Hövsan qəsəbəsində fəaliyyət göstərən 23 sayli poliklinikadan ciddi narazılıq var.
Gundemxeber.Az anaxeber.ino-ya istinadla bildirir ki, bu barədə poliklinikada qanunsuzluqla üzləşən Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, xüsusilə onkoloji xəstələr poliklinikanın yarıtmaz fəaliyyətindən əziyyət çəkirlər. Sevinc Məmmədova bildirir ki, onkoloji xəstə olmasına baxmayaraq müəyyən sənədlər üçün ondan qeyri-rəsmi "rüsum" tələb olunub. Baş həkim Sənan Əliyev və onkoloq Nərgiz doktor tərəfindən süründürməçiliyə məruz qalıb. Sevinc Məmmədova bildirir ki, digər xəstələr də oxşar hallarla qarşılaşıb. Şikayıtçinin sözlərinə görə, poliklinika rəhbərliyinin qanunsuz əməllərindən cana doyan xəstələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək niyyətindədirlər. Hakimiyyət bütün sahələrdə islahatlar aparıldığını bəyan edib. Deyəsən, islahatlar dalğası hələ səhiyyə sisteminə çatmayıb. Yaxud da səhiyyə sahəsinə məsul olan şəxslər islahatları qəbul etmək istəmir. Ölkədə islahat kampaniyasının getdiyi bir ərəfədə 23 daylı poliklinikanın rəhbərliyi hətta onkoloji xəstədən qanunsuz olaraq pul tələb etməsini başqa cür qiymətləndirmək mümkün deyil.
Sorğu
Yeni dizaynımız necədir?