GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “ONKOLOJİ” ƏDALƏT MÜHAKİMƏSİ... - Ağır xəstə Muradovdur, yoxsa məhkəmə sistemimiz?

“ONKOLOJİ” ƏDALƏT MÜHAKİMƏSİ... - Ağır xəstə Muradovdur, yoxsa məhkəmə sistemimiz?

Tarix: 1-11-2021, 13:30 Bölmə :Manşet / GündəmXəbər Baxış: 287

"Yalançının evi yandı, heç kim inanmadı” ifadəsi ədalət mühakiməsi də daxil olmaqla, ümumilikdə bir çox sahələrdəki idarəçilik sisteminə, verilən qərarlara, çıxarılan hökmlərə aid edilə bilər. Cəmiyyətimiz bu sahələrdə o qədər neqativ faktlarla, əməllərlə, korrupsiya hallarıyla üzləşir ki, hətta hansısa ədalətli addım atılanda belə (əgər atılırsa) buna şübhə ilə yanaşır...

Gundemxeber.az azpolitika.info-ya istinadla bildirir ki, bir neçə gündür ki, ölkə mətbuatının və sosial şəbəkələrin ən çox müzakirə etdiyi mövzulardan biri “Azərxalça”nın sabiq rəhbəri, 20 milyon manatdan artıq dövlət vəsaitini talamaqda günahlandırılaraq həbs edilən Vidadi Muradovun onkoloji xəstə diaqnozu əsasında məhkəmə tərəfindən “humanizm göstərilərək”, azadlığa buraxılmasıdır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti mətbuata bu faktın doğruluğunu təsdiqləyərək bildirib ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barədə məhkəmə tərəfindən humanist(!) qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb. Bəli, humanizm – Azərbaycan məhkəməsi və humanizm...


23 may 2006-cı ildə onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edən qanun qəbul edilib. Həmin qanunun 13.2. maddəsinə görə, onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər cəzaçəkmə müəssisələrindən azad oluna bilərlər. Bu halda məsələ Ədliyyə Nazirliyinin xüsusi komissiyasının müzakirəsinə çıxarılır, rəy məhkəməyə təqdim olunur və yalnız məhkəmənin qərarı ilə şəxs azadlığa buraxılır. Yəni sırf hüquqi baxımdan V.Muradovun azad olunmasında qeyri-qanuni nəsə olduğunu iddia etməyə əsasımız yoxdur. Lakin Azərbaycan məhkəmə, ədliyyə sisteminin, həmçinin ondan da bərbad vəziyyətdə olan səhiyyə sisteminin saxtakarlıq imkanlarını, eləcə də V.Muradov kimilərin maddi imkanlarını və hakimiyyətdəki əlaqələrini nəzərə alanda, istər-istəməz cəmiyyətdə bu qərarın nə dərəcədə ədalətli olmasına dair şübhələr yaranır. Elə yuxarıda qeyd etdiyimiz “Yalançının evi yandı, heç kim inanmadı” məsəli də burada yerinə düşür. Haqlı olaraq sual yaranır ki, bəs, bu qanun bütün onkoloji xəstlərə şamil edilirmi, yoxsa ancaq Vidadi Muradov da daxil olmaqla, imkanlı, arxa-dayaqlı şəxslərə, məmurlara və s.? Və bir də bu nə işdir ki, əksər məmurların xəstəlikləri məhz həbsə düşəndən sonra üzə çıxır?...

Ümumiyyətlə, yaxşı olar ki, Ədliyyə Nazirliyi həbsxanalarda nə qədər onkoloji xəstə olduğuna dair rəsmi statistika paylaşsın. Heç cür inanmaq olmur ki, hazırda həbsxanalarda vəziyyəti V.Muradovdan qat-qat ağır olan xəstələr yoxdur. Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə onkoloji xəstə məhbusların valideynlərinin, övladlarının, yaxınlarının Ədliyyə Nazirliyindən şikayətlərinə, məhkəmə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciətlərinə rast gəlinib. Görəsən, onların neçə faizinə qarşı nazirlik və məhkəmələr V.Muradova göstərdikləri humanizmi göstəriblər?... 

Qanun, ədalət, humanizm heç bir istisna olmadan, hamıya bərabər şəkildə şamil ediləndə, dəyərli və təsirli olur, “seçmə üsulu” ilə tətbiq olunanda yox! Nəzərə alsaq ki, Azərbaycan bir çox hallarda bu “seçim” necə və hansı “prinsiplər” əsasında aparılır, o zaman nə humanizmin, nə də ədalət mühakiməsinin bir qara qəpiklik dəyəri qalmır. Axı, bu məhkəmələr və ümumilikdə ədalət mühakiməsi sistemi Eldar Mahmudov kimi cinayətkar qruplaşma başçısına, Əbülfəs Qarayevdən Elmar Məmmədyarova, Fazil Məmmədovdan Ziya Məmmədova kimi çoxsaylı korrupsiya “qəhrəmanlarına” “gözün üstə qaşın var” demir, Akif Çovdarov başda olmaqla dövlətin dayaqlarını sarsıtmağa yönələn cinayətlər törətmiş MTN generallarının azad-asüdə dolaşmalarına, taladıqları milyonları həzmi-rabedən keçirmələrinə imkan verir. Belə olan təqdirdə, sadalananlarla müqayisədə daha xırda fiqur olan “Azərxalça” sədrinin azad olunması nisbətən kiçik ədalətsizlik kimi görünür...



Bir sözlə, Vidadi Muradovun ağır xəstə olub-olmadığını dəqiq bilmirik, əgər doğrudan da xəstədirsə, ona hansı əməl sahibi olmasından asılı olmayaraq, şəfa diləyirik. Ancaq Muradovdan fərqli olaraq, Azərbaycanın məhkəmə, ədalət mühakiməsi sistemi heç bir şübhəsiz filansız, yüz faiz ağır onkoloji xəstədir və onun sağalacağı hələ ki, ümidsiz görünür, hər nə qədər yaradandan ona şəfa diləsək belə...

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərxalça" işində YENİ GƏLİŞMƏ... - Vidadi Muradovun müavini istintaqa çağırıldı

    "Azərxalça" işində YENİ GƏLİŞMƏ... - ...

    2-04-2021, 15:21

  • 
  • Oqtay Şirəliyev islahatları qəbul etmir -Onkoloji xəstəl Prezidentə müraciət hazırlayır

    Oqtay Şirəliyev islahatları qəbul etmir -Onkoloji ...

    27-02-2020, 11:41

  • 
  • “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları

    “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: ...

    19-09-2017, 15:57

  • 
  • “Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti uzadıldı

    “Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti ...

    6-05-2021, 12:25

  • 
  • “Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- Məhkum atası

    “Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- ...

    22-04-2020, 16:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu