son aylar öz iqtisadiyyatını böhrandan çıxarmaq, ölkədən kütləvi köçü dayandırmaqdan daha çox dağılmış ordusunu bərpa eləmək səyləri göstərir. Bütün bunlar Ermənistan üçün “oturduğu budağı kəsmək” anlamına gəlir - nəyin acı nəticəsini ki, erməni xalqı 44 günlük müharibədə artıq əyani görüb. Di gəl ki, revanşist abı-hava Paşinyan hökumətinin də başından hələ tam çıxmayıb - ara-sıra pozitiv siqnallar verilsə də.

Diqqət edin, Gorus-Qafan  yolunun ərazimizdən keçən hissəsinin cəmi 1-2 günlüyə bağlanması kifayət elədi ki, Ermənistan növbəti nəqliyyat kollapsı yaşasın. Sual da elə budur ki, Azərbaycandan, Türkiyədən bunca asılı olan “izqoy” ölkənin rəhbərliyi, nəhayət, realist yanaşma sərgiləyəcəkmi? Doğrudanmı Ermənistan adlı saxta dövlətin uçuruma getdiyini İrəvanda görə, hesablaya, hiss edə bilmirlər? Həqiqətənmi orada bunu da bilmirlərmi ki, Qarabağda bir ovuc erməninin də varlığı məhz qonşu ölkələrlə böyük sülh anlaşması imzalamağa bağlıdır?.. 

*****

Azərbaycana qarşı müharibəni udmaq isə artıq qeyri-mümkündür. Ən azı, 3 “dəmir” səbəbdən:

1. Ermənistan heç vaxt Azərbaycanla hərbi paritetə nail ola bilməyəcək. Çünki iqtisadi, demoqrafik (insani), coğrafi (geosiyasi) göstəricilər bizim xeyrimizədir və belə də qalacaq, hətta fərq getdikcə xeyrimizə böyüyəcək.

2. Varlı Azərbaycan 5-ci nəsil müasir silahlar alır, ordusunu sürətlə modern və döyüşkən Türkiyə (NATO) modelinə qurur, Ermənistan isə Rusiya yolu tutub və bundan sonra da öz kasıb əhalisinin boğazından kəsib alacağı qeyri-müasir silahların böyük qismi dəmir metallom kimi Bakıdakı Hərbi Qənimətlər Parkının daimi eksponatına çevrilə bilər.

3. Azərbaycanın arxasında onu heç vaxt darda qoymayacaq etibarlı hərbi-siyasi müttəfiqlər, regional supergüclər - Türkiyə, Pakistan, İsrail dayanır. Qərblə Rusiya arasında daim təhlükəli, “ikili” oyunlar oynayan Ermənistana qarşı isə nə Rusiyanın, nə də Qərbin sonadək güvəni və etibarı var. Əksinə, Azərbaycanın Rusiya və Qərblə də münasibətləri yaxşıdır.

Odur ki, Ermənistan heç olmasa simvolik dövlətçiliyini saxlamaq istəyirsə, hərbi revanş xülyasına düşməzdən öncə dönə-dönə xəritəyə baxmalı, 3 dəfə düşünməlidir../musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ərdoğan cavab verməlidir...” – Paşinyandan Türkiyə AÇIQLAMASI

    “Ərdoğan cavab verməlidir...” – Paşinyandan ...

    26-04-2019, 23:59

  • 
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin

    Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti ...

    17-02-2021, 22:37

  • 
  • Ərdoğan Türkiyə vətəndaşlarını avro və dollardan imtina etməyə çağırıb

    Ərdoğan Türkiyə vətəndaşlarını avro və dollardan ...

    26-05-2018, 19:36

  • 
  • Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ və Krım...

    Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ ...

    4-02-2020, 16:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu