Gundemxeber.az » Manşet » "Hələ də Bakıdakı komissiyadan cavab gəlmir..." - GİLEY
Redaksiyamıza əks-göstərişin verilməməsilə bağlı bir çox şikayətlər daxil olub.
Gundemxebr.Az bildirir ki, sonxeber.az-ın məlumatına görə, onlardan biri də Validə Nurməmmədova adlı vətəndaşdır.
Gəncə şəhərində yaşayan şikayətçinin sözlərinə görə, komissiyadan keçməsinə baxmayaraq, Bakıdan cavab göndərilmir ki, sənədini ala bilsin:
"Ümid edirəm şikayətimi qeyd etməyim fayda verər, çünki mənim kimi bir çoxu eyni problemi yaşayır. Mən 27 avqust tarixində vaksin əleyhinə əks-göstəriş sertifikatı almaq üçün sənədlərimi Gəncə şəhərində ərazi üzrə poliklinikada komissiyaya vermişəm və komissiyadan keçmişəm. Ancaq hələ də Bakıdakı komissiyadan cavab gəlmir. Ərazi üzrə poliklinikada "Bizlik deyil, gözləyin, Bakı ləngidir" deyirlər.
Təbibə şikayət yazıram, orada da "Bizlik deyil, Səhiyyəyə Nazirliyinə bildirin" deyilir. Səhiyyə Nazirliyinə isə artıq neçə həftədir ki, zəng edirəm, qaynar xətt işləmir. İndi yenə zəng etdim. Qaytar xətt işləsə də, 10 dəqiqədən artıq gözlədim: növbədə 2-ci olsam da, sıram çatmaq bilmədi.
Ətrafımda bu sənədlə bağlı müraciət edən hər kəs eyni problemi yaşayır. İndi isə bu sənəd mənə işimlə bağlı təcili lazımdır, əks halda işə qəbul edilməyəcəm. Belə vəziyyətdə mən haqqım olan sənədi ala bilmirəmsə, gərək məcbur rüşvət verib vaksin alam? İnsanları məcbur edirlər ki, qanunsuz yollara əl atsınlar. Artıq bilmirəm, kimə necə şikayət edim".
Mövzu ilə bağlı aidiyyatı qurumlardan açıqlamanı dərc etməyə hazırıq.
Gundemxeber.Az
2-09-2021, 16:33
11-06-2020, 14:46
11-12-2020, 11:11
18-01-2014, 11:18
19-01-2016, 17:13
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?