Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı öz facebook səhifəsində maraqlı və sərt ifadələrlə zəngin status paylaşıb. A.Hacılının həmin statusunu olduğu kimi təqdim edirik:
“Biz zamanında çox güzəştlərə getdik. Xalqımızı naqis, “bədbaxt” hesab edib yadların köləsi olanlara bəzən özümüz bu güzəştlərə getməməyi mümkünsüz saydıq, bəzən də ictimai təzyiqə davam gətirə bilmədik. Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi.
Hələ Vaqif Hüseynov, Abbas Abbasov kimilərinin də sevdalıları onları bizə pərçimləmək xəyallarındadır.
Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdı.
Vəziyyətdən faydalanmaq istəyənlər çoxdur.
Real fəaliyyət vəziyyəti dəyişdirmək istəyənlərə, buna qadir olanlara istinad etməklə qurulacaq!”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?