Azərbaycan cəmiyyətini artıq bu kiflənmiş intriqalar maraqlandırmır. Bu sözləri açıqlamasında ACP sədri Sülhəddin Əkbər Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının ACP lideri Rəsul Quliyev haqqında səsləndirdiyi sərt ittihamlara münasibət bildirərkən deyib.
Sülhəddin Əkbər qeyd edib ki, siyasi fəaliyyəti dövründə heç vaxt siyasi intiriqalarla məşğul olmayıb: “Bu intriqalarda iştirak etmək niyyətində də deyiləm. Azərbaycan cəmiyyətini artıq bu kiflənmiş intriqalar maraqlandırmır. Bu insanlar yığışaraq Milli Şuranı yaradıblar. Onun vahid namizədini müəyyənləşdiriblər. Görək bu insanlar həmin vahid namizədin üstündə duracaqlarmı? Əsas olan bu suala cavab veməkdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?